Vahhabilərlə ateistlər şiəliyə qarşı birləşiblər

Davamı    
 

МЕСТО ВАХХАБИТОВ – ПОД ЗЕМЛЁЙ

Джамиль Ширванов

Очень важно разделять традиционный ислам, то есть ислам, который изначально исповедовался исламскими народами, и ту версию ислама, которая искусственно привнесена Западом. В частности ваххабизм, распространение которого было инициировано Англией в XVIII веке для того чтобы посеять смуту среди мусульманских народов. Этот экстремистский ислам, ваххабистский — искаженный, исковерканный, нетрадиционный — является геополитическим инструментарием Запада, используемым для воздействия на евразийский континент и традиционные народы, его населяющие.
Здесь нельзя разделять геополитику и теологию. Безусловно, традиционные проповедники уступают по своим медийным возможностям, по своему информационному и политическому влиянию тем, кто искусственно, с помощью западной информационной машины насаждает экстремистский ислам народам.
Davamı    
 

Suriya ilə bağlı sorğuya sosial şəbəkə istifadəçilərinin cavabları

Davamı    
 

DTX-dan növbəti əməliyyat: Suriyada döyüşüb Ukraynada gizlənən azərbaycanlı tutuldu

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən xarici ölkələrin ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən Azərbaycan Respublikası vətəndaşlarının müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.
DTX-nın saytı xəbər verir ki, DTX-nin Ukrayna xüsusi xidmət orqanları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etdiyinə görə barəsində DTX-də aparılan cinayət işi üzrə axtarış elan edilmiş Azərbaycan Respublikasının vətəndaşı 1979-cu il təvəllüdlü Mirismayıllı Mirəhəd Tofiq oğlu Ukrayna ərazisində müəyyən edilərək saxlanılıb və ölkəmizə gətirilib.
Davamı    
 

İranı Qərb, millətçilər və vahhabilər sevmir

Davamı    
 

İmamların dəfn edildiyi Bəqi məzarlığının dağıdılmasından 98 il ötür

Davamı    
 

Əli Həsənovun mülkləri və obyektləri şəhid ailələrinə verilsin - Professordan TƏKLİF

30 il işğal altında olan torpaqlarımız Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Azərbaycan ordusu tərəfindən azad edildi. 44 günlük Vətən müharibəsindəki parlaq Qələbə nəticəsində təkcə işğal altında olan ərazilərimiz deyil, həm də Birinci Qarabağ müharibəsindəki uğursuzluqlar üzündən şərəfimiz, qürurumuz, milli heysiyyətimiz üzərinə düşən ləkələrdən azad olduq. Bütün dünya gördü ki, Azərbaycan əsgəri erməni əsgərini komandirləri ilə birlikdə çıxdıqları deşiyə qədər qovub dərsini verməyə qadirdir. Bəli, hər kəs anladı ki, azərbaycanlılar qürurlu xalqdır. Eşq olsun, bu sevinci, bu qüruru xalqımıza yaşadan Azərbaycan əsgərinə rəşadətli Azərbaycan ordusuna! Eşq olsun, bu möhtəşəm qələbənin ilhamçısı və təşkilatçısı olan Xilaskar Prezident və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə! Bu şanlı qələbə idi! Bu, tarixi qələbə idi! Bu, həqiqətən çox böyük qələbə idi.
Davamı    
 

Azərbaycanlı vahhabi qorxub Suriyadan qaçdı, dostunun arvadı ilə evləndi

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada silahlı birləşmələrin tərkibində döyüşüb Azərbaycana qayıdan və yaxalanan daha bir terrorçunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu, Bakı şəhər sakini 31 yaşlı Zöhrab Vəzirovdur.
Zöhrab Vəzirovun döyüş yolu Suriyanın Artma şəhərindən tutmuş İdlib və Hələb xarabalıqlarına qədər uzanıb. Hətta böyük qardaşı Ağa Vəzirovun Suriyadakı döyüşlərdə ölməsi belə, onu yolundan çəkindirməyib.
İstintaqın müəyyən etdiyinə görə, Zöhrab Vəzirov “Əhraru-Şam” adlı cinayətkar birliyin tabeçiliyindəki, əslən azərbaycanlı, ləqəbi “Əbu Musa” olan Rüstəm Əsgərovun rəhbərlik etdiyi “Azəri camaatı” silahlı birləşmənin tərkibinə daxil olub. O 2013-cü ilin sentyabr ayından 2014-cü ilin mart ayına kimi həmin silahlı birləşmənin tərkibində iştirak edib.
Davamı    
 

XARİCDƏ GİZLƏNƏN ŞƏXS TUTULUB ÖLKƏYƏ GƏTİRİLDİ

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Türkiyə xüsusi xidmət orqanlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilən, 1984-cü il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Adilov Saleh Valeh oğlu Türkiyənin Van şəhərində saxlanılaraq ölkəmizə gətirilib.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsi məlumat yayıb.
2008-ci ildə Saleh Adilov tərəfindən dini radikal qruplaşmanın digər üzvləri ilə birlikdə Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissənin döyüş postuna silahlı basqın edilmiş, 1 əsgər öldürülmüş, 1 əsgər ağır yaralanmış və hadisə yerindən müxtəlif silah-sursat oğurlanmışdır.
Davamı    
 

