Putinin “düşmənlərin dişlərini tökərik” sözlərini Qərbdə alqışladılar

Vladimir Putinin “Qələbə” təşkilat komitəsinin iclasında çıxışı sərt, lakin ədalətli idi. “Bizə təcavüz etmək istəyənlərin dişini elə tökərik ki, daha heç kimi dişləyə bilməzlər” vədi bütün dünya mediası tərəfindən təkrarlanıb və böyük maraq yaradıb. Həmişə olduğu kimi, Rusiya liderinin bu açıqlaması da Qərbdə qızğın emosiyaya səbəb olub.
Amerikalılar və ingilislər Putinin çıxışı ilə bağlı xəbərlər altında açıq şərhlər verirlər.
“Putin zarafat ediləcək adam deyil” deyə texaslı Koy Yanq xəbərdarlıq edir. “O əksər dünya liderlərindən daha aqressivdir və hərbi güc tətbiq etməzdən əvvəl tərəddüd etməyəcək, axı DTK məktəbidir!”
Amerikalı Skott Moşan daha təmkinlidir və hesab edir ki, Putin dediyini edən insandır.
Dumanlı Albion sakini deyir: “30 ildir milli səhiyyə xidmətində aparılan islahatlar nəticəsində dişlərimiz itirmişik. Rus stomatologiyası Sibirdə daha yaxşıdır, çünki güzəşt sahibləri və qanunsuz miqrantlar üçün deyil, hamı üçündür”.
“Baydenin dişlərini çıxarmaq lazım deyil, o özü protezini çıxaracaq”,- deyə Ohayo sakini zarafat edir. Onu ABŞ-ın başqa bir sakini də dəstəkləyir ki, tezliklə Baydenin dişləri öz-özünə töküləcək.
İngilis və Amerika xəbər portallarının oxucularının daha bir neçə sitatını təqdim edirik.
“Vladın dediklərini ciddi qəbul edərdim. Ağ Evdəki mövcud qondarma solçu rəhbərliyini nəzərə alsaq, ümumiyyətlə belə bir vəziyyətə hazır deyilik”.
“Hər şey kristal kimi aydındır. Rusiya bizim prezidentimizin zəif qoca olduğunu bilir”.
“ABŞ-ın bir vaxtlar ordusu var idi, amma indi əsgərlər hamiləlik paltarını seçirlər və ya öz cinslərinin nə olmasına qərar verirlər”. /teleqraf.com/
шаблоны для dle 11.2
24-05-2021 21:17 Baxılıb: 990    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}