Türk lider Türkiyədən qovuldu

Türkiyə Çindən qorxduğu üçün bu ölkədə türklərin soyqırımına qarşı çıxan uyğur lideri ölkəsindən qovub.
Dünya Uyğur Konqresinin sədri Dolkun İsa dünən gecə Ankaraya daxil olduqdan sonra Türkiyədən deport edilib.
Onun vəkili bildirib ki, Dolkun İsanın girişinə yasaq qoyulması ləğv edilmişdi, ancaq Ankara aeroportunda Türkiyə dövlətinin onun əleyhinə yeni qərar çıxardığı ilə üzləşdik.
D. İsa bununla bağlı öz Tvitter səhifəsində video paylaşaraq deyib: “Türkiyə dövləti 2006-cı ildən mənim girişimi yasaqlamışdı. Ancaq 6 iyul 2021-ci ildə bu ölkənin Ali Məhkəməsi həmin yasağı ləğv etdi. Lakin dünən gecə Ankara aeroportuna daxil olan kimi məni deport etdilər”.
Uyğur lider Türkiyə rəsmilərinə səslənərək deyib: “Mən heç vaxt Türkiyənin qanunlarını pozmamışam və pozmayacağam. Ancaq məni Çinin basqısına görə deport etdilər. Ancaq Çin Şərqi Türküstanda soyqırım həyata keçirir.
Davamı    
 

Xüsüsi Təyinatlı Qüvvələrin komandanı veteranlarla görüşüb

Davamı    
 

“Bizə bildirildi ki, Rusiyanın müdafiə naziri belə sözlər deməyib” - İlham Əliyev

“Bu məsələdən xəbərdar olduğumuzda dərhal Rusiya tərəfindən soruşduq, bu məsələnin nə olduğu ilə bağlı maraqlandıq. Lakin bizə məlumat verildi ki, erməni mətbuatında yayılan bu bəyanat həqiqəti əks etdirmir. Rusiyanın müdafiə naziri belə sözlər deməyib”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Anadolu Agentliyinə müsahibəsində jurnalistin “Bu yaxınlarda Ermənistan və Rusiyanın müdafiə nazirləri arasında görüş oldu. Bu görüşdən sonra “Ermənistanı silahlandırmaq prosesi yenidən başladı” şəklində açıqlama verildi.  Bu açıqlama barədə nə düşünürsünüz? Bu silahlandırma prosesi bölgəyə necə təsir edə bilər? Yox olan Ermənistan ordusu indi yenidən rus silahları ilə ayağa qalxmağa çalışacaq? Bu mövzuda fikirlərinizi öyrənmək istərdim” sualına cavab verərkən deyib.
“Bu, Ermənistan təbliğatının çirkin əməlidir. Belə bir söz deyilməyib. Bizə rəsmi olaraq məlumat verildi ki, belə bir plan yoxdur.
Davamı    
 

İlham Əliyev göz yaşlarını saxlaya bilmədi

Davamı    
 

Koronavirus xəstələrindən pulu belə alıblar - Mesajlar üzə çıxdı

Rüşvət ittihamı ilə həbs edilən Fövqəladə Hallar Nazirliyinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayevin cinayət işi üzrə bəzi məqamlar bəlli olub.
bizim.media xəbər verir ki, ittihama əsasən, İmran Ağayev koronaviruslu xəstələrin Hospitalın “VİP korpusu”na yerləşdirilməsi qarşılığında köməkçisi Qulu Orucov vasitəsilə qanunsuz şəkildə pul yığıb.
Q.Orucov ittiham üzrə özünü təqsirli bilərək törətdiyi əməlləri etiraf edib: “Hospitalda qeydiyyatçı işləyirdim. İmran Ağayev “Medi Style” klinikasının direktoru olduğundan həmin klinikada baş həkimin müavini vəzifəsində işləyən Lamiyə Əzizova ilə də qiyabi tanışlığım var idi. Aprelin 10-unda Lamiyə ərinin qohumları olan iki nəfərin xəstəxanaya yerləşdirilməsini xahiş etdi. Buna görə 4 min manat verməsini dedim. Xəstələr hospitala yerləşdirildikdən sonra palatada onlardan pulu aldım. Daha sonra İmran həkimin otağında özünə verdim”.
Davamı    
 

