Rus diplomat Qərb diplomatlarının üstünə qışqırdı: Türkiyə, İran və Suriyanı təhqir etdiklərinə görə...

“Nə gözlərini çəkirsən?” — Safronkov İngiltərənin BMT-dəki nümayəndəsinin üstünə qışqıraraq deyib

Rusiyalı diplomat, ölkənin BMT-dəki səfirinin müavini Vladimir Safronkov BMT Təhlükəsizlik Şurasının iclasında əsəblərini cilovlaya bilməyib.
O İngiltərə diplomatı Mettyu Raykrofta qışqıraraq belə deyib: “Danışanda üzümə bax! Gözlərini qaçırma. Başqa yerə niyə baxırsan?” Və əlavə edib: “Rusiyanı təhqir etməyi bir daha ağlından belə keçirmə!”
Xatırladaq ki, Rusiya BMT Təhlükəsizlik Şurasının Suriyadakı qondarma “kimyəvi hücumu” pisləyən səsverməsinə veto qoyub. İngiltərənin BMT-dəki səfiri Mettyu Raykroft isə Rusiyanı Əsədə təsir göstərməyə çağıraraq deyib ki, Rusiya veto hüququndan sui-istifadə edir, Suriya rejimini və kimyəvi silahdan istifadəni dəstəkləyir.
“Sən bu gün danışarkən iclasın gündəmindən kənara çıxdın, Suriyanı, İranı, Türkiyəni təhqir etdin” — ardınca Safronkov ingiltərəli diplomatı günahlandırıb.
Safronkovun Qərbli siyasətçiləri suçladığı ittihamları qısaca sizə təqdim edirik:
— Londonda və Parisdə terror qruplarını qəbul edirsiniz;
— Sülh yaranmasına görə qorxuya düşmüsünüz;
— Burda bir şey deyirsiniz, ürəyinizdə başqa şey fikirləşirsiniz, əməldə isə tam başqa cür hərəkət edirsiniz;
— Suriyanın taleyini suriyalılar özləri həll etməlidirlər, başqaları yox!;
— Hökumətin nəzarət etdiyi rayonlardakı əhaliyə niyə ərzaq göndərmirsiniz? Onlar da ikinci sort adamlardır?;
— Dəməşq rəhbərliyini danışıqlar prosesindən kənarda saxlamaq yolverilməzdir və qeyri-etikdir.
“Rusiyalı diplomat BMT-nin Təhlükəsizlik Şurasını yerinə otuzdurdu” — xarici nəşrlər bu hadisəni belə başlıq altında dərc ediblər.

шаблоны для dle 11.2
18-05-2021 07:52 Baxılıb: 2640    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}