"SƏLİB YÜRÜŞÜ" - MKİ İŞİD terrorçularını bu ad altında yenidən təşkilatlandırır

İki aydan çoxdur ki, İŞİD-in kiçik qrupları İraqın bəzi əyalətlərində, o cümlədən Ənbar, Diyala və Səlahəddin bölgələrində əməliyyatları bərpa ediblər. Tez-tez İraq qüvvələrinə hücuma keçirlər, hərbi bazalara hücumlar təşkil edirlər. Bu tədbirlər ilə eyni vaxtda bu qrupa aid səhifələr kiber məkanda yenidən aktivləşməyə başlayıb. Bu hərəkətləri böyüdərkən yaxın gələcəkdə daha geniş fəaliyyət elan edəcəklər.
Yeni İŞİD əməliyyatının başlanması əvvəlcə İraq təhlükəsizlik və hüquq-mühafizə orqanlarına qarşı baş verdi. Onların aktivləşməsi İraqın terror əleyhinə qüvvələrində daha çox hərəkətlilik yaratmağa başladı. "Həşd Şabi" və İraq ordusu tərəfindən "Ramazan" əməliyyatlarının hazırlanması və həyata keçirilməsi bunu göstərdi ki, İŞİD bölgədə yenidən təşkilatlanır.
Etibarlı mənbələrdən gizli məlumatlar indi bunu təsdiqləyir.
Davamı    
 

Sona Vəliyeva hakimiyyətə meydan oxuyur - REALLIQ

Əli Həsənov Prezidentə öz etirazını həyat yoldaşının dilindən səsləndirir.
Sona Vəliyeva yazır: “"Kaspi" qəzetinin 50 nəfər rəsmi, 50 nəfərdən yuxarı isə qonorarla çalışan jurnalist kollektivinin işsiz qalması yolverilməzdir?!”
Reallıq: Bundan bir gün öncə qəzetin dövlət başçısına müraciətində “redaksiyada kartla maaş alan” 26 nəfərin olduğu yazılmışdı. Bəs onda təsisçisi kollektivin sayını niyə şişirdir?
Sona Vəliyeva yazır: “"Kaspi" tarixi taleyi və ənənəsi olan bir qəzetdir. 1881-ci ildə işıq üzü görərək Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında vətənpərvər ziyalıların tribunası rolunu oynayıb. Məhz buna görə “Kaspi” qəzeti həm də “Üç əsrin qəzeti” adlanır. Bu qəzetdə Ə.Topçubaşov, H.Zərdabi, Ə.Hüseynzadə, M.Şahtaxtı kimi vətənpərvər ziyalılar baş redaktor kimi çalışıblar... 1999-cu ildə müstəqil Azərbaycan mediasının inkişafının ilk mərhələlərində ulu öndər Heydər Əliyevə müraciətimiz onun xeyir-duası ilə cavablandı və bu qəzet öz tarixi fəaliyyətini bərpa etdi”.
Davamı    
 

İraqda İŞİD şeyxi yaxalandı

Davamı    
 

Azərbaycandan Suriya və İraqa 1477 NƏFƏR GEDİB, onlardan 903 NƏFƏRİ ÖLÜB və ya itkin düşüb

"2018-ci ikin oktyabr ayında Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) nümayəndələri ilə görüş zamanı Daxili İşlər Nazirliyi (DIN) tərəfindən verilən ən son rəsmi məlumata əsasən, terrorist təşkilatlara qoşulmaq üçün Suriya və İraqa gedənlərin ümumi sayının 1477 nəfər (1136 kişi və 341 qadın) olan Azərbaycan vətəndaşlarından 903 nəfərin (749 kişi və 154 qadın) öldüyü və ya itkin düşdüyü güman edilir".
"Report'" xəbər verir ki, bu barədə ''Azərbaycanda seçilmiş icmalarda radikallaşmaya qarşı həssaslıq və dayanıqlığın müəyyən edilməsi üzrə təqdiqat'' adlı yekun hesabatda qeyd edilib.
Hesabatda bildirib ki, şimal, cənub və şimal-qərb regionundan Suriya və İraqdakı ekstremist qruplaşmalara qoşulmuş yerli sakinlərin ehtimalları göstərir ki, cənub regionundan 22 nəfər olduğu halda, şimal və şimal-qərb regionunlarından olan "döyüşçülərin'" (müvafiq olaraq 201 və 114) payı daha yüksəkdir: "Rəqəmlərdəki bu uyğunsuzluq ekstremist ideyaların şimal sərhədləri boyu yayılması ilə əlaqələndirilə bilər.
Davamı    
 

Vahhabilərin cahil olduğunun növbəti sübutu

İŞİD o günə qalıb ki, azərbaycanlı paxlava satan vahhabilərə möhtac olub...

Vaxtilə İraq və Suriyanın banklarını və neft yataqlarını qarət edərək milyonlar qazanan, İsrail və ABŞ-ın ən modern silahları ilə təchiz olunan İŞİD, son dövrlərdə Moskvada paxlava satan azərbaycanlı vahhabilərin qazancına və onların göndərdiyi ov tüfənglərinə ümidini qalıbmış.
Belə ki, Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları, bu ölkədə paxlava satmaqla çörək qazanan və bu çörəyi arvad-uşaqlarına sərf etmək əvəzinə Suriyada yerli xalqın başını kəsən vahhabi əxilərinə göndərən Rasim Baxşiyev və Elşad Yaqubov adlı əslən azərbaycanlı olan vahhabiləri həbs ediblər. İstintaq zamanı məlum olub ki, bu vahhabilər 2016-cı ildə Moskvada paxlava satmaqla əldə etdikləri pulla ov tüfəngləri, gecə görmə cihazları, binokllar, snayper nişangahları alaraq Türkiyəyə yollayıblar və ordan isə Suriyaya keçirilməsini təşkil eiblər.
Davamı    
 

