“Bizə bildirildi ki, Rusiyanın müdafiə naziri belə sözlər deməyib” - İlham Əliyev

“Bu məsələdən xəbərdar olduğumuzda dərhal Rusiya tərəfindən soruşduq, bu məsələnin nə olduğu ilə bağlı maraqlandıq. Lakin bizə məlumat verildi ki, erməni mətbuatında yayılan bu bəyanat həqiqəti əks etdirmir. Rusiyanın müdafiə naziri belə sözlər deməyib”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Anadolu Agentliyinə müsahibəsində jurnalistin “Bu yaxınlarda Ermənistan və Rusiyanın müdafiə nazirləri arasında görüş oldu. Bu görüşdən sonra “Ermənistanı silahlandırmaq prosesi yenidən başladı” şəklində açıqlama verildi.  Bu açıqlama barədə nə düşünürsünüz? Bu silahlandırma prosesi bölgəyə necə təsir edə bilər? Yox olan Ermənistan ordusu indi yenidən rus silahları ilə ayağa qalxmağa çalışacaq? Bu mövzuda fikirlərinizi öyrənmək istərdim” sualına cavab verərkən deyib.
“Bu, Ermənistan təbliğatının çirkin əməlidir. Belə bir söz deyilməyib. Bizə rəsmi olaraq məlumat verildi ki, belə bir plan yoxdur. Ermənistan ordusunun yenidən pulsuz silahlandırılması ilə bağlı Rusiyadan kifayət edən cavab aldıq və bu məsələni gündəmdən çıxartdıq. Bu, Ermənistanın öz çirkin əməllərindən vaz keçmədiyini göstərir. Ortaya atılan bu yalan ilk olaraq çox böyük xətadır. Əgər sən Rusiya müdafiə nazirinin demədiyi sözləri yayırsansa, bu, ən azından məsuliyyətsizlikdir, təxribatdır.
İkincisi, biz bunu dəfələrcə işğal dövründə də, işğaldan sonra da gördük. Ermənistan və Rusiyada fəaliyyət göstərən erməni lobbisi hər gün Rusiya və Azərbaycan əlaqələrinə xələl gətirmək üçün çalışır. Hər gün, müntəzəm olaraq. Onların günlük işi Azərbaycana qara yaxmaq, Rusiya mətbuatında Azərbaycanla bağlı mənfi rəy yaratmaq, Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaqdır. Onlar düşünürlər ki, bu halda qisasçı qüvvələr yenidən ayağa qalxıb bizə qarşı müharibəyə başlaya bilərlər. Lakin onlar yanılırlar. Birincisi, Rusiya-Azərbaycan münasibətləri kifayət qədər yüksək səviyyəli əlaqələrdir və biz bütün məsələləri prezidentlər, müdafiə nazirləri və xarici işlər nazirləri səviyyəsində açıq şəkildə müzakirə edirik. Hər hansı tərəfi narahat edən bir məsələ ilə bağlı dərhal əlaqə qururuq və bu məsələləri həll edirik. Bu gün deyə bilərəm ki, Rusiya-Azərbaycan münasibətlərində heç bir təcili mövzunun həlli ilə bağlı heç bir məsələ yoxdur. Çünki bu əlaqələr kifayət qədər müsbətdir. Ermənistanın bu təbliğat cəhdləri onlara uğur qazandırmayacaqdır. Ermənistanın yenidən silahlanması ilə bağlı narahatlığımız Rusiya tərəfindən anlayışla qarşılanır”, - deyə İlham Əliyev qeyd edib.
шаблоны для dle 11.2
27-09-2021 05:21 Baxılıb: 720    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}