Sionistlərin Bakıda sinaqoq və məktəb sevdası: Bakıda İsrail rejimini təbliğ edən məktəbin fəaliyyəti bərpa olunub

Davamı    
 

Polislərə dərman almaq üçün ayrılan pulla heyvanlarını müalicə edib

Naxçıvanın hazırda həbsdə olan daxili işlər naziri Əhməd Əhmədov 2015-2017-ci illərdə, cəmi 2 il ərzində nazirliyə 5 milyon manatdan çox zərər vurub, vətəndaşlardan isə 9 milyon manatdan çox rüşvət alıb.
"Kriminalqafqaz"ın əldə etdiyi özəl məlumata görə, Ə.Əhmədov həmin illərdə nazirliyin işçilərinə maddi yardım verilməsi məqsədilə ayrılmış puldan 265 883 manat vəsaiti əməkdaşlara verməyərək özü mənimsəyib. Xüsusi xərclər üçün ayrılmış 211 330 manatın cəmi 18 120 manatını xərcləyib, qalan vəsaiti isə mənimsəyib.
İşçilərin həvəsləndirilməsi üçün ayrılmış 1 milyon 535 min 483 manatdan əməkdaşlara 50-150 manat arası ödəniş edib, bəzi qurumların işçilərinə ümumiyyətlə mükafat verməyib. 1 milyon manat külli miqdarda vəsaiti mənimsəyib.
Xaricə ezam olunduğu sənədlərdə göstərilmiş əməkdaşlar xaricə ezamiyyətə getməyib.
Davamı    
 

Duqin: Parlament seçkilərini birdəfəlik yığışdırmaq lazımdır

Davamı    
 

Xüsusi təyinatlılarımız Şuşaya bu yolla girib

Davamı    
 

Duqin: Qasim Süleymanini itirəndə elə bildim ailə üzvümü itirdim

Davamı    
 

Amerikan ordusu planeti zibilləyir

Davamı    
 

62 ermənini əsir götürüb "Cücələrim" mahnısı oxutduran XTQ igidimiz: "92-ci ilin intiqamını aldım"

Davamı    
 

Erməni hərbi ekspertdən etiraf: "Şuşaya və Bakıya "İskəndər" raketi atmışıq"

Davamı    
 

Zərdüşt Əlizadədən türkçülüklə bağlı ağır sözlər: “Şovinizmin ən parlaq nümunəsi Elçibəy idi”

“Kim deyir ki, Azərbaycanda şovinizm yoxdur? Türksən gözüm aydın, ol da türk. Gəl otur başımda. Bizdə də elələri var. Yəni cəmiyyətin ən az tərbiyəli, ən az savadlı hissəsi özünü millətçilik hesabına məğrur, qüdrətli hesab edir”.
Bu sözləri politoloq Zərdüşt Əlizadə şovinizmlə bağlı sualı cavablandırarkən söyləyib.
O bildirib ki, cəmiyyət də, xalq da öz konkret nailiyyətlərinə görə tanınır. Azərbaycan dünyada hələ elə bir əzəmətli iş görməyib ki, xalq bununla fəxr eləsin: “Şovinizmin ən parlaq nümunəsi Elçibəy idi də, türkük, türkük. Türk olub neyləmisən? Elədiyin göz qabağındadır”.
Zərdüşt Əlizadə bizim.media saytının “Amma heç gerçək tarixi, dövlətçilik ənənələri olmayan ermənilər də şovinistdirlər” müdaxiləsinə isə belə cavab verdi: “Onlar xəstə millətdir. Şovinizm onlarda milli xəstəliyə çevrilib, başlarına hava gəlib”.
Davamı    
 

