Vladimir Putin Rusiyanın Milli Təhlükəsizlik Strategiyasını təsdiq etdi


Vladimir Putin Rusiyanın bir dövlət kimi hədəflərinin, qarşısında duran vəzifələrin və onun maraqlarının qeyd olunduğu sənədi – Milli Təhlükəsizlik Strategiyasını təsdiq etdi. Belə bir sənəd - Rusiyanın ətraf aləmi necə gördüyünün, özünün dünyadakı yerini necə təsəvvür etdiyinin rəsmi olaraq təsdiqini tapmasıdır.
Bundan əvvəlki strategiya sənədi beş il yarım qüvvədə oldu. Onun qəbul edildiyi 2015-ci ilin dekabrından bəri çox dəyişikliklər baş verdi. Ona görə də yeni versiya strategiya qəbul edildi ki, bu dəyişikliklər onda nəzərdə tutulub.
Yeni strategiyanın bütün mətni 41 səhifədən, 116 maddədən ibarətdir ki, bu sənədin ən əsas yerlərini sizə təqdim edirik.
GEOPOLİTİKA. Dünyada çoxqütblü nizam bərqərar olur. Yeni qlobal (Hindistan, Çin) və regional (Türkyə, Braziliya) güclər möhkəmlənirlər. Bu, Qərb dövlətlərinin xoşuna gəlmir. Onlar hədə-qorxu və sanksiyalar hesabına “öz hegemonluğunu” qoruyub saxlamağa çalışırlar. Onların yürütdüyü bu cür siyasət dünyadakı stabilliyin pozulmasına, BMT-nin rolunun zəifləməsinə gətirib çıxarır. Belə bir vəziyyətdən müharibəyə keçid isə bir addım məsafədən ibarətdir.
Rusiya bu tədbirlərə cavab olaraq sanksiyaların öhdəsindən gəlməyi öyrənir. Əsas üstünlük daxili istehsala, yoxsulluqla mübarizəyə, səhiyyəyə, ekologiyaya və b. sahələrə verilir. Elmin və insan potensialının inkişaf etdirilməsi ölkəni beynəlxalq layihələrin həyata keçirilməsi üçün daha da cəlbedici edir.
Rusiyanı iqtisadi sansiyalarla paralel şəkildə mənəvi cəhətdən də alçaltmağa çalışırlar. Strategiyada deyilir: “Rusiyanın düşmən obrazının formalaşdırılması üçün informasiya kampaniyaları aparılır”. Xarici ölkələrdə tez-tez rus dilindən istifadə ilə bağlı problemlərlə üzləşirik. Bundan başqa Rusiya KİV-lərinə qoyulan qadağalar, idmançılarına qoyulan sanksiyalar, onun haker hücumları törətməkdə ittiham edilməsi də bu qəbildən olan fəaliyyətdir.
MİLLİ MARAQLAR. Milli maraqlar Strategiyada 8 bənddən ibarətdir.
1.Xalqın qorunması və insan potensialının inkişaf etdirilməsi;
2.Konstitusiya quruluşunun qorunması və müdafiənin möhkəmləndirilməsi;
3.Ölkədə sülh və əmin-amanlığı qorumaq, korrupsiyanın kökünü kəsmək, vətəndaşların və mülkiyyətin bütün növlərinin qəsdlərdən qorunması;
4.İnformasiya məkanının təhlükəsizliyi;
5.İtisadiyyatın inkişafı;
6.Ətraf aləmin qorunması və təbiətdən rasional istifadə;
7.Ənənəvi dəyərlərin möhkəmlənməsi, irsin qorunub saxlanılması;
8.Sülh və stabilliyə dəstək vermək.
MÜDAFİƏ. Rusiya üçün başlıca hərbi təhdidlər bunlardır:
-NATO-nun genişlənməsi; 
-Amerikan raket əleyhinə sistemlərinin inkişafı; 
-Yaxın Şərqdə, Şimali Afrikdada, Əfqanıstanda və Koreya yarımadasındakı gərginlik.
Bütün bu çağırışlara cavab vermək üçün Rusiya müdafiə qabiliyyətini möhkəmləndirməlidir. Bunu aşağıdakı tədbirlər vasitəsi ilə etmək planlaşdırılır:
-Nüvə potensialının qorunması;
-Öz milli maraqlarını və vətəndaşlarını xarici ölkələrdə müdafiə etmək;
-Ordunun silahlandırmasını yeniləmək;
-İqtisadiyyatı müharibə dövründə normal işləməsinə hazırlamaq;
-Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi.
