Tunisli terrorçudan Suriyayla bağlı şok etiraflar

TUNİSLİ VƏHHABİ: SÜNNİ MƏSCİDLƏRİNİ PARTLADARAQ ƏSƏD ORDUSUNUN ÜSTÜNƏ ATIRDIQ

Bir müddət Suriyada döyüşmüş, daha sonra Tunisə geri dönmüş tunisli terrorçu dəhşətli etiraflarla çıxış edib.
İslam.az-ın Tunis mətbuatına istinadən verdiyi məlumata görə, ölkə televiziyasında efirə getən «La Bəsə» adlı verilişdə iştirak edən Əbu Qusayy ləqəbli bu şəxs etiraf edib ki, Suriyada olduğu müddətdə oradakı sünniləri Əsədə qarşı qızışdırmaq və Əsəd ordusundakı sünnilərin onlar tərəfə keçmələrinə nail olmaq üçün Əbu Bəkr, Aişə, Osman, Ömər adları ilə adlandırılmış sünni məscidlərini partladır və bu vəhşiliyin məsuliyyətini Əsəd ordusunun üstünə atırdılar.
«Camaatı «əşhədu ən la ilahə illa Əsəd» deməyə məcbur edir və iddia edirdik ki, bunlar ələvidirlər və Əsədi Allah hesab edirlər»- deyə tunisli vəhhabi söyləyib. O əlavə edib ki, divarlara «La ilahə illa vətən», «La rəsulə illa Bəəs», «Allah Bəşşar Əsəd» kimi sözlər yazırdıq.
Əbu Qusayy cihad nigahından da danışıb. Onun sözlərinə görə, Tunisdən, İraqdan və digər ölkələrdən cihad nigahı üçün gələn qadınlar gündüzləri Əsədə qarşı vuruşurlar: «Onlar daha çox snayper tüfənglərindən istifadə edirlər, axşamlar isə növbə ilə silahlıların cinsi ehtiyaclarını ödəyirdilər».
O, Suriyadan qayıtma səbəbləri barəsində isə deyib: «Şeyx Butinin öldürülməsindən sonra qaçmaq qərarına gəldim. Bundan başqa özünü mücahid adlandıran insanların törətdikləri cinayətlərə və Suriya ordusunu günahlandırmaq üçün dinc əhali arasında törətdikləri vəhşiliklərə dözə bilmədim. Onların iç üzlərini gördüm və qaçmaq qərarına gəldim».
O qeyd edib ki, qaçmaq planını reallaşdırmaq üçün birlikdə döyüşdüyü dəstə üzvlərinin hamısını qətlə yetirməli olub.
Qeyd edək ki, 2011-ci ildə Suriyaya gedən bu radikal gənc orada 2 ildən çox fəaliyyət göstərib. /ahlibeyt.ru/

17-03-2014 22:44 Baxılıb: 1 9100    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Кликните на изображение чтобы обновить код, если он неразборчив