Putin və Bayden dünyanı belə böləcək – Jirinovskidən sensasiya

Putinlə Baydenin görüşü tet-a-tet formatında keçirilməlidir, çünki orada iki lider dünyanı bölüşdürəcək. Tərcüməçilər istisna olmaqla, hər kəsin otaqdan çıxarılması gərəkəcək. Danışıqlar bitəndən və nüfuz zonalarının bölüşdürülməsindən sonra tərcüməçilər güllələnməlidir ki, heç kəs iki liderin nədən danışdığını bilməsin.
Bu barədə “Rossiya-1” telekanalında “Vladimir Solovyovla axşam” verilişinin efirində Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski deyib.
Onun sözlərinə görə, görüş zamanı liderlər dünyanı təsir zonalarına bölməli olacaqlar: “Yaxın və Uzaq Şərqdə hər şey aydındır. Amma Moldovanın bir hissəsinin Rusiya, digərinin isə Rumıniyanın təsiri altına keçəcəyi ilə bağlı mübahisə aparmaq lazım gələcək. Həm də Ukraynanın 6 qərb bölgəsini vermək məcburiyyətində qalacağıq. Burada Lvov paytaxt olacaq. Ukraynanın bütün qalan hissəsi isə Rusiyaya keçəcək. Belarus tam olaraq Rusiyanın nəzarətində olacaq. Bu sözsüzdür. Baltikyani ölkələrdə sərhədlər dəqiqləşdiriləcək. Tallinə köhnə adını – “Revel”i qaytaracağıq, Tartu isə onsuz da Rusiya şəhəri kimi tanınırdı. Cənubi Latviya ruslara, Vilnüs diyarı isə Belarusa qaytarılacaq. Onlara isə Kaunas (Litva) qalacaq. Bu, sadəcə sözlər deyil. İllər əvvəl mən Yaxın Şərqin xəritəsini çəkmişdim. İndi orada hər şey mən dediyim kimidir”, – deyə Jirinovski qeyd edib. /axar.az/
шаблоны для dle 11.2
02-06-2021 17:51 Baxılıb: 520    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}