Vahhabi alimdən iyrənc fətva: Öz qızlarınızla evlənə bilərsiniz

Misirdə vahhabi alimlərdən biri qalmqallı fətva ilə çıxış edib.
Mazən əl-Sərsavi adlı vahhabi alimi bildirib ki, kişilər evlilikdən kənar dünyaya gələn qızları ilə evlənə bilərlər.
"Əl-Ərəbi" agentliyi xəbər verir ki, "Əl-Əzhər" Universitetində dərs deyən əl-Sərsavi nikahsız (zina) doğulan uşağın atasının qeyri-müəyyən olmasını düşünür.
Onun fikrincə, nikahsız doğulan qız uşağı atanın rəsmi övladı sayılmadığı üçün onunla evlənməsində heç bir maneə yoxdur.
Qeyd edək ki, Mazən əl-Sərsavi qalmaqallı açıqlamanı Şafeyi adlı alimin fikirlərinə əsasən etdiyini bildirib.
Davamı    
 

Azərbaycandan İŞİD-ə 500 min dollar yardım edənlərin məhkəməsi başlayır

Suriyada terror təşkilatlarının maliyyələşməsində iştirak edən Azərbaycan vətəndaşları İlqar Ağayev, Namiq Məmmədov və Sahil İbrahimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi araşdırılması üçün hakim Zeynal Ağayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki müəyyən edilməyib.
Qeyd edək ki, Azərbaycan vətəndaşları İlqar Ağayev, Namiq Məmmədov və Sahil İbrahimov Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən həbs ediliblər. Məlum olub ki, İlqar Ağayev, Sahil İbrahimov, Namiq Məmmədov və digərləri 2017-ci ilin oktyabrından etibarən Suriya ərazisində silahlı münaqişələr aparan terror təşkilatı üzvlərini və onların cinayətkar fəaliyyətlərini təmin edib.
Davamı    
 

Amerika nəşri: "ABŞ-ın “süd verən inəyi” Britaniyanın da “süd verən inəyi” oldu"

Amerikanın “Business İnsider” saytı Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hantın mühafizəkar partiyanın lideri və yeni baş nazir olması üçün Səudiyyə rejimi ilə əməkdaşlıq edən britaniyalı diplomatın köməyi ilə təbliğat apardığını yazıb.
parstoday.com xəbər verir ki, “Business İnsider” saytı məsələ ilə bağlı dərc etdiyi xəbərində Britaniya rəhbərliyinin “2030 üfüqü” planındakı xüsusi nümayəndəsi Keyn Kasta, Ceremi Hantı dəstəkləmək üzrə məsul olduğunu yazıb.
Hant bundan əvvəl Səudiyyə rejiminin İstanbul Baş Konsulluğunda jurnalist yazıçı Camal Qaşıqçının qətlindən sonra Ər-Riyadı tənqid etmişdi. Hant bu yaxınlarda Səudiyyə rejimini tənqid etdiyi açıqlamasında, Qaşıqçı cinayətini inkar etməyin heç bir faydasının olmadığını vurğulamışdı.
Davamı    
 

Liviya müftisi fitva verdi: Pullarınızı qatil Səudiyyə rejiminin cibinə tökməyin

Liviya müftisi Sadil əl-Ğaryani Səudiyyə Ərəbistanını tənqid edən açıqlama verib.
Müfti Liviya xalqından Səudiyyə zülmlərinə etiraz etmək üçün bu mövsüm Həcc mərasimində iştirak etməməyi istəyib: "Mövcud vəziyyətdə öz xalqını qətlə yetirən rejimi dəstəkləməmək üçün bir neçə dəfə həcc və ümrədən imtina edin. Mən bir dəfə Həccə gedənlərə müraciət edirəm. Bundan sonra pulunuzu Yəməndə və Liviyada dinc sakinləri qətliam edən Səudiyyə rejiminin cibinə tökməyin. Şərait yaratmayın bu qətliamları bundan sonra Sudan, Əlcəzair və Tunisdə də törətsinlər. Dünyanın heç bir yeri Səudiyyə Ərəbistanının fəsadından amanda deyil. Səudiyyə öz puluyla dünyanın hər yerində fəsad yaymaqla məşğuldur. Mən bu fətvanın məsuliyyətini Allah və öz aramda qəbul edirəm.

Davamı    
 

    
 

Vahhabi müftisi Bin-Bazla Ayətullah Həkimin elmi mübahisəsi

Ötən əsrin ikinci yarısında vahhabilərin ən böyük müftisi hesab edilən Bin-Bazla (1910-1999) Ayətullah Seyyid Möhsün Həkimin elmi münazirəsi
 
Nəcəf Hövzəsinin tanınmış müctəhidlərindən olan Ayətullah Seyyid Möhsün Həkim həccə gedən zaman gözdən kor olan vahhabi alimi Bin-Baz onun yanına gəlir. Onun məqsədi alimə baş çəkmək deyil, Ayətullah Həkimə məzhəbi barədə bir neçə çaşdırıcı sual vermək idi.
Məclisdə Bin-Baz Ayətullah Həkimdən soruşur: "Siz şiələr niyə Quranın zahirinə əməl etmirsiniz?" Sualın məğzinin təxribatdan ibarət olduğunu bilən Seyyid Həkim ona deyir: "Axı belə görüş məclisləri bu kimi söhbətlərin yeri deyil. İcazə verin bu məclisimiz kef-əhval tutmaqla keçsin".
Davamı    
 

    
 

Bir daha vahhabi murdarlığı barədə

Səud bin Əbdüləziz əl-Səud: "Bizim fikirlərimizi qəbul etməyən hər kəs öldürülməlidir!"
İbn Teymiyyə: "Bütün qeyri-müsəlmanlar öldürülməlidir!"
 
