Vahhabi müftisi Bin-Bazla Ayətullah Həkimin elmi mübahisəsi

Ötən əsrin ikinci yarısında vahhabilərin ən böyük müftisi hesab edilən Bin-Bazla (1910-1999) Ayətullah Seyyid Möhsün Həkimin elmi münazirəsi
 
Nəcəf Hövzəsinin tanınmış müctəhidlərindən olan Ayətullah Seyyid Möhsün Həkim həccə gedən zaman gözdən kor olan vahhabi alimi Bin-Baz onun yanına gəlir. Onun məqsədi alimə baş çəkmək deyil, Ayətullah Həkimə məzhəbi barədə bir neçə çaşdırıcı sual vermək idi.
Məclisdə Bin-Baz Ayətullah Həkimdən soruşur: "Siz şiələr niyə Quranın zahirinə əməl etmirsiniz?" Sualın məğzinin təxribatdan ibarət olduğunu bilən Seyyid Həkim ona deyir: "Axı belə görüş məclisləri bu kimi söhbətlərin yeri deyil. İcazə verin bu məclisimiz kef-əhval tutmaqla keçsin". Bin-Baz israr edərək cavab almaq istəyində olduğunu göstərəndə Ayətullah Seyyid Möhsün Həkim ona deyir: "Əgər həmişə Quranın zahirinə söykənməyi və bu zahirə əməl etməyi meyar götürsək, onda gərək bu etiqadda olaq ki siz cəhənnəmə gedəcəksiz". Bin-Baz təəccüblə soruşur: "Niyə?" Ayətullah Həkim cavab verir: "Çünki Quran deyir: Bu dünyada kor olan, axirətdə də kor və yolunu daha çox azmış olar. (İsra, 72). Siz də ki iki gözdən korsunuz. Ayənin zahirinə əsasən, gərək axirətdə də kor olasız və cəhənnəm əhlinin yolunu azmışlarından olasız. Buna görə burada məqsəd ayənin zahiri olmamalıdır".
25-02-2019 15:43 Baxılıb: 8160    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Кликните на изображение чтобы обновить код, если он неразборчив