Adil Əliyev: Ramiz Mehdiyev Elmlər Akademiyasını şəxsi obyektinə çevirib, yoxlamalar aparılmalıdır

“Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin deputatları məhkəməyə verməsi ilə bağlı xəbər yayıldı. Doğrusu, təəccübləndim. Milli Məclisin deputatını məhkəməyə vermək olmaz. Bu, qanunda da əksini tapıb. Azərbaycanın Konstitusiyasının 90-cı maddəsinin (Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının toxunulmazlığı) I bəndinə əsasən, səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisi deputatının şəxsiyyəti toxunulmazdır. Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin deputatı cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda Azərbaycan Respublikası Milli Məclisinin deputatını tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir. Bunu Ramiz Mehdiyev də yaxşı bilir”.
Bu açıqlamanı pravda.az-a Azərbaycan Milli Məclisinin sədr müavini Adil Əliyev verib.
A.Əliyev bildirib ki, səsləndirdiyi hər bir fikir fakta əsaslanır: “Biz hər zaman xalqı maraqlandıran məsələlər barədə fikir səsləndiririk. Kimsə hansısa neqativ əməl törədibsə, mütləq tənqid olunmalıdır. İndi də AMEA məlumat yayıb ki, Ramiz Mehdiyev hər bir Azərbaycan vətəndaşı kimi şərəf və ləyaqətini məhkəmədə qorumaq haqqına sahibdir, lakin bu hüququndan nə zaman istifadə edəcəyi onun öz ixtiyarındadır. Görünür kimlərsə ona başa salıb ki, nə qədər ki deputatlar səni məhkəməyə verməyib, tez təkzib ver. Onsuz da Ramiz Mehdiyevin bu addımı atmağa ixtiyarı yoxdur. Əvvəlki vəzifəsində olsaydı, yəqin ki məhkəmə deyil, təzyiq üsullarından istifadə edərdi. 83 yaşlı akademik fəaliyyət dövrünə nəzər salmalıdır, düşünməlidir ki, niyə hər kəs onu tənqid edir. Ramiz Mehdiyevlə bağlı müsbət fikir bildirən bir nəfərə də rast gəlməmişəm. Azərbaycan Milli Elmlər Akademiyasını şəxsi obyektinə çevirib, irəli çəkdiyi kadrları günlərlə müzakirə olunur. Belə idarəçilik olmur. Tez-tez aldığı orden və medallarla qürrələnir. Bu onun əməllərini ört-bastır edə bilməz. Akademiyaya rəhbərlik etdikdən sonra hansı istiqamətdə addımlar atıb? Heç bir iş görməyib. Dövlət qurumunun rəsmi saytını şəxsi bloqu kimi idarə edir. Bu ixtiyarı ona kim verib? Saytda elmi məqalələrdən çox Ramiz Mehdiyevin deputatlara və digər şəxslərə cavabları dərc olunub. Görün ölkənin elm ocağına kim rəhbərlik edir?! Ramiz Mehdiyev susmaq əvəzinə döyüşür. Çəkilsin kənara, islahatlara əngəl olmasın. Azərbaycan 44 gün düşmənlə müharibə apardı və misilsiz qələbə qazandı. Vətən müharibəsində hamımız dəmir yumruq kimi Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşdik. Zəfər çalmağımızın əsasında bu durur. Ramiz Mehdiyevin isə həm müharibə, həm də müharibədən sonrakı mərhələdə aktivliyini görmədik. Qələbəmizə sevinməyən iki nəfərdən biri olan Ramiz Mehdiyev sevinsəydi, o boyda AMEA adından təbrik yayardı. Onun hansı qüvvələrə arxalandığı bəllidir! Təklif edirəm ki, AMEA-da mütəmadi yoxlamalar aparılsın, nöqsanlar üzə çıxarılaraq tədbir görülsün. Əminəm ki, bütün maneələri aşacağıq. Biz yalnız dövlətimizə arxalanırıq, ölkəmizin maraqlarını müdafiə edirik”.

Kənan Mirzəyev
шаблоны для dle 11.2
14-02-2021 07:11 Baxılıb: 2600    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}