"Dodo" qəzetinə dəstək olmaq lazımdı


Əziz dostlar, əziz talışlar. Hər kəsdən xahiş edirəm, xüsusilə talışlar sonadək oxusunlar və biganə qalmasınlar! Bu gün sizlərə öz hesabına talış dilinin inkişafı üçün böyük xidmət göstərən İradə xanımdan danışacam.
İradə xanım talış dilinin inkişafı üçün ən çox xidmət göstərən qadındır! O "Dodo" qəzetinin baş redaktorudur. 
Eyni zamanda talış dilində müxtəlif kitabların müəllifidir. Bundan əlavə o talış dilinin lüğətini elektron formada latın əlifbası ilə tam hazırlayıb və bir müddət sonra çapa verəcək.
Bakının demək olar ki göbəyində - Elmlər Akademiyasında "Azərbaycan" nəşriyyatında ofisi var.
Bu insan talış adından istifadə edən bəzi şəxslər kimi oğurlamır kimdənsə, özü oturur hazırlayır. Bəziləri kimi də eşşəyin palanından düşüb bu sənətə gəlməyib, ali təhsillidir.
Amma hər işi özü görən, qəzeti, ofisin arendasını - hər bir şeyi öz hesabına edən bu Azərbaycan qadınına heç kim dəstək olmur. Talış xalqının qəhrəman oğulları var axı. Özündən deyən oğlanları var. Hansı ki mən efir siyasəti səbəbindən televiziyaların birində işlətdiyim adi bir ifadəyə görə bir nəfər kimi üstümə gəldilər. O üstümə gələn qəhrəmanlar niyə bir talış qadınına dəstək olmurlar? Səbəb nədir?!
Bir neçə dəfə özüm görmüşəm ki, kimlərdənsə borc götürüb, amma öz dilində çap olunan qəzetin çapının gecikməsinə şərait yaratmayıb. Niyə hər birimiz hamılıqda dəstək olmayaq?!
Hanı talış bölgəsinin deputatları?! Hanı Astara, Masallı, Lənkəran və s.
Leriki deyəcəksiniz niyə yazmadım. Çünki Lerik rayonunun millət vəkili kifayət qədər dəstək olub qəzetə! 
Hələ bunlar bir yana qalsın, adam gedir Azərbaycan nəşriyyatına, adam səsindən qulaq kar olan nəşriyyatda təkcə talışa aid olan ofisə sükut çöküb! Niyə belə olmalıdır? Niyə bizdə bir-birimizə qarşı kin, küdurət, paxıllıq var? Niyə də niyə?!
İndi deyəcəksiniz ki, sən ki belə danışırsan, sən neyləmisən qəzet üçün?!
Mən elədiklərimi dilə gətirməyi sevmirəm! Amma bilənlər bilir mənim dəstək olduğumu.
O qeyrətdən danışıb mənə yol göstərmək istəyən bəzi "qəhrəmanlar"! Hardasız?!
Əgər sabah "Dodo" qəzetinin tirajlanması dayandırılsa bunun günahkarı İradə xanım deyil. Bunun günahkarı bütün talışlardır!
Vallah ayıbdır! Türkləri özünə düşmən bilən bəzi beyinsizlər bunu da bilsinlər ki, heç kim "Dodo" qəzetinin qapısını açmayanda müəyyən qədər yardım edən də türklər oldu. (Saytın açılması, ofisin yığılması və sair).
Yəqin bu postumdan sonra mənim üstümə gəlmək istəyən bəzi talışlar, mənim üstümə gəldiyi vaxtda "Dodo" qəzetinin xeyrinə nəsə edə bilər. 
Yadınızda saxlayın: "Dodo" tək İradənin deyil, "Dodo" mənimdi, sizindi və bütün talışlarındır!!!

Elcan Məmiyev
шаблоны для dle 11.2
17-08-2021 17:22 Baxılıb: 890    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}