Vahhabiliyin ideoloqu olan İbn Teymiyyə müsəlmanların qətlə yetirilməsi haqda belə yazır: "Haram aylar başa çatanda müşrikləri (qeyri-müsəlmanlar da bunlara şamildir) tapdığınız hər yerdə qətlə yetirin... Tövbə edərlərsə, namaz qılarlarsa və zəkat verərlərsə onları buraxın. Bu cür xitab müşriklərin hamısını əhatə edir, sadəcə tövbə etmələri, namaz qılmaları və zəkat vermələri halında onları qətlə yetirməkdən imtina edə bilərsiniz- onların əsasən müşrik və ya mürtəd olmalarının fərqi yoxdur".
1953-1964-cü illərdə Səudiyyə Ərəbistanının kralı olan Səud bin Əbdüləziz əl-Səud deyir: "Bizim fikirlərimizi qəbul etməyən hər kəs öldürülməlidir!" Bu adam səudiyyəlilərin ən çox cinayət törədən padşahlarından biri kimi tarixə düşmüşdür.
Davamı    
 

УБИЙСТВО РЕБЕНКА-ШИИТА В МЕДИНЕ

Преступление, невероятное по своей злобе и жестокости, произошло в Медине. Мать с шестилетним ребёнком (его звали Закария аль-Джабир) взяла такси, чтобы совершить зиярат могилы Посланника Аллаха (С). Сев в машину, она произнесла салават. Таксист-ваххабит спросил её, является ли она шииткой. Услышав «да», он остановил машину, вырвал у неё ребёнка и куском стекла отрезал ему голову прямо на глазах у матери.
Власти Саудовской Аравии отказались наказывать преступника, заявив, что он психически нездоров.
В действительно психически нездоровой является вся насибитская секта, история которой состоит из кровавых преступлений.

Davamı    
 

İraqda vuruşan azərbaycanlı vahhabilərin həyat yoldaşları asılıb

İraqda azərbaycanlı qadınlara edam cəzası verilib. Valideynləri Mosuldakı hərbi əməliyyatlarda ölən 20 uşaq isə İraqdan Azərbaycana qaytarılıb.
Bununla bağlı məlumatı “İnterfaks-Azərbaycan”a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov verib. “İraq hökumətinin İŞİD terror təşkilatına qarşı əməliyyatı zamanı valideynlərini itirən 20 uşaq Azərbaycana qaytarılıb və yaxın qohumlarına təhvil verilib”, -o bildirib.
Onun sözlərinə görə, uşaqların uzun müddət din-ideoloji müharibənin getdiyi yerlərdə yaşamasını və təsirlənməsini nəzərə alaraq, onların hazırda bərpası və cəmiyyətə inteqrasiyası üçün işlər aparılır. “Bundan başqa, digər uşaqların da Azərbaycana qaytarılması üçün işlər davam etdirilir”.

Davamı    
 

Səudiyyə rejiminin bacarıqsızlığı nəticəsində son 10 ildə 90 min hacı həlak olub

Livanın Əl-Əxbar qəzeti Səudiyyə rejiminin həcc təşkilatçılığına rəhbərliyi və hacıların təhlükəsizliyini təmin etmə məsələsindəki bacarıqsızlığı nəticəsində, təkcə son on ildə 90 min hacının həlak olduğunu göstərən sənədləri əldə etdiklərini açıqlayıb.
deyerler.org Tasnim-ə istinadən xəbər verir ki, əldə olunan sənədlər Ali Səudun həcc ibadətini siyasi hədəflərinə nail olmaq, regionda və dünyada təkfirçi-vəhhabi təfəkkürünü yaymaq üçün neftdən sonra əlində saxladığı digər bir vasitə olduğunu göstərir.
Əl-Axbar qəzeti bir neçə həftə əvvəl əldə edilən və hazırda üzərində araşdırmalar aparılan Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyi ilə əlaqədar olan bəzi sənədləri ortaya çıxarıb. Bu sənədlərdə həlak olanlar barədə hər şey yazılmaqdadır.

Davamı    
 

Səudiyyəni indiyə qədər belə yıxıb sürüyən olmamışdı

BMT Təhlükəsizlik Şurasının toplantısı çərçivəsində Suriyanın nümayəndəsi Bəşşar əl-Cəfərinin Səudiyyə Ərəbistanın nümayəndəsinə cavabı belə olub:

“Suriya konstitusiyasının yazılması ilə bağlı danışıqlara qatılan “kiçik qrup”da mədəni və əqli baxımdan geridə qalmış Səudiyyənin olması siyasi əxlaqdan uzaqdır. Səudiyyə səfirinin çıxışındakı bəzi məqamlara cavab verirəm.
O tələb edir ki, mənin ölkəm üçün yeni konstitusiya yazılsın. Ərəb misalı deyir ki, günaha bulaşdıqda gizlənin. Siz bilirsiniz ki Səudiyyənin konstitusiyası və parlamenti yoxdur. Hətta ölkələrinin adı belə yoxdur. Bu ölkənin adı hakim ailənin adıdır.

