Türkiyə xalqı bizdən də çox Rusiya ilə, ruslarla yaxşı münasibətlər qurmağa həvəs göstərir

Nadir Qocabəyli

Türkiyənin Qazaxıstandakı hadisələrə niyə müdaxilə etmədiyini söyləyənlərədi sözüm.
Qardaş, Türkiyə Qazaxıstanın yerini xəritədə hələ yeni öyrənib, deyirsiniz indi işlərinə qarışsın?
1996-cı ildə Türkiyəyə yeni getmişəm. Əhməd Yəsəvi adına türk-kazax üniversitesinin sosyal bilimler insitutunun kantinində oturub çay içirəm. İletişim (təxminən jurnalistika kimi bir şey) fakültəsində oxuyan, ancaq bəzi mühazirələri birlikdə dinlədiyimiz Süheyla Kaplan adlı bir türkiyəli xanım gəlib icazə istəyərək yanımda oturdu və aramızda belə bir dialoq keçdi:
- Merheba.
- Merheba.
- Otura bilir miyim?
- Buyurun.
- Siz de kazakistanlı mısınız?
- Hayır.
- Nerelisiniz?
- Ben azerbaycanlıyım.
- Ah, demek, azerisiniz.
- Evet.
Sonrakı sual o dərəcədə küt oldu ki, onu dolamağa qərar verdim.
- Azebeycan mı uzak, Kazakistan mı?
- Elbette, Azerbaycan daha uzak, - dedim. - Siz Uzak Doğu diye bir yer duydunuzmu? Japonya, Kuzey Kore falan?
- Evet, - o, sevincək cavab verdi. 
- Azərbaycan işte onların yanıbaşında güzəl bir yer...
Süheyla Kaplan xanım daha bir söz demədi və çayını içmədən qalxıb getdi. 
İndi, qardaşlar, Türkiyə buraları hələ tanımır, bilmir. Onlar hələ ki öyrənməyə  və özlərini nələrisə bilirmiş kimi göstərməyə çalışırlar. Onlar bunun üçün arada Bahtiyar Vahapzade, Zeynep Hanlarova, Reşit Behbutof, Abay Kunanbayef, Mahtimkulu, Alişir Navai-filan deyib guya bizi tanıdıqlarını nümayiş etdirə bilərlər, amma buraları tanımaqlarına hələ çox var. Onların buarlarda böyük işlər görməyə gücü də yoxdur, adamları zorlamayın. Qoyun öz ölkələrinin işləri ilə məşğul olsunlar. 
Türkiyə ilə Rusiyanı bir-birinə vurmaq da lazım deyil. Əvvəla, türkün rus qədər gücü və imkanları yoxdur. İkincisi də, onun bizlərə görə rusla kəllə-kəlləyə gəlməyə həvəsi yoxdur.
Türk xalqı bizdən, yəni türk dünyasından çox Rusiya ilə, ruslarla yaxşı münasibətlər qurmağa həvəs göstərir. İnanmırsınızsa, gedin Türkiyəyə maraqlanın. Görün rusları, rus yazıçılarını, riyaziyyatçılarını, digər alimlərini yaxşı tanıyırlar, yoxsa bizi, Orta Asiyanı?
Rusların da Türkiyəyə, onun kurort zonalarına, türk mallarına, tekstil, dəri sənayesinə daha çox marağı var, nəinki Qazaxıstana, yaxud Türkmənistana.
Türkiyəyə ən ucuz qazı Qazprom satır, heç pulunu da düz-əməlli ödəmirlər. Türkmənistan Türkiyəyə o qiymətə qaz satmır...
шаблоны для dle 11.2
12-01-2022 06:58 Baxılıb: 720    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}