Valeri Korovin: Azərbaycan Avrasiya sivilizasiyasına aiddir

Rusiya Xarici İşlər naziri Sergey Lavrov özünün Azərbaycandan olan həmkarı Ceyhun Bayramov ilə danışıqlar apardıqdan sonra bəyan edib ki, Moskva və Bakı Rusiya-Azərbaycan-İran enerji körpüsünü yaratmaq niyyətindədirlər. Bu layihə Amerikanın İrana tətbiq etdiyi birtərəfli sanksiyalara baxmayaraq baş tutacaq. Rusiya, Azərbaycan və İranın enerji sisteminin birləşdirilməsi layihəsi çoxdankı danışıqlar mövzusudur və bununla bağlı 2018-ci ilin aprelində üçtərəfli işçi qrupu yaradılmışdır.
media.az saytı Rusiya-Azərbaycan-İran əlaqələrinin dərinləşməsini şərh etmək üçün İzbor klubunun üzvü, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru Valeri Korovindən müsahibə almışdır.
Valeri Korovin jurnalistin üç ölkə arasında strateji oxun əmələ gəlməsi barədə sualına bunun "sırf geopolitik bir layihə" olduğunu bildirmişdir. Onun fikrinə görə sözü gedən layihədə hədəflər dəqiq müəyyən edilib. Burda Moskva “Qərb və ABŞ üçün qıcıq yaradan ölkə rolundadır”. Moskvanın Tehranla əməkdaşlığı Rusiyanın “isti dənizlərə” qayıtması deməkdir.
“Bu, potensialda aviadaşıyıcı donanmanın yaradılması deməkdir ki, bu da ABŞ-ın 5-ci Donanmasını sıxışdırıb çıxarmaq deməkdir. Qərb onun iştirakı olmayan istənilən geopolitik bloka qısqanclıqla yanaşır. Ona görə də bizim ölkələrimiz iqtisadi sahədə əməkdaşlıqdan danışmağa üstünlük verirlər. Biz politoloqlar, jurnalistlər isə strateji oxun yaranmasından danışa bilərik. Bu baxımdan biz “məsuliyyətsiz” adamlarıq. Qərarları biz vermirik axı (gülür-red)”- deyə Korovin bildirib.
Politoloqun fikrinə görə, Bakının Rusiya-Azərbaycan-İran enerji körpüsündə iştirak etməsi o deməkdir ki, Azərbaycan avrasiyaçı geopolitik xəttini tutub və Qərbin öldürücü, destruktiv, dağıdıcı xüsusiyyətini dərk edir. Çünki Qərbin “tərəfdaş” adlandırdığı hər kəsin bir qurban olduğunu dərk edir.
Onun fikrincə, Azərbaycan öz suverenliyini Qərblə tərəfdaşlıq və müttəfiqlik şəraitində təmin edə bilməz. “Azərbaycan öz suverenliyinin inkişafı, identikliyinin qorunmasının üstündə çox əsir. Bunları Qərblə əməkdaşlıq etməklə təmin etmək mümkün deyil. Azərbaycanın “Moskva-Bakı-Tehran” strateji oxuna qoşulması ciddi və doğru seçimdir” – deyə politoloq bildirib.
Politoloq jurnalistin ABŞ-ın bu fəaliyyətə sanksiyalarla və digər vasitələrlə mane ola bilmə imkanları barəsində sualına cavab olaraq bildib ki, “artıq dünya birqütblü modeldən çoxqütblü modelə keçir, bəşəriyyətin taleyini bir sivilizasiyanın verdiyi qərarlar deyil, bir neçə sivilizasiyanın konsensus halında gəldiyi qərarlar həll edir”. 
Onun fikrinə görə, “çoxqütblü dünya modelinin subyektləri konkret dövlətlər deyil, məhz sivilizasiyalardır. Söhbət sivilizasiyalar blokundan gedir. Qərbin öz fikrindən başqa heç bir sivilizasiyanın fikrini qəbul etmədiyini nəzərə alaraq hamı seçim etməlidir”.
Korovin Azərbaycanın Avrasiya sivilizasiyasına aid olmasını da xüsusi vurğulayıb. “Çoxqütblü dünya modeli nəzəriyyəsi nöqteyi-nəzərindən Azərbaycan dəqiq olaraq Avrasiya sivilizasiyasına aiddir”- deyə o, qeyd edib.
Korovin jurnalistin Türkiyə ilə bağlı verdiyi suala cavab olaraq bunları deyib: “Türkiyə məhz Avrasiya sivilizasiya blokunda harmonik mövcud ola bilər. Türkiyənin NATO-da olması qeyri-təbiidir. Bunu faktlar sübut edir. Təkcə Qərbin Rəcəb Tayib Ərdoğanı 2016-cı ildə devirməyə cəhd etməsi kifayətdir ki, Qərbin Türkiyə haqqında nə düşündüyü məlum olsun. Burda hansı müttəfiqlikdən söhbət gedə bilər?. Türkiyə Qərb üçün sadəcə ərazidir. Türkiyənin mədəniyyəti, identikliyi onları maraqlandırmır”.
Jurnalistin ümumiyyətlə stabil olmayan, lakin son zamanlarda əvvəlkinə nisbətən normallaşan Türkiyə-İran münasibətlərinə dair sualına cavab olaraq isə bildirib: “Bəli, Türkiyənin elə ambisiyaları var ki, bu, İranın xoşuna gəlməyə bilər. Lakin belə fikir ayrılıqları Avrasiya sivilizasiyasının daxilində müzakirə olunmalı məsələdir. Ankara yavaş-yavaş da olsa Qərbdən Avrasiya geopolitikasına doğru dönüş etməkdədir. Geriyə dönüşü olmayan nöqtə isə Türkiyənin NATO-dan çıxması olacaq”.
Politoloq jurnalistin Türkiyə-Yunanıstan münasibətlərinin gərgin olması fonunda ABŞ-ın Egeydənisində Türkiyə ilə deyil, Yunanıstanla birgə hərbi təlim keçirməsi ABŞ-ın Yunanıstanı dəstəkləməklə Türkiyəni NATO-dan itələməsi demək deyilmi sualına isə “düşünürəm ki, burada söhbət çox güman Qərbin Türkiyəyə qarşı laqeyd, yadcasına və təkəbbürlü münasibətdən gedir” – deyə cavab verib.
шаблоны для dle 11.2
02-09-2021 05:10 Baxılıb: 430    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}