Cənub zonasında koronavirus faciələri: təkcə Masallıda gündə 8-10 nəfər ölür

Son aylar bütün Azərbaycanda olduğu kimi cənub rayonlarında da koronavirusa yoluxmada ciddi artım hökm sürür. Yoluxmalarla yanaşı ölümlər də artır və Masallıda, Astarada hər gün ölümlər qeydə alınır.
Koronavirusdan bu günlərdə ərini itirmiş qadın “Azadlıq” radiosuna deyir: “Ailəmizin bütün üzvləri koronavirusa tutulmuşdu. Gözləniləmədən oldu. Heç bilmədik yoluxma necə baş verdi. Xəstəlik həyat yoldaşımı kəskin tutdu. Müraciət etdik təcili yardıma. Xahiş etdik ki, onu xəstəxanada yerləşdirsinlər”.
Qadın ağır nəfəs alır. Hıcqırıq onu tutur. Bir qədər fasilə verir. Sonra sözünə davam edir: “Yoldaşımı Masallı xəstəxanasına yerləşdirdilər, 14 gün orada yatdı. Süni nəfəs aparatına qoşdular. Amma onu qurtara bilmədilər. Hələ inana bilmirəm. Elə bir ciddi xəstəliyi də yox idi. İndi digər ailə üzviləri nisbətən yaxşıdırlar. Amma qorxuruq”.
Davamı    
 

"Ramiz Mehdiyev elmdən başqa hər işlə məşğuldur"

Fuad Əliyev: "İmkanı olan alimlər ölkəni tərk ediblər, imkanı olmayanlar isə evdə oturublar"

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News intenet TV kanalda pandemiya dövründə Səhiyyə Nazirliyi, TƏBİB və Elmlər Akademiyasının fəaliyyətinin müzakirəsi zamanı Səhiyyə Nazirliyi ilə TƏBİB-in paralel fəaliyyət göstərməsinin ziddiyətli olduğunu bildirib.
versus.az xəbər verir ki, pandemiyanın ilk günlərində TƏBİB-in yaranmasını məntiqsiz hesab edən partiya sədri əslində sadəcə olaraq Səhiyyə Nazirliyinə alternativ bir qurum yaradıldığını vurğulayıb.
Fuad Əliyev qeyd edib ki, TƏBİB yaranan gündən fəaliyyətə yalanlarla başlayıb: "Vaksinasiyanın könüllü olduğunu bəyan etdilər. Daha sonra könüllülik qalmaq şərtilə vaksinasiyanın mərhələli olacağını dedilər. Yəni ki birinci yaşlıları, sonra 50 yaş və başqaların vaksinasiya olacağını bəyan etdilər. İndi isə deyirlər ki, vaksinasiya məcburidir.
Davamı    
 

“Hələ bilmək olmaz, istefasının arxasında nələr var”

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı vəzifəsindən istefa verib. Bununla bağlı o özünün Tvitter hesabında yazıb.
Paylaşımda deyilir: "Artıq TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən ayrılmağım üçün ərizə ilə müraciət etmişəm. İstər 44 günlük haqq savaşımızda, istərsə də ümumbəşəri bəla sayılan COVID-19 virusu ilə mübarizədə çiyin-çiyinə çalışdığımız dəyərli məsləkdaşlarıma öz təşəkkürümü bildirir, bu yolda canlarını qurban vermiş həkimlərimizin ruhu qarşısında baş əyirəm. Bundan sonra da Vətənimə və Xalqıma xidmətimi davam etdirəcəyəm".
Ramin Bayramlının istefası günün əsas müzakirə mövzusuna çevrilib. Onun vəzifəsindən getməsi barədə müxtəlif fikirlər səsləndirilir. Bildirilir ki, R.Bayramlının TƏBİB-dən getməsi ən doğu qərardır və o səlahiyyətlərinin öhdəsindən gələ bilmirdi.
Bəs Ramin Bayramlı niyə istefa verdi? İstefanın arxasındakı səbəblər nələrdir?
Davamı    
 

Azərbaycan xüsusi təyinatlıları yaxınlaşır, Calal Arutyunyan bunkerdən komanda verir

