AXCP başda olmaqla Qərbin maraqlarına xidmət edən bir çox müxalifətçilər İran və Azərbaycan münasibətlərini korlamağa çalışırlar

Elcan Məmiyev

Son zamanlar Şeyx həzrətlərinin İran barədə dedikləri geniş sensassiyaya səbəb olub. Səbəb isə Allahşükür Paşazadənin İrana təşəkkür etməsi olub.
İran bizim qonşu dövlətimizdir. İranla da əlaqələrimizi pozmaq istəyən təxribatçılar Şeyx həzrətlərinin çıxışının əvvəlini və sonunu kəsib özlərinə sərf edən formada yaymaqla özlərinə dividend qazanmaq istəyirlər.
İran dünya tarixinin bir hissəsidir. İran da qədim Misir kimi böyük tarixi adət-ənənəyə malikdir. Ola bilsin Qərbin alətinə çevrilmiş medialar sizin də zehninizdə bu ölkəyə qarşı mənfi təsəvvür yaradıb. Amma həqiqətlər əslində göründüyü kimi deyil.
İranla aramızda heç bir vaxt müharibə, konflikt olmayıb. Buna da əsas səbəb kimi xalqlarımızın birgə mehriban yaşaması və hər iki ərazinin bir dövlət kimi formalaşması olub. Məsələn, Səfəvi, Sasani, Afşar və s.
İran və Azərbaycan mədəniyyəti bir-birinə ən yaxın mədəniyyətdəndir. Ölkələrimizin dini, siyasi, ictimai və iqtisadi əlaqələri mükəmməldir. Sadəcə bu əlaqələri gözü götürməyənlər çoxdur. Kimisi məzhəb ayrı seçkiliyinə görə, kimisi millətçiliyə görə İran və Azərbaycan arasında nifaq salmağa çalışır.
İndi biz sizin ürəyinizdə olan şübhəli suallarınızı qisməndə olsa cavablandırmaqa çalışacağıq.
1. İran və Rusiya Türkmənçay müqaviləsinə əsasən bizi iki yerə bölüblər.
—Əvvəla onu qeyd edək ki, bu iddianı edənlər gah deyirlər tarixdə İran olmayıb, gah da deyirlər İran və Rusiya bizi parçalayıb! Həqiqətən yalançının yaddaşı olmaz. Həmin dönəmlərdə İranda hakimiyyətdə Qacar türkləri idi. Əgər iddia edirsinizsə ki, farslar bizim əzəli düşmənimizdir, o zaman bunu bilməlisiniz ki, Qacarlar türksoylu idilər. Bizim məqsədimiz hansısa milləti hədəfə almaq deyil. Sadəcə həqiqətləri olduğu kimi çatdırmaqdır. Qacarlar hakimiyyətdə olduğu vaxtlar Azərbaycan xanlıqlara bölünmüşdü. Bölünən bir ərazini bölmürlər, bölünən ərazini qəsb edirlər. Azərbaycanın xanlıqlara bölünməsindən fürsət tapan Rus Çarlığı xanlıqları tutdu. Bu hadisə tarixdə su kimi aydın bir hadisədir. Qacarlar da istəyirdi ki, bölünən xanlıqları özünə tabe edib böyük Qacar dövlətini möhkəmləndirsinlər. Lakin müharibədə uduzduğu üçün müqaviləyə əsasən Azərbaycan indiki Rusiyaya qaldı. Bunun da əsas səbəbi Azərbaycanın xanlıqlara bölünməsi idi. Azərbaycan Afşarlardan sonra artıq xanlıqlara bölündü. Məntiq fəlsəfəsi güclü olan hər bir kəs anlıyar ki, bizim bölünməmiz torpağlarımızın itirilməsinə gətirib çıxardı.
2. "Tarixdə İran olmayıb" iddiası.
—Bəli, tarixdə "İran" adı dövlət formalaşmamışdır. Lakin demək olar bütün tarixi kitablarda "İran ərazisi", "İran torpaqları" sözü mövcud olub. Bu məsələ ilə bağlı çox vaxt aparmağa dəyməz. Öyrənmək istəyənlər aşağıda qeyd edəcəyimiz güclü mənbələrə müraciət edə bilərlər.