Davamı    
 

İŞİD-in “paytaxtında” döyüşən azərbaycanlı vahhabi: Bağdadiyə sədaqət andı içdik

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada İŞİD terror birləşməsinin tərkibində döyüşmüş daha bir azərbaycanlının- Bakı şəhər sakini, 38 yaşlı Rufan Hüseynovun işi üzrə məhkəmə istintaqı tamamlanıb
Virtualaz.org xəbər verir ki, məhkəmə keçmiş İŞİD terrorçusuna 8 il həbs cəzası kəsib. Cinayət işinin materiallarından məlum olur ki, Rufan Hüseynov Türkiyə üzərindən Suriyaya keçib, İŞİD-in “paytaxtı” elan edilən Raqqa şəhərində daha bir neçə azərbaycanlı ilə birlikdə döyüşüb. Hərçənd özünün iddia etdiyinə görə, orada gördüklərindən sonra İŞİD-dən üz döndərib və Türkiyəyə qaçıb.
Valideyinlərinin qoyduğu adı bir kənara tullayıb özünə “Abu Muhammad” dini ləqəbi götürmüş R.Hüseynov Suriyada döyüş təlimlərində iştirak edib.

Davamı    
 

Спецоперации ФСБ против террористов

Davamı    
 

ABŞ komandoları Yəmən müharibəsində Səudiyyə əsgərlərinə gizli şəkildə kömək edir

Eastnews.org-un verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının Yəmənə təcavüzü ilə bağlı yeni hesabat yayılıb. Hesabat ABŞ-ın ər-Riyadın Yəməndə apardığı qanlı müharibəyə yardım etdiyini ortaya qoyub. Səudiyyə Ərəbistanı rejiminin Yəməndə "Ənsarullah" hərəkatına qarşı döyüşlərdə Səudiyyə hərbçilərinə kömək etmək məqsədilə Yəmən sərhədinə gizli şəkildə bir sıra elit komando qrupları yerləşdirdiyi qeyd edilib. Bildirilib ki, onlar Səudiyyə Ərəbistanına silah satışı və maddi-texniki dəstək verirlər.
"The New York Times"ın məlumatına əsasən, ABŞ ordusunun xüsusi qüvvələrinin "Green Berets" kimi tanınan komandosu 2017-ci ilin dekabr ayında Səudiyyə Ərəbistanı cənub sərhəd bölgələrinə yerləşdirilib.

Davamı    
 

    
 

Иран обнародовал доказательства, что США находятся в союзе с ИГИЛ

Советник спикера парламента Ирана Хоссейн Амир Абдоллахиан подчеркнул, что командующий сил специального назначения "Кудс" Корпуса стражей Исламской революции (КСИР) генерал-майор Кассем Солеймани предоставил министерству иностранных дел документы, свидетельствующие о том, что США находятся в союзе с террористической группировкой ИГИЛ.
"Когда я был в Министерстве иностранных дел, у меня была встреча с генералом Солеймани, он дал мне документы и сказал, чтобы я ударил ими по лицу Запада и ООН", - сказал Амир Абдоллахиан. "Он попросил меня, чтобы не вел переговоры с США.

Davamı    
 

Kərim Siddiqi: Səudiyyə Ərəbistanı tarixi İslama xəyanətdən ibarətdir

Dr. Kərim Siddiqi
 
26 dekabrda ər-Riyaddakı birinci mətbuat brifinqində çıxış edən general Dan Sterlinq ABŞ silahlı qüvvələrinin krallığa gəlməsini və orada yerləşdirilməsini asanlaşdırdığı üçün Səudiyyəni təriflədi. O, bu nöqtədə bir az da insaflı ola bilərdi. Çünki hərbi bazalarına görə 1965-ci ildən bəri Səudiyyə Yenidənqurma Proqramına baxan Amerika Ordusu Mühəndislər Nümayəndə Heyətinə (USAK) borcludurlar. Ancaq doğruluq nə ABŞ-ın, nə də onların Səudiyyə kuklalarının xüsusiyyəti deyil. Bu gün Ərəb yarımadasının hamısı küfr qüvvələrinin işğalı altındadır. Bu, müsəlmanların şərəfinə və Həzrət Peyğəmbərin (s) sünnəsinə qarşı açıq-aşkar təhqirdir. Bu qalmaqal özünü "Hərəmlərin xadimi" sayan Səudiyyə xanədanı ilə müsəlmanları qarşı-qarşıya qoydu.
Davamı    
 

Fələstinə qarşı Səudiyyə-İsrail-ABŞ ittifaqı

ABŞ Səudiyyə Ərəbistanı ilə birlikdə Yaxın Şərdəki situasiyaya dair plan hazırlayır. Almaniyanın “Tagesspiege”l qəzetinin yazdığına görə, bu məsələ ən çox Fələstin rəsmilərini narahat edir. Fələstinlilər amerikalılarla səudiyyəlilərin hazırladığı planın onlara baha başa gələ biləcəyini düşünür.
“Səudiyyə Ərəbistanı ərəb dünyasında lider olmaq istəyir, lakin regional güc roluna iddia edən, özü də siyasi və dini məsələlərdə üstün olmağa çalışan bir dövlət mütləq Donald Trampın qərarını qınamalı idi. Ər Riyad isə sadəcə İsraili “sülh prosesini təhlükə altına qoyan məsuliyyətsiz addım atmaqla” tənqid etməklə kifayətləndi”,- məqalənin müəllifi Kristian Böme yazır. Bömenin fikrincə, bu Səudiyyə krallığının ABŞ-la Yaxın Şərq məsələsində eyni baxışlara sahib olması ilə əlaqədardır.
Davamı    
 

