Gömrük mafiyası Yalamada 2 min tırdan rüşvət istəyir

Azərbaycana neftdən sonra ən çox gəlir gətirən məhsul pomidordu.
Nefti xarici şirkətlər gəlib çıxarıb aparır, bizə də nə verirlər verirlər. Ondan da hakim oliqarxlar nə qədərini göturub balalarına 2 milyonluq saat alır, nə qədəri isə xalqa çatır - onu kosmos bilir.
Pomidoru isə Azərbaycan kəndlisi əkir, MDB bazarına çıxarır və ölkəyə valyuta gətirir.
Hal-hazırda Yalama gömruyundə 2 mindən çox tez xarab olan məhsul olan pomidor-xiyar dolu tır Rüsiyaya keçmək üçun növbədə qalıb, gömrük mafiyası isə onlardan külli miqdara rüşvət istəyir.
Azərbaycan Avrasiya İqtisadi Birliyinə qoşulsa, çox güman ki, bu problemlər aradan qalxacaq və ölkənin kənd təsəruffatı üçun okean boyda bir bazar açılacaq.
Azərbaycan kənd təsərrufatı potensialına görə heç də Danimarka və Hollandiya kimi inkişaf etmiş ölkələrdən geri qalmır. Amma bü sistem (hakimiyyət yox, sistem - bunların yapı da, axcp-si də, real-ı da eyni gündədi, müsavat isə vapşe Sibirlikdi) dəyişməyincə, heç nə düzəlməycək.

Aftandil Babayev

QEYD: Məsələ ilə bağlı Quba sakini Yusif Yusifli yazır: "Məmurların, nazirlərin öz şirkətlərinin maşınları problemsiz keçir, amma qalanlarına isə icazə verilmir. Ağıllılar hələ bir nağılda uydurublar ki, problem Rusiya gömrüyündədir, onlar buraxmır guya. Necə olursa, şirkətlərin maşınları çox rahat keçib gedir amma. Məcbur edirlər ki, əllərində bir az torpağı qalan kəndlilərdə torpaqlarını şirkətlərə satsınlar. Məhsulunu satmağına imkan verilməyən kəndliyə başqa çarə qalmır. Sonrasa hansısa ağzıgöyçək də deyəcək ki, niyə kəndli şəhərə gəlir torpağın satıb. Nə qədər ki, əlində az para torpağı olan kəndli var, normal qiymətə meyvə, tərəvəz almaq olacaq. Bütün torpaqları şirkətlər alandan sonra isə istədikləri qiyməti qoyacaqlar. Onda da indi ucuz pomidor aldığı üçün sevinən xəstələr, həsrətlə baxacaq, almağa imkanı olan deyil. Sadə əhali üçün ən yaxşısı Avrasiya İqtisadi Birliyidir elə. Azərbaycan ancaq Bakıdan ibarət deyil. Bölgələr hava, su kimi Rusiyaya möhtacdır. Həqiqət belədir".

04-06-2021 02:42 Baxılıb: 4110    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Кликните на изображение чтобы обновить код, если он неразборчив