"Rusiyanın nüfuzunu Cənubi Qafqazda aşağı salmaq istəyirlər" - POLİTOLOQ ŞƏRH ETDİ

"Rusiya sülhməramlıların yerləşdiyi ərazilərdə ermənilərin qondarma rejimləri vaxtaşırı müxtəlif təxribatlara hələ də əl atırlar. Burda mən düşünürəm ki, Ermənistandakı revanşist dairələrin də rolu var". Bunu SİA-ya açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.
Ceyhun Əhmədli qeyd edib ki, onlar bu cür addımlar ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmamasına, qarşılıqlı etimadın yaranmamasına və açılmalı olan kommunikasiyaların maneələrlə qarşılaşmasına çalışırlar. Bunların məqsədi və hansı dairələrə arxalandığı aydındır. Əlavə olaraq bu təxribatlar Azərbaycan və Rusiya arasında mövcud olan səmimi münasibətlərə kölgə salmağa hesablanıb.
Ceyhun Əhmədli bu barədə fikirlərini belə izah edib: "Onlar istəyirlər ki, Rusiya ilə Azərbaycan arasında ixtilaflar və problemlər yaransın. Bu təxribatlarla həm də istəyirlər ki, Rusiyanın nüfuzunu Cənubi Qafqazda aşağı salsınlar. Yəni bir növ Azərbaycanı Rusiyadan narazı salmaq istəyirlər. Azərbaycanın cavabına gəldikdə mən düşünürəm ki, Azərbaycan Xankəndidə də, Xocalı və Xocavəndin bir hissəsində də, yəni sülhməramlı qüvvələrin nəzarətində olan ərazilərdə özünün defakto yurisdikasını təmin edəcək. Buna heç bir qüvvə mane ola bilməz. Çünki burda yaşayan ermənilərin Azərbaycanın suverenliyini tanımaqdan başqa seçimləri yoxdur. Onların başqa perspektivləri yoxdur. Onlar əgər normal insan kimi yaşamaq istəyirlərsə, içində olduqları səfalətdən xilas olmaq istəyirlərsə, mütləq şəkildə Azərbaycanın şərtlərini qəbul etməlidirlər. Azərbaycanın suverenliyini bu ərazilərdə qəbul etməlidirlər. Onlar bunu nə qədər tez etsələr, bu onların xeyrinədir. Ancaq bunu nə qədər gecikdirsələr, yaşadıqları səfalət bundan sonrakı müddətdə daha da dərinləşəcək".
шаблоны для dle 11.2
31-10-2021 21:15 Baxılıb: 880    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}