Səud qəbiləsinin sionist rejim ilə əməkdaşlıq faktları ifşa olunub

Qətərdə çıxan "Əşşərq" qəzeti Səudiyyə Əribistanının Xarici İşlər Nazirliyinin sionist rejim ilə gizli əməkdaşlıqları barədə faktları yayıb. Faktlar göstərir ki, 1966-cı ildə Ərrəyad Təl-Əvivdən Misirin Sina bölgəsini işğal etməsini istəyib.
"Əşşərq" qəzeti Səudiyyə Ərəbistanı XİN-in gizli teleqramlarını yayaraq bu dövlətin ərəb xalqları, xüsusilə də Fələstin xalqına qarşı məkirli planlarının yeni cəhətlərini ifşa edib. Məlumatda bildirilir ki, Ər-Riyad 27 dekabr 1966-cı ildə sionist rejimdən açıq aşkar istəyib ki, Misirin sina ərazilərini işğal etsin. Ər-Rİyad sionist rejimin dayaqlarının güclənməsi üçün cəhdlər həyata keçirərək Suriyaya hücum və bu ölkənin bir hissəsinin ayrılmasını da təklif edib. Səudiyyə Ərəbistanı sionist rejimini Qəzzə zolağı və İordan çayının qərb sahilini də işğal etməyə çağırıb.
Davamı    
 

İŞİD-in köləsinə çevrilmiş 18 yaşlı azərbaycanlı Dilbər Məmmədovadan dəhşətli açıqlamalar

İŞİD terror qruplaşmasının “paytaxt” elan etdiyi Raqqanın azad edilməsindən sonra terrorçuların yüzlərlə ailə üzvləri ölkənin şimalındakı Əyn İsa düşərgəsinə sığınıb. Yeni həyata addım atan qadınlardan biri də 18 yaşlı azərbaycanlı Dilbər Məmmədovadır.
Dilbər Məmmədova başına gələnlərdən danışıb. O bildirib ki, atası tərəfindən zorla Suriyaya aparılıb: "Türkiyədən təcili tibbi yardım maşını ilə Suriyaya keçdik. Atam İŞİD üzvü idi. Sərhədi keçərkən nə sərhəd xətti, nə əsgər gördük. Atam İŞİD tərəfindən naməlum səbəblərdən edam olundu".
Terror təşkilatının əsarətində olarkən yetkinlik yaşına çatmamasına baxamayaraq, İŞİD-çilərdən biri ilə zorla evləndirilən Dilbər Məmmədova bu barədə belə deyir: "Həmin terrorçu döyüşlərdən birində öldürüldü.
Davamı    
 

Rusiyanın təlim keçdiyi speçnaz 250 vahhabi terrorçusunu əsir götürdü


Suriya ordusu Havicə Kate adasının azad edilməsi əməliyyatı zamanı 250 terrorçunu əsir götürmüşdür.

Davamı    
 

İŞİD-ə qoşulan Fransalı qadın ölkəsinə qayıtmaq üçün fəryad edir

Suriyanın Raqqa şəhərində İŞİD terrorçularına qoşulan və 4 İŞİD üzvləri ilə ailə quran Fransalı qadın ölkəsinə qayıtmaq istəyir.
interaztv.com xarici KİV-nə istinadən xəbər verir ki, Raqqa şəhəri İŞİD-dən azad olunduqdan sonra, öldürülən İŞİD üzvlərinin ailələri ölkələrinə qayıtmağa çalışırlar. Suriya Demokratik Qüvvələri tərəfindən ələ keçirilən qadınlardan biri, üç uşaq anası 27 yaşlı Fransalı Morqedir. O, Fransalı müxbirə müsahibə verərək ölkəsinə qayıtmaq istədiyini, qayıtdıqdan sonra həbsxanada cəzasını çəkməyə razı olduğunu bildirib: “Mən 4 ildir ki, Raqqada həbsxana həyatı yaşayıram. İlk həyat yoldaşımla bura gəlmişik. O, döyüşdə öldürüldü. Daha sonra 3 İŞİD üzvləri ilə evləndim. Onlar da döyüşlərdə öldürülüblər. Mən bura aldanıb gəlmişəm. Mənə demişdilər bura təhlükəsiz yerdir. Mən bunları müsəlman hesab edirdim. Çox istəyirdim müsəlman ölkəsində yaşayam, ancaq bunlar müsəlman deyillər.
Davamı    
 

    
 

Səudiyyə hökuməti ölkədəki şiələri genosid edir

Səudiyyə Ərəbistanı ordusu şiələrin yaşadığı Avamiyyə şəhərində hərbi əməliyyatlara başlayıb.
Davamı    
 

Bakıda Milli Məclisə silahlı hücum edib deputatları qırmaq planı

Bakının Qaraçuxur qəsəbəsi ərazisində bu il yanvarın 31-də DTX xüsusi təyinatlıları tərəfindən zərərsizləşdirilən, 4-ü əməliyyat zamanı öldürülən, 1-i sağ yaxalanan terror qrup Milli Məclisə hücum edib deputatları kütləvi qətlə yetirməyə hazırlaşırmış.
Virtualaz.org xəbər verir ki, bu sensasion məlumat terrorçu qrupun sağ ələ keçirilən üzvünün barəsində qaldırılmış cinayət işinin materiallarında yer alır. Bu, İŞİD-ə qoşulmuş və həmin qəddar terror birləşməsinin Azərbaycandakı özəyini yaradaraq cihad hazırlıqları görənlərdən biri, 28 yaşlı Fərid Sadıqovdur. Bakı Ağır Cinayətlər Məhkəməsində onun barəsində məhkəmə istintaqı artıq yekunlaşıb. F.Sadıqov terrorçuluq, qanunsuz silahlı birləşmə yaratmaq və digər təhlükəli ağır cinayətlərdə təqsirli bilinib.
2017-cı il yanvarın 31-də xüsusi əməliyyat keçirilib.
Davamı    
 

