Belə müstəqillik çoxmu bizə lazımdır?

Adoğlan İsayev

Azərbaycan televiziyasının ATV və Xəzər kanalları xəbər verir ki: "Benzin Aİ-98  daha 5 qəpik bahalaşaraq 1manat 60 qəpiyə satılır. Qiymətin bahalaşması idxal xərcləri ilə əlaqədardır. Belə ki əvvəllər Aİ-98 benzini Rumıniyadan idxal olunurdu, indi isə Gürcüstandan idxal olunur. Bu isə əlavə xərclər tələb edir".
Görəsən bu mətni yazan, mətni oxuyan coğrafiyanı bilmir? Bilmir ki, Gürcüstan qulağımızın dibində, Rumıniya Avropanın göbəyində yerləşir? Yoxsa milləti dolayırlar?
Həqiqətənmi 30 illik müstəqillik illərində biz Aİ-98 benzininin istehsalını təşkil edə bilmədik, amma öz nefti olmayan kasıb Gürcüstan istehsal edə bildi, hətta baha qiymətə bizə sata da bilir?
Yoxsa bu da SOCAR-ın növbəti dələduzluğudur, pul maxinasiyalarının bir formasıdır?
Uca Allahın bizə bəxş etdiyi dəniz hasarlanıb, sadə vətəndaşlar yox, yalnız seçilmişlər istifadə edə bilir.
Qazımız xaricə bizdən iki-üç dəfə aşağı qiymətə satılır, özü də limitsiz.
Neft və neft məhsulları bizdə neft istehsalı olan ölkələrdən ən baha qiymətə satılır. Müqayisə üçün deyim ki, benzin bizə nisbətən Qazaxıstanda 2, İranda 3, Türkmənistanda 4 dəfə ucuzdur.
Əgər öz ölkəmizdə öz məhsulumuzu dünya bazar qiymətlərindən dəfələrlə baha qiymətə alırıqsa, belə müstəqillik çoxmu bizə lazımdır?
Təəssüf ki, 30 il ərzində nə hüquqi dövlət, nə sərfəli iqtisadiyyat qura bilmədik. Əhalinin rifah halını nəinki qaldıra bilmədik, əksinə daim aşağı düşdü.
Dövlət kömrük xidməti isə plandan əlavə 328 milyon manat pul toplamağı ilə öyünür. Axı bu istehsal deyil, əhalinin cibinə girərək əlavə vergi yığmaqdır. Bununla necə öyünmək olar? Əvəzində ölkədən kənd təsərrüfatı məhsulları çıxarmaq istəyən sahibkarlar qan ağlayır...
Buna nə vaxt son qoyulacaq, bilmirsiz?
шаблоны для dle 11.2
08-08-2021 23:26 Baxılıb: 950    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}