DÖVLƏT TƏHLÜKƏSİZLİYİ. Rusiyanın hüquq mühafizə sistemi inkişaf etməyə davam etsə də cinayətkarlığın sayı da azalmaq bilmir. Strategiyada əsas ağrılı yerlərin - oğurluq, qanusuz ov və meşənin qanunsuz qırılması, kommunal və bank sistemində sui-istifadə hallarının adları çəkilir. Bundan başqa terrorizm, xarici kəşfiyyatlar kimi “destruktiv güclərin” iqtisadi çətinliklər yaşandığı bir dövrdə qayığı çalxalamaq niyyətləri də qeyd edilir. Bütün bunlar Rusiyanın Milli Təhlükəsizliyi üçün bir təhdiddir, lakin dövlətin bunlara qarşı planı da var:
-Xarici kəşfiyyat agentlərinə və digər rəngli inqilab həvəskarlarına baş qaldırmağa imkan verməmək;
-İnsanların məhkəmələrə və polisə olan etimadını yüksəltmək;
-Terrorçuları tutmaq;
-Bank və MKT sahəsində cinayətlərin sayını azaltmaq, “torpaq, su və bunlarla bağlı resursların istifadəsindəki pozuntulara imkan verməmək”;
-Yolları təhlükəsiz etmək.
Strategiyada dövlət təhlükəsizliyinin qorunması üçün ümumilikdə 23 tədbir qeyd olunub.
İQTİSADİ TƏHLÜKƏSİZLİK. Strategiyanın müəllifləri Rusiyanın iqtisadiyyatının hansı yolla inkişaf etdiriləcəyini yazıblar. Əsas tezislə bunlardır:
-Aşağı inflyasiya və stabil rubl;
-İnsanların kreditləşdirilməsi. Lakin borc köləliyinə səbəb olmamaq üçün bunun tədricən edilməsi;
-Rəqəmsal texnologiya və süni intellektin tətbiqi sayəsində əmək məhsuldarlığının artırılması;
-Müdafiə sənayesi müəssisələri daha çox mülki əmtəələr istehsal etməlidir;
-Xarici ticarətdə dollardan imtina edilməsi.
MƏNƏVİ DƏYƏRLƏR. Strategiyada Rusiyanın mədəni suverenliyi üçün yaranan təhdidlər sadalanır. Qərbin təsiri nəticəsində ənənəvi dəyərlərin itirilməsi, insanların “möhkəm ailə, humanizm və ya vətənpərvərlik” haqqında deyil, “özbaşınalıq, həzz və istehlak” haqqında düşünməyə başladığı qeyd edilir.
Mənəvi dəyərlər uğrunda radikal tədbirlərlə mübarizə aparacaqlar. Görünür, rusiyalılara söyüş söyməyi qadağan etmək istəyirlər. Strategiyada “müasir ədəbi rus dilinin normalarına nəzarətin gücləndirilməsi və özündə bu normaları gözləməyən sözləri və ifadələri (o cümlədən senzurasız leksikanın) daşıyan məhsulların dövriyyəsinin və KİV-ə çıxmasının qarşısının alınması” qeyd olunub.
Bundan başqa hakimiyyətdəkilər “Rusiya elminin və texnikasının, ədəbiyyatının, təsviri incəsənətinin, musiqisinin və idmanının nailiyyətlərini populyarlaşdırmağa” da xüsusi fikir verəcəklər. Onlar ilk növbədə bunların məktəblilərə çatdırılmasını təmin etmək üçün təhsil təşkilatlarının tədris proqramına dəyişikliklər edilməsini nəzərdə tuturlar.
RUSİYA KİMLƏ DOSTLUQ EDƏCƏK. Kimin Rusiyaya düşməncəsinə münasibət bəsləməsi ilə bağlı məsələ az-çox bəllidir. Lakin Strategiyada həm də kimlərlə rusların gələcəkdə dostluq edəcəyi də qeyd edilib. İki böyük partnyorla – Hindistan və Çinlə. Bu dövlətlərlə münasibətlər Şanxay Əməkdaşlıq Təşklatı və BRİCS vasitəsilə nizama salınacaq. 
Dostlar isə azdır: “MDB üzvləri, Abxaziya və Cənubi Osetiya”. Ən yaxın qonşularla münasibətlər isə “Avrasiya İqtisadi Birliyi, KTMT və İttifaq dövləti” çərçivəsində qurulur.


Cəmil Şirvanov
шаблоны для dle 11.2
07-07-2021 22:55 Baxılıb: 700    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}