Etibar Əliyev: Təhsil Nazirliyindəkilər dostluq, qohumluq, sinif-tələbə yoldaşı prinsipi ilə təyin olunublar

Deputat Etibar Əliyev təhsil sistemində olan nöqsanlar barədə kəskin fikirlər səsləndirmişdir.
Həmin fikirləri sizə təqdim edirik.

“Hələ də indiyə qədər şagirdlər və tələbələr üçün normal dərslik yaza bilmirik. Tərcümə dərslikləri yoxdur”.
***
“Bir dəfə bir universitetə getmişdik soruşdum ki, riyaziyyatı nədən tədris edirsiniz? Kitab göstərdilər, mən universitetə daxil olan ilin  – 1980-ci ilin dərsliklərindən tədrisi aparırlar. Riyaziyyatın tədrisi dəyişib artıq. O vaxtı texniki ali məktəblər üçün başqa, humanitar ali məktəblər üçün isə tamam başqa riyaziyyat var idi. Ən dəhşətli şey nədir? Universitetlərdə bizim vaxtımızda cəfəngiyyat bir elm tədris edirilər – dialektik materializm. Heç bir predmeti olamayan elm idi. İndi fəlsəfənin yerinə onu tədris edirlər. Bu o deməkdir ki, biz bütün bacarıqsızlıqları və qabiliyyətsizlikləri gəncliyin üzərinə qoya bilmərik. Burada ən çox məsuliyyəti müəllimlər daşıyır. Müəllimin özü yeni biliklərlə maraqlanmırsa, yeni paradiqmalarla tanış deyilsə, o öz üzərində çalışmırsa, tələbəyə köhnə bilikləri verə-verə gedirsə mən düşünürəm ki, biz Nobel kimi nüfuzlu mükafatlardan bir o qədər də aralanırıq”.
***
“Azərbaycanda müəllimlərin böyük kəsimi repetitorluqla məşğuldur. Repetitorluq çox maraqlı mövzudur. Hər bir ölkə üçün onun özünəməxsus xarakteri var. Məsələn, Koreyada ÜDM-nin 2,5%-i repetitorluğa xərclənir. Almaniya ilə Fransada təxminən 2,5 milyard avro, amma Finlandiyada bu rəqəm sıfırdır, yəni repetitorluğa vəsait xərclənmir. Nəyə görə? Bütün dərslər məktəbdə verilir və müəllimin üzərinə böyük məsuliyyət qoyulur ki, sən proqramı yerinə yetirməlisən və nəticə olmalıdır”.
***
“Təxminən bir il ərzində Azərbaycan vətəndaşları repetitora 200 milyon manatdan çox pul xərcləyir. Hər ailədə 300 manat civarında pul xərclənir. Müəllim dövlətin ona verdiyi əməkhaqqının müqabilində normal dərs keçmir, ancaq vətəndaşın verdiyi vəsaitə canla-başla yanaşır. Ona görə də hamı deyir mən müəllim yanına getmişəm. 700 bal toplayan da, 600 toplayan da, eləcə də 300 toplayan da bunu deyir”. 
***
“Artıq ibtidai sinifdən 11-ci sinifə qədər uşaqlar repetitor yanına gedir. Vətəndaş əməkhaqqını alan kimi, dərhal pulun uşağının hazırlığa aid olan hissəsini kənara qoyur. Bütün hallarda müəllimlər keyfiyyətli dərs deməlidirlər və bununla da peşələrinə hörmət etməlidirlər”.
***
“Təhsil Nazirliyində və onun tabeçiliyində olan müəssisələrə xeyli gənc kadr təyin olunub. Mən onların iş prinsipii başa düşə bilmirəm. Əksəriyyəti təhsilə aidiyyatı olmayan adamlardır. Özlərini təcrid olunmuş kimi aparırlar. Əksəriyyəti dostluq, qohumluq, sinif yoldaşı, tələbə yoldaşı prinsipi ilə təyin olunublar.Təhsil nazirliyinin mərkəzi aparatında demək olar ki, mütəxəssis yoxdur. Bunları ancaq qrant və lahiyələr düşündürür. Çünki ordan gələn pulu rahatlıqla silmək olur”. 
***
“Təyinatlara diqqət edin: Gəncə şəhərində Aqrar ixtisasa sahib olan bir adamı Təhsil şöbəsinə müdir qoyublar. Yaxud Bank sektorundan qovulmuş birisini Peşə Təhsili Agentliyinə direktor təyin ediblər, Bakı şəhər Təhsil idarəsində insan resursları şöbəsinə müdir vəzifəsinə Fövqəladə hallar nazirliyi orqanınlarında kiçik işlərdə işləmiş bir nəfəri təyin ediblər. Mənə məlumat veriblər ki, Fuad Babayev adlı bir məktəb direktoru 3 müavini olmuş qadını da direktor təyin etdirib və bu işi yüksək səviyydə bacardığına görə Bakı şəhər Təhsil idarəsinə sektor müdiri gətirilib. Onda bu imtahan oyunları nədir? Bakı məktəblərinə nazir müavini vəzifəsindən çıxarılmış Məhəbbət Vəliyeva indi də nəzarət edir. Çünki onların böyük əksəriyyətini əyri yollarla özü təyin elətdirib. Bakı şəhər Təhsil İdarəsinə təyin etdirdiyi xanım isə onun tapşırıqlarını icra edir. Azərbaycan məktəbləri uçurumun qırağındadır. Bütün bunlar təhsilə qeyri-ciddi və qeyri-peşəkar yanaşmalardır və belə çirkin işlərin qarşısı alınmalıdır”.
шаблоны для dle 11.2
15-12-2021 21:59 Baxılıb: 3980    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}