“Vahabzadə Jirinovskiyə cavab vermir, pas ötürür” – Deputatdan sensasion ittiham

"Vahabzadənin Jirinovskiyə cavabı nə diplomat cavabıydı, nə dövlət maraqlarından, nə də milli təəssübkeşlikdən irəli gəlirdi". 
Bunu deputat Sahib Alıyev deyib.
Deputat bildirib: "Bəzilərindən fərqli olaraq "bu, bazar adamının cavabıydı" da demək istəmirəm. Çünki bazarlarda ruscası səlis olanlar, Jirinovski kimiləri yerində oturtmaq lazım gələndə bunu ustalıqla edənlər az deyil. Həm də onlar içlərində həqiqətən də milli təəssübkeşlik hissləri gəzdirirlər. İsfəndiyar Vahabzadədə isə bu yoxdur. Hakimiyyətdən narazılıq, qəzəb, öz yerini və həddini bilməmək var. Keçmiş səfirin "dillər dastanı" çıxışında da hədəf Jirinovski, yaxud da rus xalqı deyildi. Hədəf davamlı və ardıcıl şəkildə yol verdiyi nöqsanlara görə onu artıq təmsilçisi gözündə görmək istəməyən, zorən diplomatlığına son qoyan Azərbaycan hakimiyyəti, Azərbaycan dövləti idi. Vahabzadə Jirinovskiyə cavab vermirdi, pas ötürürdü, bir sözlə, jirinovskiləyirdi... Məni təəccübləndirən bu zorən diplomatı az qala qəhrəman edib göylərə qaldıran, onun hayların əlinə necə fürsət verdiyini anlamayan, Nemət Pənahlının, Rəhim Qazıyevin və digərlərinin ötən əsrin axırlarındakı "dərs"lərindən hələ də nəticə çıxarmayanlardır. Bəylər, qəhrəman axtarırsınızsa, gözlərinizi açın yaxşı-yaxşı baxın, onlar öz canları-qanları bahasına torpaqlarımızın işğalına son qoyanlardı, hazırda əllərində silah Azərbaycan-Ermənistan sərhəddində, Qarabağda keşik, elə həm də təəssüb çəkənlərdir".
шаблоны для dle 11.2
14-08-2021 05:24 Baxılıb: 1460    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}