Azərbaycan ordusunun ötən ilin oktyabrında Hadrutu və daha sonra Füzulini azad edərkən düşməni necə darmadağın etdiyi, erməni bölmələrinin döyüş texnikasını və sursatı ataraq necə qaçdıqları haqda döyüşçülərimizin danışdıqları hekayətlərlə oxucular yəqin ki, tanışdır. Virtualaz.org xəbər verir ki, cəbhənin həmin istiqamətində döyüşlərin necə getdiyi, Ermənistan ordusunun komandanlığının necə başını itirdiyi və xüsusi təyinatlılarımızın düşmənin arxasına keçib onu necə pərən-pərən saldığı haqda indi ermənilərin özləri danışırlar.
Bu döyüşlər indi Yerevan məhkəməsində araşdırılır, erməni ordusunun o vaxt  Füzuli-Hadrut istiqamətində mövqe tutmuş artilleriya diviziyonunun qərargah rəisi Gevorq Gevorqyan əsgərlərini atıb qaçmaqda ittiham olunur. Gevorqyanın diviziyonu 2020-ci il oktyabrın 12-də Füzuli şəhəri ətrafında Azərbaycan xüsusi təyinatlıları tərəfindən demək olar ki tam tərkibdə məhv edilib. 21 nəfərdən 15-i öldürülüb.
Davamı    
 

Keçmiş daxili işlər naziri Ağara maşın lazım oldu, verdik, bina lazım oldu, tikdik

Ağar mənim üçün bir təhlükə idi. Mən onu qorudum.
Axar.az xəbər verir ki, bunu “Palmali” gəmiçilik şirkətinin sahibi, bir müddət əvvəl həbsdən çıxan azərbaycanlı iş adamı Mübariz Mənsimov Türkiyənin Xalq TV kanalına müsahibəsində keçmiş daxili işlər naziri Məhməd Ağardan danışarkən deyib.
"Məhməd bəyi böyük qardaşım kimi qəbul etdim. Çünki mənimlə həmişə turançılıqdan danışırdı. Millətçi olduğu üçün xoşuma gəldi. Dost olduq. Haqsız yerə onu içəri saldıqlarını düşündüm. Hər halda ilk görüşdəcə "Gəl sənə ev verim" demədim. 6-7 il sonra verdim. Belə deyim: 2004-cü ildən sonra Ağarsız bir dəfə də olsun xaricə səfər etməmişəm. Bir gün belə ayrılmadıq. Demək olar ki, hər səhər onunla ofisə gedirdim. O da gəlirdi. Ofisdən kənarda ona bir villa verdim. Öz ofisimdə bir otaq verdim. Deyirlər xeyrinəmi verdin bunları? Ağar o illərdə nə xeyir verə bilərdi? Heç kim bir-birini görmək istəmir, hamı qaçır. Deyirdilər ki, bu adamın nə işi var yanında, uzaqlaşdır. Ağarın AKP dönəmində oğlu millət vəkili olmamışdan öncə nə ağırlığı var idi? Həbsxanada olarkən, dövlət mühafizəçilərini götürmək istədi. Müammər Gülərdən (keçmiş daxili işlər naziri - red.) xahiş etdim ki, mühafizəçilərinə dəyməsin.
Davamı    
 

Осенью планируется массовая вакцинация - Леонард Колдуэлл

Davamı    
 

Bilgəhdə narkomaniya əleyhinə aksiyaya cəhd edilib

Davamı    
 

Впечатляющие кадры: российский Бук-М3 уничтожил «вражеские» ракеты

Davamı    
 

Rusiya Sibirdə yeni meqapolislər salacaq

Davamı    
 

Rüşvətə görə tutulan gömrükçülərin şifrəli yazışmaları - “Litr”, “qırmızı alma”

