Duqin: Parlament seçkilərini birdəfəlik yığışdırmaq lazımdır


Tanınmış Rusiya politoloqu, Beynəlxalq Avrasiya Hərəkatının lideri, İzbor Klubunun üzvü, professor Aleksandr Duqin Rusiyada keçirilən parlament seçkiləri ilə bağlı zavtra.ru saytının verdiyi sualları cavablandırıb.
O seçkilərdə hakim Vahid Rusiya Partiyası siyahısına müdafiə naziri Serqey Şoyqunun başçılıq etməsinin böyük məna daşıdığını bildirib: “Bu onu göstərir ki, Vahid Rusiya – təkcə partiya deyil, elə dövlətin özüdür. Hakimiyyət başa düşür ki, bizim xalqın xoşuna təkhakimiyyətlilik gəlir və hörmətəlayiq və ruhverici yeganə institut – ordudur”.
Duqinin fikrincə Rusiyada parlament kimi institutlar tezliklə ömrünü başa vuracaq: “Bu ölkədə daim ordu və onun baş komandanı hakim olub və olacaq. Bizim siyasi sistemimizi bax belə qurmaq lazımdır. Hakimiyyət və hərbi kasta – dövlət elə bu olmalıdır”. Duqin fikrini onunla əsaslandırır ki, əsl dövlətçilikdə parlamentə yer yoxdur və onun rolunu əbədi təyin edilmiş senatorlar əvəzləməlidirlər ki, qanunverici aktları da onlar qəbul etməlidirlər.
Politoloqun sözlərinə görə, parlament seçkiləri ölkənin taleyində, siyasi kursunda heç bir rol oynamır, dövlətçiliyin ideyalarına, layihələrinə və strategiyalarına bu seçkilərin heç bir aidiyyatı yoxdur. Yəni parlament seçkiləri əslində heç nəyi həll etmir.
Duqin yeni eranın başlanğıcını elan edir: “90-cı illərdə bizə liberal demokratiya yeritdilər və bunun sonu gəlir. Demokratiya nümayəndələri dalana dirəniblər, yatıblar və faktiki olaraq bitiblər. Odur ki, bir demokratın digərini əvəz etməsinin ölkə üçün heç bir əhəmiyyəti yoxdur. Hamısı – boş şeylərdir”.
Duqinin fikrincə, Rusiyada seçkilər keçirilməsinə son verməyin vaxtı çatıb: “Seçkilər artıq öz mənasını və mahiyyətini itirib. Seçkilərin ölkənin həyatına heç bir aidiyyatı yoxdur”.
Duqinin sözlərinə görə, Rusiyada güc strukturları nümayəndələrinin ierarxiyası var və bu ierarxiyanın pik nöqtəsi – hərbçilərdir: “Onlar dövlət, məmləkət və xalq yolunda öz canlarını verirlər. Onlar buna kökləniblər, bu onların qəhrəmanlıq stilidir. Odur ki, mən gələcəkdə dövlətimizin hərbçilər tərəfindən idarə olunmasını istəyirəm. Axı biz müharibə şəraitindəyik. Bunu nəzərə almaq, qəbul etmək və bu yöndə sakitcə fəaliyyət göstərmək lazımdır”.
“İmperiyaya gedən yol diktaturadan keçir” – politoloqun gəldiyi nəticə budur. Onun fikrincə Rusiya indi respublikadan imperiyaya keçid dövrünü yaşayır və ölkə “hal-hazırda bir nəfərin özünü doğrultmuş, leqal və legitim faktiki diktaturası şəraitindədir”. “Bunu gizlətmək mümkün deyil və lazım da deyil, çünki bütün rus xalqı bunu istəyir” – politoloq deyir.
шаблоны для dle 11.2
25-09-2021 05:01 Baxılıb: 1170    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}