İŞİD-dən qaçan türkmən qadının DƏHŞƏT DOLU ANLARI: Qadınları ərlərinin yanında zorlayırdılar

Gənc qadın 2014-cü ildə Tikrit şəhərinin şimalında yerləşən Əl Alam bölgəsindən qaçırıldıqdan sonra başına gələnləri danışıb. Adı şərti olaraq N.B kimi göstərilən qadının danışdıqları eşidənləri dəhşətə gətirib. O deyib ki, İŞİD əsgərləri subay qızları ailəli xanımlardan ayırır, evli xanımlara ərlərinin gözü önündə təcavüz edirdilər: "1500-ə yaxın əsgərin öldürüldüyü "Speicher" bazasından xilas olanlar bizim evimizə gəlirdi. Ərimlə onların bir qisminə kömək etdik. Terrorçuların əlinə keçməsinlər deyə, onları təndirdə gizlədib sonra qaçmaqlarına yardım edirdik. İŞİD üzvləri bizim əsgərlərə kömək etdiyimizi başa düşəndə evimizə hücum çəkib yoldaşımı əsir aldılar. Daha sonra da evimizi bombalayıb buranı tərk etməyimizi istədilər. 2 uşağımı da götürüb yola çıxdım, amma yolda terrorçular bizi saxlayıb qaranlıq bir yerə saldılar. Orda 14 qadın, 4 uşaq var idi".
Davamı    
 

İŞİD və Nüsrə Cəbhəsi fiziki məhv edilməklə yanaşı, beyinlərdə də bu əqidə məhv edilməlidir

Vüsal Sadıxov
 
İraq və Şam İslam Dövləti (İŞİD) son dövrünü yaşamaqdadır. Onunla bərabər Nüsrə Cəbhəsi və digər təkfirçi cərəyanların da hakimiyyəti İŞİD kimi öz məntiqi sonluqlarına çatmaq üzrədir. Bu sonluğu məntiqi sonluq adlandırmaqdan məqsədim budur ki, təkfirçi əqidənin fərd və ya bir dəstə yaxud cəmiyyət şəklində yaşamaq qabiliyyəti olsa da, bir hökumət və ya idarəçilik institutu kimi yaşamaq iqtidarı yoxdur. Bu əqidənin davamçıları hökümət qursalar belə həmin hökümət uzunmüddətli ola bilməz. Bir çox səbəbləri var ki, başlıcası özünə, yəni əqidəsinə müxalif fikir sahiblərini düşmən hesab edən qüvvənin uzun müddətli ömür sürməsi qeyri-mümkündür. 14 əsr bundan öncə olmuş idarəçiliyi indiki dövrə transfer etmək bu hökumətin yaşar olmasını mümkünsüz edir.
Davamı    
 

Трамп – слуга Аллаха?!

Саудовский проповедник Саад бин Гонейм на молитве в пятницу, 5 мая публично воздал хвалы “слуге Аллаха” Дональду Трампу и помолился за его здоровье. Гонейм также сообщил, что Аллах возьмет Трампа под свое крыло и покажет ему правильное направление для того, чтобы прекратить несправедливости в отношении мусульман.
Гонейм написал твит, который позднее ему пришлось удалить: “О Аллах, Трамп один из твоих слуг, ты контролируешь его и его судьбу. Дай ему команду – и хочет он того или нет, он будет служить интересам мусульман и уничтожит угнетение мусульман. Спаси нас отдурных дел и направь его на верную тропу”.
Молитвы Гонейма были плохо восприняты мусульманской уммой.
Davamı    
 

1400 İŞİD-çi arvadı əsir düşdü

İŞİD mənsubu olan, indisə əsir düşmüş terrorçuların həyat yoldaşları İraqdakı həbsxanalardan kənarda olsalar da, durumları həddən artıq pisdir.
RT telekanalının hazırladığı reportajda bildirilir ki,  bu qadınların ərləri terrorçulardır, İŞİD üzvləridir və onları qanlı əməllərinə görə ağır cəzalar gözləyir. Həmin terrorçuların xanımları isə deyirlər ki, terrorçu deyillər, sadəcə, ərlərinin arxasınca Suriyaya və İraqa yollanıblar. “Biz buraya vuruşmağa yox, yaşamağa gəlmişdik. Biz qatil deyilik”,- İraq ordusunun səhradakı məxfi, qapalı həbsxanalarından birinin həyətində saxlanan qadınlar deyirlər.
İraqın Müdafiə Nazirliyinin verdiyi bəyanata görə, Mosul və Təlafar şəhərləri İŞİD-dən azad ediləndən sonra terrorçuların 1400 nəfər ailə üzvü ələ keçib. Qadınların əksəriyyəti Türkiyədəndir və Azərbaycandan olanlar da var.
Davamı    
 