Bakı Baş Gömrük İdarəsinin həbs edilən əməkdaşlarının rüşvət alarkən istifadə etdikləri şifrəli danışıqları üzə çıxıb.
“Kriminalqafqaz”ın istintaq materiallarından əldə etdiyi məlumata görə, İdarənin maliyyə inspektoru Azər Baxşıyevin baş inspektor Elmar Mirzəyevlə yazışmalarında rüşvət qismində alınan pulların miqdarı “litr” ifadəsi ilə qeyd edilib.
Azər Baxşıyev istintaqa verdiyi ifadəsində deyib ki, o, “Hyundai Auto Azərbaycan” şirkətinin adına gələn malların gömrükdən keçidini tezləşdirmək məqsədi ilə Elmar Mirzəyevə xahiş edib. E.Mirzəyev isə bunun müqabilində özündə olan bank kartına 50 manat pul köçürülməsini istəyib. O Elmar Mirzəyevlə həmin danışıqda 50 manat pul göndərməyi şifrəli olaraq “1 litr” kimi qeyd edib. Həmçinin o Elmarla olan həmin danışığında ona “yarım litr” də göndərildiyini qeyd edib. “Yarım litr” dedikdə 25 manat pulu nəzərdə tutduğunu deyib.
Davamı    
 

"Ramin Bayramlı həbs edilməlidir, ondan TƏBİB-ə rəhbər olmaz"

“Ramin Bayramlını Əli Əhmədov və başqa bir nəfər himayə edir” - Partiya sədrindən yeni İTTİHAMLAR

“Onun Badamdarda tikdirdiyi villa tək deyil ki, bir neçə başqa villası da var”.
Bu fikirləri TƏBİB-in rəhbəri Ramin Bayramlıya ünvanlanan sərt ittihamlara münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.
MMP sədrinin sözlərinə görə, Ramin Bayramlı öz yarıtmaz fəaliyyəti ilə Azərbaycan xalqını dövlətin üzərinə qaldırır: “Ramin Bayramlı Azərbaycanda bir nömrəli dələduzdur. Biləsiz ki, Ramin Bayramlı dövlət büdcəsindən 60 milyon manat yeyib. Onun Badamdarda tikdirdiyi villa tək deyil ki, bir neçə başqa villası da var. Düşünürəm ki, Ramin Bayramlı təcili həbs edilməlidir. Hələlik çağırıb pulunu alıb buraxırlar. Amma axıra qədər belə getməyəcək. O, Azərbaycan xalqını xəstəliyə düçar edən adamdır, dövlətin sərvətlərini yeyənlərdən biridir. Bayramlı bu dövlətin baş qaxıncıdır, Azərbaycan xalqını dövlətin üzərinə qaldıranlardan biri də odur.
Davamı    
 

Bakı və Abşeron TƏBİB-dən alındı

Paytaxt Bakı və Abşeronda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) səlahiyyətləri sonlandırılıb.
Yenicag.az xəbər verir ki, TƏBİB-in əlindən alınan ərazi bölmələri səhiyyə nazirliyinin tabeliyinə verilib.
TƏBİB-in “40-ı çıxmamış” səhiyyə nazirliyi Bakı şəhəri və Abşeron rayonu üzrə təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifələrinə vakansiya da elan edib.
Yaradıldığı ilk gündən etibarən nazirliklə TƏBİB arasında gedən “səlahiyyət savaşı” zaman-zaman mətbuata yansımış, xəstəxana baş həkiminin bir gündə iki dəfə dəyişdirilməsi halları yaşanmışdı.
Vəzifəsi vətəndaşların sağlamlığını qorumaq, tibbi xidmətdən yararlanmağı asanlaşdırmaq olan bu iki qurum ilkin məqsədlərindən uzaqlaşdırılaraq mənafe savaşının meydanına çevrilib.
Səlahiyyət məsələsindəki qeyri-müəyyənlikdən zərərli çıxanlar isə təbii ki vətəndaşlar olur.
Davamı    
 

Evli qadınlarla görüşüb ərlərindən şantajla pul tələb etdi

Azərbaycanda evli və varlı qadınlarla tanış olduqdan sonra onları hədələyərək külli miqdarda pul tələb etdiyinə görə həbs edilən Elçin Pirişovun cinayət əməlləri ilə bağlı detallar məlum olub.
Gununsesi.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkəmə materiallarının məlumatına görə, Elçin Pirişov 2011-2018-ci illərdə bir çox evli qadınla tanış olaraq əvvəlcə onların etibarını qazanıb, cinsi əlaqədə olub, daha sonra intim görüntülərini əldə edib. Bundan sonra isə əlindəki məlumatları və görüntüləri yaymaqla, övladlarını öldürəcəyi ilə hədələməklə qadınlardan külli miqdarda pul alıb.
İttihama görə, Elçinin ilk belə fəaliyyəti 2011-ci ildə odnoklassniki.ru saytında Xırdalanda yaşayan qadınla tanış olması ilə başlayıb. Onunla münasibətləri dərinləşdikdən sonra fotoşəkillərlə və yazışmalarla hədələyib.
Davamı    
 

