"Həpçi" İsfəndiyardan tək səbir

Nadir Qocabəyli
  
Xalq şairi Bəxtiyar Vahabzadənin oğlu, Azərbaycanın İsveçrədə, Belarusda, Pakistanda və Moldovada fövqəladə və səlahiyyətli səfiri olmuş İsfəndiyar Vahabzadə Rusiya ilə bağlı isterik, təhqiramiz, eyni zamanda populist çıxış edib.
67 yaşlı şair oğlu, diplomat Vahabzadənin xal toplamağa hesablandığı ehtimal olunan “əsəbi” nitqi sosial şəbəkələrin Rusiya seqmentində, Rusiya mediasında geniş müzakirə olunur.
1976-cı ildən 2017-ci ilə qədər müxtəlif yüksək fəzifələrdə çalışmış, qeyd olunduğu kimi, dörd ölkədə səfir işləmiş Vahabzadəyə cavab verənlərdən biri Rusiyanın tanınmış teleaparıcısı, Azərbaycana o qədər də xoş münasibəti ilə tanınmayan Vladimir Solovyovdur. Solovyov Vahabzadəyə həsr etdiyi məqalədə onun öz diplomatik karyerasını atası sayəsində qurduğunu yazıb. Bundan başqa qeyd edib ki, İsfəndiyar Vahabzadə Pakistanda diplomatik xidmətdə olarkən sərxoş halda qalmaqal törədib. Məqalə müəllifi onu da əlavə edib ki, keçmiş səfir bir vaxtlar Azərbaycan hakimiyyətini Rusiyaya müharibə elan etməyə çağırıb.
Bu adam guya milli təəssübkeşlik nümayiş etdirərək Jirinovskini tənqid edir, amma kələfin ucunu itirərək aləmi qatır bir-birinə, ağzına gələni danışıb bütun rus xalqını "iyrənc, üfunətli donuz" adlandırır, pafoslu tərzdə "bütün Rusiya bir türk əsgərin dırnağına qurban olsun" deyir. Guya qaş düzətdiyi yerdə, gözü də vurub çıxarır.
41 il diplomatik fəaliyyətlə məşğul olmuş bir adam belə sərsəm açılama verərmi? Əlbəttə yox. Deməli, bu adam həqiqətən heç vaxt yerində olmayıb, Solovyovdan nə qədər xoşumuz gəlməsə də, o haqlıdır: İsfəndiyar məhz atası Bəxtiyarın sayəsində və kölgəsində o vəzifələrdə işləyib, ahıl yaşına çatsa da, heç nə öyrənə bilməyib.
Jirinovskini tənqid etsə də, elə onun özü kimi təhqirə və söyüşə keçir, onu yamsılayaraq bütöv bir xalqı aşağılayır, təhqir edir. Əlbəttə, rus xalqı, Rusiya dövləti İsfəndiyar kimi təxribatçıların, kiməsə xoş gəlmək üçün ortaya düşənlərin danışdığı cəfəngiyyata fikir verən deyil, amma onlarda da bundan bizə qarşı istifadə edənlər tapılacaq.
Burda bir incə məqam İsfəndiyarın özünü dolayı yolla guya prezident İlham Əliyevə qahmar çıxırmış kimi göstərməsidir. Çıxışın məhz Jirinovskinin məlum sərsəm nitqindən sonra səslənməsi bəzilərimizdə o qənaəti yarada bilər. Ancaq diqqətli müşahidəçilər bilir ki, bu cavabın nə cənab Prezidentə, nə də xalqımıza zərrə qədər faydası yoxdur. Hətta xeyli ziyanı ola bilər. Vahabzadə öz sərsəm çıxışında Trampın, Baydenin adını çəkməklə kimlərə, hansı dairələrə xoş görünmək istədiyini də gizlətmir. Bəli, məqsəd məhz üzvü olduğu partiyanın, onun liderinin son zamanlar yürütdüyü taktikaya uyğun olaraq ABŞ-a yarınmaq, qonşu Rusiya ilə münasibəti pozmaqdır.
Ancaq bu, həvəskar və primitiv bir siyasətdir. Rusiya ilə münasibətlər elə dərin tarixi köklərə, geopolitik, istimai-siyasi, iqtisadi-mədəni əsaslara malikdir ki, onu hər hansı bir “həpçi” poza bilməz.
Normal düşünə bilən ruslar da, azərbaycanlılar da bunu gözəl anlayır.
Bu münasibətlərin normal olması ilk növbədə xalqımız, milli, strateji maraqlarımız üçün gərəklidir. Həpçi isfəndiyarlar isə yalnız öz məhdud maraqlarını düşünər, qohumluq, dostluq əlaqələrindən istifadə edib yüksək vəzifələrə dırmaşar, vəzifə, məqam, pul olmayanda isə xalqın və dövlətin ayağının altını qazar, təxribat törədər.
шаблоны для dle 11.2
13-08-2021 05:50 Baxılıb: 1580    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}