Журналист Роман Багдасарян: Азербайджанская армия попала в Шушу через коррупционную дорогуОперация по освобождению в ходе второй карабахской войны древнего города Шуша, которую брали отряды специального назначения, профессионалы высочайшего класса, ляжет в основу теории военного искусства. Спецназовцы поднимались к Шуше по скалам, и город был взят практически в рукопашном бою. Шуша удачно расположена в стратегическом плане, но моральное значение освобождения города для азербайджанцев переоценить трудно. Победа стала возможной, благодаря особой любви к Шуше как сердцу Карабаха, живущей в душе каждого азербайджанца. Освобождение азербайджанской армией Шуши было овеяно множеством мифов.
“Pulunuz yoxdursa, Zəngəzuru verin” - Rusiyalı politoloqdan Ermənistana TƏKLİF“Dağlıq Qarabağ münaqişəsi” anlayışı artıq işlədilməməlidir. Qarabağ Azərbaycandır və nida! Əlbəttə, gərginlik hələ uzun müddət davam edəcək, çünki Ermənistan ictimaiyyəti məğlubiyyət acısını yaşayacaq. Onlar qisas almaq istəyəcək ki, bu da prinsipcə indiki mərhələdə mümkün deyil. yenisabah.az xəbər verir ki, bunu beynəlxalq münaqişələr üzrə ekspert Yevgeni Mixaylov bildirib. Onun sözlərinə görə, Ermənistan dövlətin saxlanılması haqda düşünməlidir. Amma bir ay keçməmiş ölkənin yeni XİN başçısı münaqişə ritorikasını gücləndirməyə başlayıb. Ermənistan tərəfinin Azərbaycan ərazilərinə vurduğu zərbələrdən danışan ekspert vurğulayıb ki, talan edilmiş abidələr, qəbirlər və dağıdılmış şəhərlər beynəlxalq hüquq normaları üzrə işğalçı ölkəyə qarşı irəli sürülmüş iddiaya daxil edilməlidir: “Fikrimcə, Azərbaycana dəyən ziyanın dəyəri səsləndirilən rəqəmlərdən qat-qat çoxdur.
“Son 25 ildə dünya Ermənistanı işğalçı kimi qəbul edib, bunun baiskarı sənsən” – Paşinyandan Koçaryana sərt ittihamErmənistanın Baş naziri Paşinyan sabiq prezident Robert Koçaryanın ittihamları ilə bağlı xalqa müraciət edib. azpost.info bildirir ki, Paşinyan Qarabağ məsələsində diplomatik iflasla bağlı bütün ittihamları rədd edib və Ermənistanın son 25 ildə rəhbərlik edənlərə qarşı ittihamlar irəli sürüb. Baş nazir videomüraciətində deyib ki, müharibədəki uğursuzluqdan sonra hər kəs son 25 ildə buraxılmış səhvlərin məsuliyyətini hazırkı hakimiyyətin üzərinə qoymağa çalışır. “Məsələ o yerə gəlib çatıb ki, Dağlıq Qarabağı danışıqlar prosesindən çıxaran şəxs (Koçaryan-red) münaqişənin ərazi mübahisəsinə çevirlməsində bizi günahlandırır. Beynəlxalq sənədlərdə Ermənistan işğalçı dövlət kimi ittiham olunurdu.
“Aprel müharibəsində 7 rayonu qaytarmağa razı oldunuz, niyə vədinizə əməl etmədiniz? – Paşinyandan Koçaryan və Sərksiyana sərt ittihamlar“2016-cı ilin aprelində Ermənistan hakimiyyəti 7 rayonu Azərbaycana qaytaracağı ilə bağlı vəd verdikdən sonra müharibə dayandı”. azpost.info bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Paşinyan bu gün xalqa videomüraciətində deyib. “Müharibədən qaça bilsəydiniz bunu 2016-cı ildə edərdiniz. Bunu edə bilmədiniz. Siz əraziləri geri qaytarmaq barədə şifahi razılıqdan sonra müharibəni birtəhər dayandıra bildiniz. Bəs biz niyə bacarmadıq? Çünki bizə deyildi ki, Ermənistan bir neçə dəfə vəd verib, amma sonra əməl etməyib. Odur ki, danışıqlar yalnız yazılı və konkret vaxt cədvəlini təqdim etməklə aparıla bilər”- deyə Baş nazir vurğulayıb. Paşinyan deyib ki, müharibəni ancaq rəsmi imzalanmış sənədlə saxlamaq olardı.
“Paşinyan müharibənin qaçılmaz olması üçün əlindən gələni etdi” – Robert Köçaryan“Müharibənin qarşısını almaq olardı, ancaq Ermənistan hökuməti müharibənin qaçılmaz olması üçün hər şeyi etdi”. Bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan “5-ci kanal” telekanalına verdiyi müsahibəsində deyib. “Əminəm ki, Ermənistan hakimiyyəti müharibənin qaçılmaz olması üçün hər şeyi etdi. Hər şey edildi. Yeni bir şey söyləməyəcəyəm, çünki bu bir ay ərzində mətbuatı izlədim. Demək olar ki, hər şey deyildi, sadəcə deyilənləri vahid bir təsəvvür yaratmaq üçün ümumiləşdirə bilərsiniz. Niyə danışıqlar prosesi dalana dirəndi? Qəsdən edildi. Qarşılıqlı müstəsna bəyanatlar elə bir vəziyyət yaratdı ki, hətta həmsədrlər də erməni tərəfinin nə istədiyini anlamadılar”- Köçəryan belə deyib. Onun sözlərinə görə, bütün bu uğursuzluqların səbəbkarı baş nazir Nikol Paşinyandır. Çünki o bütün danışıqlar prosesinə sıfırdan başlamağa üstünlük verib. “Tavuşda sərhəd münaqişəsi təxribatı. Bizim tərəfimizdən törədilmiş təxribat. Bəli. Şimalda.