Hacıbala Abutalıbovun oğlu adını dəyişib “Abu Bəkir” oldu

Davamı    
 

Valeri Korovin: Azərbaycan Avrasiya sivilizasiyasına aiddir

Rusiya Xarici İşlər naziri Sergey Lavrov özünün Azərbaycandan olan həmkarı Ceyhun Bayramov ilə danışıqlar apardıqdan sonra bəyan edib ki, Moskva və Bakı Rusiya-Azərbaycan-İran enerji körpüsünü yaratmaq niyyətindədirlər. Bu layihə Amerikanın İrana tətbiq etdiyi birtərəfli sanksiyalara baxmayaraq baş tutacaq. Rusiya, Azərbaycan və İranın enerji sisteminin birləşdirilməsi layihəsi çoxdankı danışıqlar mövzusudur və bununla bağlı 2018-ci ilin aprelində üçtərəfli işçi qrupu yaradılmışdır.
media.az saytı Rusiya-Azərbaycan-İran əlaqələrinin dərinləşməsini şərh etmək üçün İzbor klubunun üzvü, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru Valeri Korovindən müsahibə almışdır.
Valeri Korovin jurnalistin üç ölkə arasında strateji oxun əmələ gəlməsi barədə sualına bunun "sırf geopolitik bir layihə" olduğunu bildirmişdir. Onun fikrinə görə sözü gedən layihədə hədəflər dəqiq müəyyən edilib. Burda Moskva “Qərb və ABŞ üçün qıcıq yaradan ölkə rolundadır”.
Davamı    
 

Azərbaycanda xarici valyutalara tələb azalıb, əhali isə dayanmadan rubl alır

Davamı    
 

Fazil Məmmədov borc içində batır - Vergi borcunu ödəməkdən niyə yayınır?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər İdarəsi “Synergy Group” MMC-ni məhkəməyə verib.
Musavat.com-un məlumatına görə, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatındadır. MMC 48 min manat vergi borcunu ödəməkdən yayınır.
“Synergy Group” MMC 50 milyon manatlıq nizamnamə kapitalı ilə 25 yanvar 2010-cu il tarixdə yaradılıb. Şirkətin qanuni təmsilçisi Elnur Xaləddin oğlu İsgəndərovdur. Elnur İsgəndərov Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Xaləddin İsgəndərovun oğludur. “Synergy Group” MMC-nin əsl sahibi isə keçmiş vergilər naziri Fazil Məmmədovdur. Yeri gəlmişkən, Xaləddin İsgəndərov Fazil Məmmədovun bacısının əridir.
Fazil Məmmədov nazir olduğu dönəmdə “Synergy Group” MMC Azərbaycanın ən iri holdinqlərindən biri kimi tanınıb. O şirkətə iri yatırımlar edib.
Davamı    
 

Dünya əhalisini azaltma planı: Azərbaycanlıların sayı nə qədər olacaq?

