Yevgeni Fyodorov keçmiş Sovet xalqlarına müraciət etdi: SSRİ-ni bərpa edəcəyik

Tanınmış Rusiya siyasətçisi, Dövlət Dumasının deputatı, Rusiya Milli Azadlıq Hərəkatının (NOD) lideri Yevgeni Fyodorov keçmiş Sovet xalqlarına müraciət etmişdir.
O bildirmişdir ki, tezliklə SSRİ bərpa ediləcəkdir və bu işlərə Rusiya prezidenti Vladimir Putin rəhbərlik edir. Fyodorov postsovet məkanı insanlarını bu proseslərə dəstək verməyə çağırmışdır.
Onun müraciətinin mətnini sizlərə təqdim edirik:
“Biz sizinlə nəhəng məğlubiyyətlə üz-üzə qaldıq. Qorbaçov bizim böyük vətənimizi dağıtdı. 30 ildir ki, mərhumiyyətlər və aşağılanmalar içində yaşayırıq. Lakin biz yenidən yüksələcəyik. Bəxtimiz onda gətirib ki, Putin kimi liderimiz var. Putin öz qarşısına məqsəd qoymuşdur ki, amerikan təsirinə son qoysun və keçmiş vətənimizi bərpa etsin. O formada bərpa etsin ki, babalarımız onun uğrunda vuruşmuşlar, o cümlədən Böyük Vətən Müharibəsində can qoymuşlar. Bəxtimiz bunda gətirib. Bizim şansımız var ki, məhv olmayaq, əksinə öz böyüklüyümüzə qayıdaq. Vaxt var idi bizim vətənimiz Yer kürəsinin altıda bir hissəsini əhatə edirdi. Bu sərhədlər bizim babalarımızın qanı hesabına formalaşmışdı. Biz qüdrətli, çoxmillətli bir dövlət idik. Putinin sayəsində bizim yeni şansımız yaranıb və biz öz vətənimizi bərpa edəcəyik. Mən sizləri bütün inciklikləri kənara qoymağa, xarici işğalın doğurduğu, xarici işğalçıların yırtıcı siyasəti nəticəsində yaranmış çətinliklərə baxmayaraq əzminizi toplamağa, iqtisadi problemlərə, ehtiyaclara məhəl qoymadan səfərbər olmağa, amerikan işğalçılarını və müttəfiqlərini qovaraq həmin böyük və qüdrətli vətənimizi yenidən bərpa etməyə çağırıram. Mən sizin hamınızı Putinə sığınmağa, ona güvənməyə, onun ətrafında birləşməyə səsləyirəm. Putin sizin milli azadlıq hərəkatınızın lideri olacaqdır. Bu il biz amerikan interventlərini qovacayıq və yenidən birləşəcəyik. Siz buna hazır olmalısınız. Biz öz ölkəmizi 1945-ci il sərhədlərində bərpa edəcəyik. Tezliklə siz amerikan təsirindən azad olacaqsınız, yenidən çiçəklənmə və rifah yoluna qədəm qoyacaqsınız. Heç bir şübhəniz olmasın ki, biz qələbə çalacayıq və vətənimizi öz tarixi sərhədlərində bərpa edəcəyik. Hamınız bu işdə bir olmalısınız. Hamımız Ali Baş Komandan Putinin arxasınca getməliyik. O bizi qələbəyə aparacaq! VƏTƏN! AZADLIQ! PUTİN!”
шаблоны для dle 11.2
03-02-2021 07:25 Baxılıb: 1 0000    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}