Övladınızın patı - şüşə çəkdiyindən necə şübhələnməli? - 12 ƏSAS ƏLAMƏTƏ DİQQƏT!

Hazırda ən ucuz sintetik narkotik növü kimi bazarda tələbat olan və çox dövriyyə olunan şüşə-patı bütün Azərbaycanı cənginə alıb. Hər gün polis onlarla narkotik aludəçisi və satıcısını aşkarlayıb tutur.
Şüşə, patı deyilən maddə heroin, nəşədən çox fərqlənir. Hazırda yeniyetmələr – 14-17 yaş, hətta qızlar arasında geniş yayılıb.
Bəs ata-ana övladının bu narkotik maddəsinə qurşandığını xaricən, simasından hansı əlamətlərlə bilə bilər?
medicina.az həkim psixiatr, narkomaniyanın müalicəsi ilə də məşğul olan Abdulla Şıxlınskidən patı-şüşə istifadəsi zamanı görülən əsas əlamətlər barədə açıqlama alıb.
Həkim valideynləri diqqətli olmağa çağırıb və vacib tövsiyələrini verib.

“El arasında şüşə, patı adı ilə məlum olan, əslində tibbi adı metamfetamin olan narkotik maddədir. Çox təhlükəli sintetik narkotikdir. Bu maddənin birinci dozasını qəbul edən kimi öyrəşmə, asılılıq yaradır. Metamfetamin ilk dəfə Yapon alimləri tərəfindən müharibə dövründə sintez olunub ki, yapon əsgərləri heç vaxt yorğunluq hiss etməsinlər, aktiv və daha aqressiv olsunlar, müharibə dəhşətlərindən qorxmasınlar. Nəyə görə şüşə adlandırılır: çünki bu maddə kristal formasındadır, şəffafdır, sınmış şüşənin qəlpələrinə bənzəyir. Bu maddə psixostimulyatorlar qrupuna aiddir. Onun təsirinin əsasında biokimyəvi proseslər durur: bu maddə bədənə daxil olandan sonra adrenalin, serotonin, dofaminin maddələrinin miqdarını sürətlə həddən artıq təhlükəli miqdarda artırır. Stimulyasiya olunmuş psixika bundan sonra dayana bilmir.
Aşağıdakı əlamətlərə görə uşağın şüşə qəbul etdiyini bilmək olar:
- Göz bəbəkləri daralır ki, birinci qəbuldan sonra bu baş verir.
- Sifət qızarmış olur.
- Gözlər şüşəyə bənzəyir, donuq olur, elə bu narkotikin şüşə adlandırılmasının bir səbəbi də budur.
- Baxışları bir nöqtəyə dikilir.
- İnsan yerində sakit otura bilmir, əl-ayaqlarını boş yerə tərpədir, ovuşdurur.
- Hamının sözünü kəsir, özü durmadan danışır.
- Ətrafdakıların onun sözünə reaksiyasına əhəmiyyət vermir.
- Dəridə qaşınma çoxalır, uşaq özünü tez-tez qaşıyır.
- Uzun müddət qəbul edirsə, bədəndə müəyyən yaralar əmələ gəlir. Xəstələrin çiynində, kürəyində irinli yaralar olur. Bu yaralar burun və ağız içində də ola bilər.
- Ucadan qışqırararaq danışırlar, fikirləri bir-birinə bağlı olmur, təfəkkür qırıqlığı olur. Bir fikri bitirməmiş o birinə keçir. Nə danışdığı bilinmir. Danışıq tezləşir.
- Qarşısı alınmaz, səbəbsiz aqressiya, davaya meyillik, digərlərinə hücum etmə.
- Tənəffüs səthi və fasiləli olur.
- Nəbz çox tezləşmiş, sürətlidir.
- Güclü yuxusuzluq başlayır, xəstədə həyəcan, təşviş, təlaş halları olur.
Bu əlamətlərə görə övladınızdan şübhələnə bilərsiniz.
Bütün sintetik narkotiklərin – “şüşə”, “kokos”, “spayz” hamısının oxşar əlamətlər verir. Xəstənin bu narkotiklərdən hansını və neçə müddətdir qəbul etməsini həkim narkoloq və psixiatr müəyyən edə bilər”.
шаблоны для dle 11.2
25-07-2021 17:47 Baxılıb: 2180    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}