Politoloq Cümşüd Nuriyev koronavirus pandemiyasının qlobal əhalini azaltma planı olduğunu iddia edərək yekunda bu nəticəni açıqlayıb: “Dünyada 2 milyard insan qalmalıdır”.
Bu iddiadan da məntiqi sual doğur: hazırda sayı 10 milyon nəfər olan Azərbaycan əhalisi yaxın dövrdə nə qədər azalacaq?
Cümşüd Nuriyev yenisabah.az-a danışaraq bu məsələyə də aydınlıq gətirib: “Yer üzündə 2 milyard insanın qalmalı olduğu fikri, yeni dünya qurmaq istəyənlərin layihəsidir. Müəyyən şəxslər yeni dünya düzəni yaratmağa çalışırlar. Bu layihə xüsusilə pandemiya dövründə qüvvəyə minib. Azərbaycan bu layihədə yer tutmur. Hazırda 10 milyon əhalimiz var. Lakin Azərbaycanın resurslarına görə 40-50 milyon əhali saxlamaq mümkün olacaq. Bizim üçün faciə gözlənilmir. Azərbaycan dünya nizamında yeri olacaq qədər böyük dövlət deyil ki, bu azalma Azərbaycan üçün də nəzərdə tutulsun. O siyahıda daha çox iri dövlətlər yer alıb. Əhalinin azalması əsasən Şərqi Asiya ölkələrinə aid ediləcək.
Davamı    
 

Rövşən Əkbərov Nazim İbrahimova: "Kişiliyi, qeyrəti olan adam..." - Məhkəmədə qalmaqal

Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində tanınan Məzahir Şıxəliyevin qardaşı Rafiq Şıxəliyev və şahidlər ifadə verib.
Məhkəmədə ifadə verən Rafiq Şıxəliyev təqsirləndirilən şəxsi hadisədən əvvəl tanımadığını deyib. R. Şıxəliyev 2001-ci il iyunun 1-də hadisənin baş verməsi barədə qohumlarının zəng edərək məlumat verdiyini deyib: "İyunun 1-də gecə evə zəng edib dedilər ki, qardaşım vurulub, onunla birlikdə olan Elçin isə qətlə yetirilib. Hadisə barədə məlumat alan kimi, Elçin Əliyevin ailəsinin evinə getdik. Orda öyrəndik ki, Məzahir polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisədən bir gün sonra bildik ki, Elçini Rövşən Əkbərov qətlə yetirib. Məzahir mənə zəng edib Rövşən Əkbərovun şəklini tapıb göndərməyimi istədi. Rövşən Əkbərovun şəkli olan qəzeti göndərdikdən sonra Elçin Əliyevi onun qətlə yetirdiyini dedi. Amma hadisə barədə geniş danışmadı.
Davamı    
 

İran bizə lazım olan hər yardımı edib - Zərdüşt Əlizadə

Davamı    
 

“Ramin Bayramlı Azərbaycanda bir nömrəli dələduzdur”

Davamı    
 

XTQ Şuşaya daxil olması. Heç yerdə olmayan kadrlar.

Davamı    
 

Novruzu Yerevanda keçirən İran azərbaycanlıları: "Bilsələr azərbaycanlıyıq, qibləmizi aşırarlar"

Davamı    
 

АРМЯНЕ ТВЕРДЯТ: АЗЕРБАЙДЖАНЦЫ НЕ СТРЕЛЯЮТ В НАШУ СТОРОНУ, У НАС ВСЕ НОРМАЛЬНО

Davamı    
 

Армяне подошли к въезду в Шушу и выразили готовность получить азербайджанское гражданство

Davamı    
 

Yaşar Yakış: Osmançılıq – boş xəyallar və təhlükəli ideologiyadır

Davamı    
 

Черный дым над аэропортом Кабула: спецназ отделяет достойных от недостойных

Davamı    
 

Задержание террористов - оперативная съёмка

Davamı    
 

rmənistanda adı əsgərlikdə olan nazir oğlu qəza törətdi

Davamı    
 

Размик Акопджанян: Россия - враг номер один для армян

Davamı    
 

Qarabağlı əsgərlər halallıq istədilər

Davamı    
 

Müharibə vaxtı niyə dillənmirdilər?

Davamı    
 

Армянский отец: Мне проще пойти к азербайджанскому офицеру

Davamı    
 

Xaricə gedən vətəndaşların NƏZƏRİNƏ: İki tələb mövcuddur

Davamı    
 

ВНИМАНИЕ НОД! Мобилизация БОР в эту субботу. Евгений Фёдоров

Davamı    
 

Təyyarənin qanadına minən əfqan tərəfindən çəkilən görüntülər

Davamı    
{sape_links}{sape_article}