Avrasiya xalqları Qərbin düşmənçilik siyasətinə qarşı birləşəcəklər


Rusiyanın Yalta şəhərində “Avrasiyaçılıq – gələcəyin ideologiyası” mövzusunda beynəlxalq tədbir keçirilmişdir.
Tədbirdə postsovet məkanı ölkələrinin bir sıra dövlət xadimləri, siyasətçiləri və alimləri iştirak etmişlər.
Tədbirdə ölkəmizi tanınmış politoloq, Qazqaz-Avrasiya Ekspert Klubunun rəhbəri Nəzakət Məmmədova təmsil etmişdir.
Politoloq çıxışında bildirmişdir ki, Qərb postsovet xalqlarına qarşı düşmənçilik siyasəti yeridir: “Bu gün Rusiyaya, onun müttəfiqlərinə, təkcə slavyan sivilizasiyasına qarşı deyil, keçmiş SSRİ-nin bütün xalqlarına qarşı Qərb, atlantistlər və tallassokratiya tərəfindən yönəlmiş xaosun, provokasiyaların və destruktiv addımların qarşısının alınmasına və nizam yaradılmasına ehtiyac var. Bu gün təkcə bizim region deyil, bütün Sovet məkanı seçim qarşısındadır: ya vaxtilə müttəfiq respublikalar arasında olan xeyirxah əlaqələri yenidən bərpa etməli, ya da yenidən səhv yolla getməli, bitib-tükənməz xaos içində çıxılmaz vəziyyətdə qalmalı, sakit oturub Qərbin transmilli kompaniyalarının bizim resursları talamasını, liberal dünyaya inteqrasiya adı altında xalqlarımızın qul halına salınmasını seyr etməli”.
Nəzakət xanım Ukraynanın düşdüyü mövcud durumu belə qiymətləndirmişdir: “Təəssüf ki, bu gün Ukraynada bəzi qüvvələr Qərbə inteqrasiya adı altında ölkəni xaosa, dilənçiliyə və kasıblıq həddinə sürükləmişlər. Möhtəşəm bir ölkə Qərbin poliqonuna, NATO strategiyasında ən zəif halqalardan birinə çevrilmişdir”.
Nəzakət Məmmədova Ukrayna-Rusiya münaqişəsinə toxunaraq demişdir ki, bu münaqişə Ukrayna tərəfindən Qərbin təhriki ilə həyata keçirilir və belə hallar qardaş slavyan xalqları üçün yolverilməzdir. Politoloq Rusiya lideri Vladimir Putindən sitat gətirərək bildirmişdir ki, rus və ukrain xalqları yenə də əvvəlki tək bir yerdə olmalıdırlar və birgə yaşamağa məcburdurlar.

шаблоны для dle 11.2
28-12-2021 19:55 Baxılıb: 3140    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}