Rusiya və Pakistan hərbçilərinin birgə təlimləri keçirildi


Rusiyanın Krasnodar vilayətində Rusiya və Pakistan hərbçilərinin birgə təlimləri keçirilib.
Təlimlər gedişatında iki ölkə hərbçilərinin ümumi düşmənə qarşı birgə döyüş ssenariləri, maddi-texniki təminatın təşkili, şəxsi heyətin yerləşdirilməsi və qidalanması məsələləri razılaşdırılıb.
Bundan başqa tərəflər antiterror əməliyyatlarının aparılması, kəşfiyyat-axtarış işləri və pusqu qurulması tapşırıqlarını yerinə yetiriblər, qanunsuz silahlı birləşmələrə qarşı mübarizədə qazandıqları təcrübələrini bir-birləri ilə bölüşüblər.
Onlar yaşayış məntəqəsinə və obyektə bölük halında hücum taktiki məşğələsini həyata keçiriblər. Pakistan xüsusi təyinatlıları Rusiyanın minaların təmizlənməsi üçün yeni istehsal etdiyi “Uran-6” robot-texnik kompleksindən istifadə etməyi öyrəniblər. O cümlədən onlar rus həmkarlarının mühəndis maneələri qurmaq, ərazini minalamaq və minalı sahəni adlamaq bacarıqları ilə tanış olublar.
“Drujba-2021” adı almış bu təlimlər Krasnodar vilayətinin Molkino poliqonunda keçirilib.
Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən bildirmişlər ki, “birgə hərbi təlimlər iki ölkə arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsinə və inkişafına yönəlmişdir”.
Xatırladaq ki, bu artıq iki ölkə arasında keçirilən 6-cı hərbi təlimdir. İlk birgə təlim 2016-cı ildə keçirilmişdir.













шаблоны для dle 11.2
30-09-2021 02:37 Baxılıb: 1250    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}