Natalya Makeeva Natiq Cəfərlini “Sorosun adamı” adlandırdı

Beynəlxalq Avrasiya Hərəkatının siyasi icmalçısı Natalya Makeeva REAL partiyasının icraçı katibi Natiq Cəfərlinin SSRİ-nin yaranması təhlükəsi ilə bağlı fikirlərinə münasibət bildirmişdir.

İcmalçı Rusiyanın evrazia.org portalında dərc olunan məqaləsinin girişində “Azərbaycanı yeni SSRİ-nin yaranmasına görə qorxudanlar kimlərdir?” sualını qoyaraq yazır ki, “Qafqaz ölkələri Rusiya ilə yaxınlaşır və belə görünür, bu Qərbdə kiminsə xoşuna gəlmir”.

Məqalədə Natiq Cəfərlinin “Sorosun adamı” olması iddiasını irəli sürən Makeeva göstərir ki, onun SSRİ barədə fikirlərinin məhz Putin və Lukaşenkonun görüşü ərəfəsində səsləndirilməsi müəyyən nüanslara aydınlıq gətirir: “Material Rusiya və Belorusiya prezidentlərinin görüşü ərəfəsində yazılmışdır. Hiss olunur ki, mətn işlənərkən Corc Soros fondu və bu struktura yaxın təşkilatlara xas xarakterik nəticələrdən istifadə edilmişdir”. Makeeva bildirir ki, məhz bu iki ölkə rəhbərinin görüşü panikaya səbəb olmuşdur.
Xatırladaq ki, REAL partiyasının icraçı katibi Natiq Cəfərli savash.org saytına açıqlamasında “yeni SSRİ” yaranması təhlükəsi barədə danışaraq yaranmış situasiyanı “Vəziyyət qəlizdir” kimi xarakterizə etmişdir. Siyasətçi bildirmişdir: “Aprelin 22-də Putin-Lukaşenko görüşü olacaq. Moskva artıq elə bir vəziyyət yaratdı ki, Batka indi hər şeyə razıdır. Ehtimalıma görə, aprelin 22-də Rusiya-Belarus İttifaq Dövlətinin yeni, daha sıx inteqrasiya olunmuş variantı elan ediləcək. Bu, SSRİ-nin xortlamasının təməli ola bilər... Vəziyyət qəlizdir, əgər bu ssenari həyata keçirilməyə başlasa, bizim üçün ağır dövr gələcək. Hətta Kreml artıq açıq-açıq Duqinin dili ilə həm təhdid edir, həm də Azərbaycanı “SSRİ”yə dartır”. Natiq Cəfərli bildirib ki, əgər Moskva SSRİ proyektinə start versə, “biz Türkiyə ilə “İttifaq Dövləti” müqaviləsi bağlamalı, Türk Ordusu üçün həmən bazalara icazə verilməliyik”: “Başqa yol yoxdur. Əgər seçim ya “SSRİ”, ya da Türkiyə ilə Konfederasiyadırsa, məncə, düşünmək belə artıqdır. Seçim bəllidir, yeni Konfedarativ Dövlət, Ankara-Bakı birliyi – ancaq bu yolla müstəqilliyimizi qoruya biləcəyik”. 

Natalya Makeeva bildirir ki, Natiq Cəfərlinin fantaziyaları öz masştabı ilə təəccüb doğurur: “Şərhçi Bakının xilasını Türkiyədə görür. O Türkiyədə ki, hətta seriallarında azərbaycanlılar aşağı sort insanlar kimi göstərilir”.

Natalya Makeeva yazır ki, postsovet məkanın reinteqrasiyası tam sürətlə gedir və o bu prosesi “təbii” adlandıraraq bunu zamanın diqtə etdiyini bildirir: “Avrasiya məkanı birləşməyə can atır. Söhbət hökmən ondan getmir ki, keşmiş Sovet respublikaları hansısa dövlət təsisatına daxil olsunlar. Böyük strateji blok ona müxtəlif formalarda daxil olmanı özünə ehtiva edir”.

Makeevanın sözlərinə görə ki, inteqrasion proseslər həm də iqtisadi cəhətdən Avrasiya Birliyinin bütün iştirakçıları üçün sərfəlidir.

шаблоны для dle 11.2
28-04-2021 23:14 Baxılıb: 1730    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}