Yaşar Yakış: Osmançılıq – boş xəyallar və təhlükəli ideologiyadır


Tanınmış türkiyəli diplomat, ölkənin keçmiş xarici işlər naziri, Ədalət və İnkişaf Partiyasının qurucusu Yaşar Yakış Russtrat İnstitutunun saytına müsahibə vermişdir. Siyasətçi bu müsahibədə maraq doğuran və gündəmi zəbt edən bir sıra məqamlara toxunmuşdur.
Türkiyənin regiondakı çəkisi ilə bağlı danışan Yaşar Yakış bildirmişdir ki, bu çəkinin artırılması üçün ilk növbədə Rusiya ilə münasibətlərin yaxşılaşdırılması vacibdir: “20 noyabr 2015-ci ildə Türkiyə rus hərbi təyyarəsini vurdu. O vaxtkı baş nazir Əhməd Davutoğlu bildirdi ki, bu hərəkət səhv olmayıb, qanuni yerinə yetirilmişdir və əgər vəziyyət yenə təkrarlanarsa, onlar yenə obyekti vuracaqlar. Lakin Rusiya kəskin reaksiya nümayiş etdirəndən sonra prezident Ərdoğan Rusiya qarşısında yazılı şəkildə üzr istədi, eskalasiyanın aradan qaldırılması yolunu tutdu və dedi: “Əgər biz bilsəydik bu rus təyyarəsidir, başqa cür hərəkət edərdik”. Həmin şəraitdə rus təyyarəsini vurmaq səhv idi. Bu hərəkətləri yanlış baxış kimi qiymətləndirmək lazımdır. Belə səhvlər nəticəsində Türkiyə regionda və dünya miqyasında təkləndi”.
Türkiyənin ABŞ ilə münasibətləri barədə danışarkən diplomat bu münasibətlərin gərginləməsinin bir səbəbini də ABŞ-ın Fətulla Gülənin ölkəyə qaytarılmasına imkan verməməsi ilə bağlamışdır: “Ankara bildirir ki, Fətulla Gülənin Türkiyəyə deportasiya olunmasını hüquqi cəhətdən əsaslandırmaq üçün 84 cild sənəd göndərmişdir. Lakin ABŞ hakimiyyəti bildirir ki, bu sənədlərdə Gülənin Türkiyəyə ekstradisiya olunması üçün heç bir sübut tapmayıb. Türkiyə-Amerika münasibətlərində bu cür çoxlu problemlər mövcuddur və yaxın gələcəkdə bu münasibətlərin düzələcəyinə ümid yoxdur”.
Jurnalistin “Sizin fikrinizcə Türkiyə-Çin münasibətləri necə olmalıdır?” sualını cavablandıran Y.Yakış əsasən uyğur probleminə diqqət yetirmişdir: “Türkiyə Sinszyan rayonunda uyğurların millətçi əhval-ruhiyyəsini qızışdırmamalıdır. Çin də öz növbəsində uyğurlara mədəni özünəməxsusluqlarını saxlamaqda və imkişaf etdirməkdə kömək etməlidir”.
Türkiyənin yaxın gələcəkdə rolu, missiyası və vəzifəsi barədə sualı cavablandırarkən isə siyasətçi belə demişdir: “Ara-sıra yüksək səviyyəli rəhbərlər meydana çıxır ki, neoosmançılıq kimi konsepsiyalara entuziazm ilə yanaşırlar. Lakin buna istənilən cəmiyyətdə müşahidə olunan azsaylı insanların cəhdləri və ifrat fikirləri kimi baxmaq lazımdır. Osmançılıq barədə xülyalara dalmaq – boş xəyallar və təhlükəli ideologiyadır. Türkiyə gələcək perspektivdə Yaxın Şərq regionunda ortabab miqyaslı dövlət kimi qalmaqda davam edəcək”.
шаблоны для dle 11.2
25-08-2021 17:03 Baxılıb: 1630    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}