Erməni generaldan etiraflar: “PUA görəndə məni atıb qaçdılar”Ermənistan Polisinin sabiq rəis müavini və Daxili Qoşunların keçmiş komandanı general-leytenant Levon Yeranosyan İkinci Qarabağ müharibəsi barədə ilginc etiraflar edib. azvision.az xəbər verir ki, erməni general vaxtilə 1-ci, sonra 3-cü Ordu Korpusunun komandiri olub: “Levon özünün də dediyi kimi Arsaxdakı hər bir ağac və kolu tanıyır. Ona görə 27 sentyabrda başlayan müharibədə öz köməyini təklif etmək üçün Qarabağa gedib. Lakin "Qarabağın hərbi-siyasi rəhbərliyi", general Yuri Xaçaturov və digərləri kimi ona komandanlıq bunkerlərinə yaxınlaşmağa imkan vermədi. Beləcə generalın xidmət təklifi rədd edildi. Oktyabrın 9-unda isə xüsusi polis dəstələri Yeranosyanın maşınını Qarabağa gedən yolda saxlayıb və onu naməlum istiqamətə apararaq sözün həqiqi mənasında qaçırıblar.
“Döyüşdə onların zirehli jiletləri belə olmayıb”Ermənistanda itkin düşmüş hərbçilərin valideynləri və yaxınları Eçmiədzin hərbi hissəsinin qarşısında etiraz aksiyası keçirirlər. Aksiya iştirakçıları onlara itkin düşmüş hərbçilər haqqında heç bir məlumatın verilməməsindən şikayət ediblər. Valideynlərdən biri aksiya zamanı erməni jurnalistə deyib: "60 nəfərdən 34-ü itkin düşdü. Bizə heç bir məlumat verilmir. Hərbi hissədən deyirlər ki, hansısa məlumat verməyə səlahiyyətləri çatmır". “42 gündür nəvələrimə, cavan gəlinimə nə cavab verəcəyimi bilmirəm. 3 azyaşlı övladı oğlumu gözləyir. Övladlarımızı salamat apardıqları kimi onları sağ qaytarsınlar. Dövlətimiz haradadır, hara baxır?",- deyə digər valideyn fəryad edib. Aksiya iştirakçıları müharibədə itkin düşən yaxınının döyüşlərdə aktiv iştirak etdiyini və lazımi elementar hərbi əşyalarla belə təmin olunmadığını bildirib.
Qrant Baqratyan: Ordumuzun 80 faizi məhv oldu"26 il əvvəl çox böyük ölçüdə qalib gəldiyimiz Azərbaycana 26 il sonra niyə məğlub olduq? Ordumuzun 80 faizi məhv oldu, dağıldı. Heç bir sirri açıqlamıram. Çünki azərbaycanlılar nə qədər silah, zirehli texnika və s. ələ keçirdiklərini açıq şəkildə deyirlər. Bu isə bu məğlubiyyət deyil, faciədir". konkret.az xəbər verir ki, bu sözləri Ermənistanın sabiq baş naziri Qrant Baqratyan bu gün jurnalistlərə açıqlamasında söyləyib. O daha sonra deyib ki: “Məğlubiyyətimizin bir çox səbəbləri var. Birinci səhvimiz “Artsax”ın (Dağlıq Qarabağ-red) müstəqilliyini vaxtında tanımamağımız oldu. Bir millət vəkili olaraq bu məsələni iki dəfə qaldırdım. Bir dəfə Zaruhi Postanjyanla birlikdə. Aprel döyüşlərindən sonra tanınma olmadı. 27 sentyabrda müharibə başlayandan 2 saat sonra Artsaxın müstəqilliyinin tanınmasına çağırdım. Yenə eşidilmədim. Bir neçə ölkə Artsaxı tanımaq istədi.
Qərb getsin öz işi ilə məşğul olsun! "Bu gün, müharibə başa çatandan sonra artıq Qərb dairələrindən bəzi Qərb liderləri məsələ qaldırırlar ki, bəs Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri necə olacaq? Həm mənimlə söhbət zamanı, həm rəsmi bəyanatlarda narahatlıq ifadə edirlər. Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri, hansılar ki islamofob hisləri alovlandırırlar. Hansılar ki İslam müqəddəslərinin təhqirlərinə göz yumurlar və hətta onları təhqir edənlərə bəraət qazandırırlar. Onların haqqı yoxdur bu barədə danışmağa, bu birincisi. İkincisi, bizim ərazimizdə olan bütün məbədlər tarixi sərvətimizdir. Azərbaycanda hər il Bakı Humanitar Forumu, ya da ki Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Azərbaycanda dünya dinlərinin liderlərinin Zirvə görüşləri keçirilib. Baxın görün nələr deyilib bizim haqqımızda. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda İslam dininə olan münasibəti örnək kimi göstərir.
|