“Səfər Mehdiyev istefa verməlidir” - Ekspert

Dövlət Gömrük Komitəsinə əməlli başlı çaxnaşma düşüb. Komitənin məsul şəxsləri arasında həbslər başlayıb. Artıq 5 vəzifəli şəxs rüşvət alarkən saxlanılıb. Ekspertlərin fikrincə, həbslər müvafiq komitədə islahatların anonsundan xəbər verir. Hansı ki, islahatlar çərçivəsində komitənin ya hansısa nazirliklələrə bilrəşdirilməsi, ya da rəhbərlikdə istefaların olacağı gözlənilir. Son vaxtlar bu qurumla bağlı mətbuatda çoxsaylı şikayətlər və neqativ fikirlər yayılır. Şikayətlərdə komitə rəhbəri Səfər Mehdiyevin yarıtmaz fəaliyyəti tənqid olunur və istefası tələb edilir. Səfər Mehdiyev isə rəhbərlik etdiyi qurum daxilindəki həbslərlə bağlı hələlik susqunluq nümayiş etdirir. Halbuki bir müddət əvvəl o mətbuat vasitəsilə bəyan etmişdi ki, gömrükdə rüşvət və ya neqativ hallarla bağlı fakt olsa, özü istefa verəcək.
Məsələ bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Bizim.Media-ya açıqlamasında  Dövlət Gömrük Komitəsində bundan sonra da həbslərin olacağını bildirib: "Çünki gömrük orqanlarının yaranma və işləmə fəlsəfəsi Azərbaycanda düzgün ayarlanmayıb. Gömrük orqanları daxili istehsalçıları qorumaq üçün yaradılmış bir orqandır. Daxili istehsalçılar bir kənarda qalıb, ölkədə istehsal olunan-olunmayan bütün məhsullara çox yüksək gömrük rüsumları var. Gömrüyün ən çox topladığı vəsait 18 faizlik əlavə dəyər vergisidir. Ümumiyyətlə, gömrüyün ayrıca bir komitə kimi fəaliyyət göstərməsinə ehtiyac yoxdur. Əgər hökumət köklü islahatlar aparıb Gömrük Komitəsinin ya Maliyyə Nazirliyi, ya da İqtisadiyyat Nazirliyinin tərkibində bir departament olaraq fəaliyyət göstərməsini istəyirsə, buna uyğun struktur islahatları aparılmalıdır”.
Ekspert bildirir ki, əslində normal ölkələrdə belə həbslər olan zaman qurum rəhbərliyi özü istefa verir: "Bu qədər korrupsiya halları və narazıçılıq varsa, Gömrük Komitəsininn rəhbəri istefa verməlidir. Təəssüf ki, Azərbaycanda istefa mədəniyyəti olmadığından, bunu görmürük. Bu baxımdan Səfər Mehdiyevin özünün istefaya getməsi məntiqli olar. Amma qurumun fəaliyyətinin fəlsəfəsinin  dəyişməsi də vacibdir. Gömrük Komitəsinin müstəqil qurum kimi qalmasının Azərbaycan indiki reallığında heç bir əhəmiyyəti yoxdur”.
Natiq Cəfərli həbslərin gömrük rüsumlarına təsiri məsələsinə də münasibət bildirib. O, deyib ki, problem gömrük rüsumlarının 15 pilləli sistemdə olmasındadır: "Azərbaycanda gömrük rüsumları 0-dan 15 faizə qədərdir və insan faktorundan asılı olaraq faiz dərəcələri dəyişdirilir. Bu, doğru deyil. Çox yayğın və korrupsiyaya yol açan bir sistemdir. Ona görə də Azərbaycanda gömrük tarifləri ən çox üçpilləli olmalıdır. Məsələn, 0,5-15 faiz civarında olmalıdır ki, gömrük rüsumları ilə bağlı problem olmasın”.
Xatırladaq ki, Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirib. Əməliyyat nəticəsində idarənin bəzi vəzifəli şəxsləri rüşvət alarkən saxlanılıb. Birgə əməliyyat-axtarış tədbirləri zamanı Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin struktur qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov, "İpək Yolu" gömrük postunda inspektor işləyən Mirağa Ağayev, habelə "Global Broker" MMC-nin direktoru olmaqla "D2D Logistics" MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun vəzifə səlahiyyətlərindən sui-istifadə etdikləri müəyyən olunub. Qeyd olunanlarla bağlı Korrupsiya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Toplanan sübutlar əsasında adları çəkilən 5 nəfər saxlanılıb.
шаблоны для dle 11.2
22-05-2021 01:25 Baxılıb: 1140    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}