Erməni jurnalistdən şok açıqlama: “6 ay sonra Ermənistan dövlət kimi mövcud olmayacaq”

“Düşünürəm ki, türk Nikol' ölkə iqtisadiyyatını məqsədli şəkildə defolta aparır. Defoltdan sonra Ermənistan cüzi miqdar pul qarşılığında öz iqtisadiyyatını tamamilə itirəcək. Ölkə təkcə siyasi deyil, iqtisadi cəhətdən də Türkiyənin müstəmləkəsi olacaq. Daha üç ay, maksimum altı ay sonra Ermənistanın dövlət suverenliyini unuda bilərsiniz”.
Ermənistanın “Yerkramas” xəbər portalı məlumat verir ki, bu sözləri tanınmış erməni jurnalisti, “News Media” holdinqinin təsisçisi Aram Qabrelyanov telegram kanalında yazıb.
Onun sözlərinə görə, Paşinyanın üç ilə yaxın hakimiyyətindən sonra bu gün Ermənistan müharibədə rüsvayçı məğlubiyyət almış ölkədir: “Yalnız ordu təslim olmayıb, həm də xalqın iradəsi sındırılıb. Ermənilərin başlarında tamamilə durğunluq, ruhlarında isə kədər və əzab hökm sürür. Ölkədə heç bir ideologiya yoxdur. İqtisadi sıçrayış mümkün deyil, bir dənə də olsun ciddi inkişaf proqramı yoxdur”.
Jurnalist ölkədə xarici siyasət adlı bir şeyin mövcud olmadığını vurğulayıb. Onun sözlərinə görə baş nazir ölkənin xarici siyasətini demək olar ki, hər gün çirkaba batırmaqla məşğuldur. Xarici işlər nazirliyi isə sadəcə olaraq baş nazirin çirkli fikirlərini təmizə çıxaran camaşırxanaya çevrilib. /bizim.media/
шаблоны для dle 11.2
21-02-2021 02:33 Baxılıb: 2500    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}