Mənzilə yığışıb İŞİD-ə biət etdilər - Sumqayıtda

Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD terror təşkilatını dəstəkləməkdə ittiham olunan Sumqayıt şəhər sakinləri - 29 yaşlı Aydın Gülməmmədov və 25 yaşlı Əmrah İmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesə hakim Səbuhi Hüseynov sədrlik edib.
İttihama görə, təqsirləndirilən şəxslər Fuad Rüstəmov və Ağamirzə Quliyevlə cinayət əlaqəsinə girərək İŞİD-ə dəstək nümayiş etdiriblər. Ötən il oktyabr ayının 26-da Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində dini ləqəbi "Ömər" olan Ağamirzə Quliyevin sərnişini olduğu "Bakı-İstanbul" avtobusu Ələt qəsəbəsi ərazisində saxlanılıb. Avtobusda olan A.Quliyevə Dövlət Təhlükəsizlik Xidmətinə getmək təklif olunub. Avtobusdan düşən A.Quliyev üzərindəki əl qumbarasını çıxararaq partlatmağa cəhd etdikdə xüsusi təyinatlılar tərəfindən zərərsizləşdirilib.
Davamı    
 

İŞİD-çilərin murdarlıqları üzə çıxır: "İntim-kölələrin alveri ilə məşğul idilər"

İŞİD əsarətindən xilas olmuş terrorçuların arvadları həyatları barədə danışıblar.
İŞİD terrorçuları Suriyadakı “paytaxtlarını”- Raqqa şəhərini müdafiə edərək özlərində saxlamağa çalışırlar. Son günlər isə adıçəkilən şəhər uğrunda şiddətli döyüşlər gedir. Terrorçular məhz burada öz qaydalarını yaradaraq “xilafətlərinin” yayılması üçün zəmin yaratmağa çalışırdılar. Son zamanlar mühasirə altında olan şəhərdən yüzlərlə insan xilas ola bilib. Onlar arasında məhv edilimiş və ya əsir düşmüş terrorçuların arvadları da var.
islamazeri.com xəbər verir ki,  “Russia Today” telekanalı həmin qadınlardan bir neçəsi ilə söhbət edə bilib. Qadınlar onlara qarşı zülm, təzyiq, əziyyət və zorakılığın olduğunu bildiriblər. Raqqa şəhərində terrorçular ilə SDQ arasında döyüşlər gedir. 
Davamı    
 

İŞİD əsirliyindən azad edilən susuz körpə

Qərbi Mosulda uzun müddət İŞİD əsirliyində olan qadın və uşaqlar terrorçulardan azad edilib
 
İraq ordusu və Haşdi Şabi döyüşçüləri Qərbi Mosulda növbəti əməliyyat aparıblar.
İnterAz İraq mətbuatına istinadən xəbər verir ki, əməliyyatlar nəticəsində uzun müddət İŞİD əsirliyində olan Mosul sakinləri azad edilib. Əksəriyyəti qadın və uşaqlardan ibarət sakinlər aclıq və susuzluqdan əziyyət çəkiblər. Onlara tibbi və digər yardımlar edilib.
Məlumata görə, azad edilənlər arasında bir körpə daha çox diqqəti çəkib. Aclıq və susuzluqdan son anlarını yaşayan körpə əsgərlərin müdaxiləsindən sonra həyata qayıdıb.
Davamı    
 

İŞİD - İslamın düşmənidir

Bilin və agah olun! İŞİD, Taliban, Əl-Nusra və digər terror qruplaşmaları İslam deyil.
Davamı    
 

İsrail İŞİD terrorçularını müalicəsinə​ 220 milyon dollar xərcləyib

Sionist İsrail rejiminin xəstəxanaları Suriyadakı münaqişələrdə yaralanan terrorçuların müalicəsi ilə məşğul olur. Xəstəxanalar terrorçuların müalicəsinə həddindən artıq vəsait xərclədiyindən ciddi maliyyə böhranı ilə üzləşib. "Haaretz" qəzeti mövzu ilə əlaqədar hazırladığı xəbərində, İsrail rejimi xəstəxanalarının gündəlik olaraq Suriyada yaralanan terrorçuları qəbul etdiyini və buna görə də ağır maliyyə problemilə qarşılaşdığını yazıb.
Qəzet İsrail rejiminin xəstəxanalarının Suriyadan xəstəxanaya gətirilən yaralılara görə, sanki müharibə xəstəxanalarına çevrildiyini qeyd edib. Xəbərdə 4-6 il ərzində 1600-dən artıq yaralı terrorçunun işğal altındakı ərazilərdəki İsrail xəstəxanalarına gətirildiyini və müalicə edildiklərini yazıb. Bir xəstəxananın rəsmisi İsrailİn xəstəxanalara müalicəyə görə, 220 milyon dollar borcunun olduğunu bildirib.
Davamı    
 

Xamenei: ABŞ-ın rəhbərləri İŞİD-ın güclənməsinə köməklik göstərirlər

Suriyaya raket zərbəsi ABŞ-ın növbəti strateji səhvi oldu. report xəbər verir ki, bunu İranın ali dini lideri Əli Xamenei ölkənin Silahlı Qüvvələri Komandanlığının nümayəndələri ilə görüşü zamanı deyib. “Amerikalıların etdikləri onların növbəti strateji səhvidir. Onlar bu səhvləri təkrarlamaqda davam edirlər. ABŞ-ın əvvəlki rəhbərləri İŞİD-i yaratdılar, indiki Amerika rəsmiləri də bu və bu kimi qruplaşmaların güclənməsinə köməklik göstərirlər”, – deyə o bildirib.
Ali dini liderin sözlərinə görə, yaxın gələcəkdə bu qruplaşmalar amerikalıların özlərinin yaxasından yapışacaqlar. “Bu gün Avropa ekstremizmin güclənməsinə gətirib çıxaran səhvlərinin əvəzini verir. İnsanlar artıq nə evdə, nə də küçədə özlərini təhlükəsiz hiss etmirlər.
Davamı