Baş nazir Minskdə MDB ölkələri hökumət rəhbərlərinin iclasında iştirak edir

Minskdə səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov bir sıra görüşlər keçirib.
“MDB-də əsas diqqəti ümumi iqtisadi arealın inkişafına yönəltmək lazımdır”. Bunu Minskdəki Müstəqillik sarayında keçirilən MDB ölkələrinin hökumət rəhbərləri ilə görüşdə Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Onun sözlərinə görə, Belarusun xarici siyasətində prioritet MDB daxilində əlaqələrin inkişafıdır. Birliyin ən vacib vəzifələrini respublika öz sədrliyi müddətində proqram sənədlərində qeyd edib, həmçinin bu vəzifələr Avrasiya İqtisadi Birliyi formatında da təşviq edilir.
“Bunların bəziləri artıq tərəfimizdən Belarus və Rusiya İttifaq Dövləti çərçivəsində gerçəkləşdirilib. Aydındır ki, MDB ölkələrinin hökumətləri və işçi orqanlarının əsas diqqətini ümumi iqtisadi fəzanın inkişafına cəmləndirmək lazımdılr”,- Lukaşenko deyib.
Prezidentin fikrincə, iqtisadi inteqrasiyanın inkişafının lazımi şərti Birliyin sənədlərinin təkmilləşdirilməsi və onların AİB-in mormativ-hüquqi bazası ilə ahəngdarlıq təşkil etməsinə nail olmaqdır.
“Açıq və birbaşa deyirəm: əgər yaxın vaxtlarda bunu həll etməsək, Müstəqi Dövlətlər Birliyinin səmərəli mövcudluğu haqda danışa bilməyəcəyik. Hələ üstəlik AİB-in də. Bütün detalları dəqiqləşdirməyin, ölkələrimiz arasında qarşılıqlı əlaqələrin əsl bünövrəsinin formalaşdırılması barədə qərar verməyin vaxtı gəldi. Bünövrə isə iqtisadiyyatdır”,- Belarus lideri vurğulayıb.
Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının iclası mayın 28-də Minskdə keçirilir. İclasda dövlət (icra) hakimiyyəti orqanlarının Əməkdaşlıq Konsepsiyası təsdiqlənəcək, silahlı qüvvələrin zabitlərinin operativ-strateji hazırlığı sahəsində baza təşkilatı və kadr təyinatı barədə qərarlar imzalanacaq. Bundan başqa, hökumət başçıları MDB orqanlarının fəaliyyətinə dair bir sıra kadr qərarlarını, o cümlədən İcraiyyə Komitəsi sədrinin – təşkilatın icraçı katibinin müavinlərinin və MDB-nin Statistika Komitəsi sədrinin vəzifəyə təyin olunmaları barədə qərarlar qəbul edəcəklər. /sputnik.az/
шаблоны для dle 11.2
28-05-2021 14:57 Baxılıb: 500    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}