"Dünyanı bəziyən Abbasın tarixi" (İsgəndər Bəy Münşi), "Şah İsmayıl Səfəvi, diplomatik sənədlər toplusu", Sultan Səlimin Şeybani xana məktubu. Şah Abbasın öz adına hazırlatdıqı sikkələrin üzərində yazılan sözlər ən yetərli dəlillərdəndir.
3. Farslar bizim əzəli düşmənimizdir.
—Necə olur farslarla aramızda heç bir müharibə olmadığı halda biz düşmən oluruq?! Azərbaycan kimi İranda çox millətli ölkədir. Tarix boyu bu torpaqlarda yaşayan xalqlar dostcasına həyat sürüblər. Onları bir-birinə bağlıyan İslami və qohumluq dəyərləridir. Farslar bizim düşmənimiz necə olur ki, hələ də İranda türk soylularla farsların güclü qohumluq əlaqəsi var? Farslar necə düşmənimiz olur ki, görkəmli şairimiz Məhəmməd Fizuli bu dildə yazıb yaratmış, Şah İsmayılın nəvəsi birinci Şah Abbas sarayın rəsmi dilini fars dili etmiş, Cavad xan Sisianova məktublarını farsca yazmışdır? Bu necə olur? Yoxsa sizə görə M.Fizuli, Şah Abbas, Cavad xan və digərləri düşmənimizin dilini təbliğ ediblər?! Biz bilirik ki, müsəlman ölkələrində ərəb-fars dili Şərqin açarı olub. Hətta Osmanlı kimi bir dövlətdə fars dili mühüm rol oynayıb. Sizlər hər cür yola əl atırsınız ki, müsəlman ölkələri, xüsusən də İran və Azərbaycan arasında nifaq salasınız. Lakin bunu bacarmıyacaqsınız.
4. İran ermənilərə yardım edir.
—Azərbaycanda çoxu bu düşüncədədir ki, İran ermənilərə silah göndərir. Hətta bununla bağlı videolar da yayımlayırlar. Əvvəla onu deyək ki, media saf və düşüncəsiz insanları idarə etmək üçün bir vasitədir. Media vasitəsiylə insanlara çox şeyi sırımaq olar. İranla bağlı yayılan bu videolara diqqətlə baxsaq görərik ki, bu videolar hamısı əsassızdır. Çünki bu videolar hansı şəraitdə harada və kimlər tərəfindən çəkilibsə, məlum deyil. İranın rəsmi mövqeyi Azərbaycanın ərazi bütövlüyünü tanımaq olub. İndi biz sizə sual edirik. Əgər İran Ermənistana silah ötürürsə, niyə qənimətlər parkında, işğaldan azad olunmuş ərazilərdə bir dənə də olsun İran markalı silah-sursat yoxdur?! Ola bilsin deyəsiniz ki, İran Rusiyanın silahlarını keçirib Ermənistana. Ermənistanda Rusiyanın bazaları ola-ola, Rusiya və Ermənistanla hava uçuşları ola-ola Rusiyanın İrandan Ermənistana silah daşıması məntiqsiz və çox gülünc bir fikrdir. Yenə deyə bilərsiniz ki, İranla Ermənistanın iqtisadi əlaqələr var. Bəli, elədir. Nəinki İranın, Türkiyənin, Gürcüstanın da var. Bu sadəcə iqtisadi əlaqədir. Siyasi arena isə tamam başqadır. İqtisadi əlaqələrin olması ölkələrin inkişafında mühüm rol oynayır. İran üzərinə sanksiya qoyulan ölkədir və buna görə də iqtisadi əlaqələri dayandıra bilməz. Hər bir ölkənin daxili siyasəti önəm daşıdığı kimi İranın da daxili siyasəti onun özü üçün önəm daşıyır.
5. "Farslar ermənilərnən qohumdular" iddiası.
—Farslarla erməniləri bir-birinə bağlıyacaq dəyərlər yoxdur. Nə dini dəyərlər, nə də irsi dəyərlər. İran ərazisində yaşayan ermənilər istisna olmaq şərtilə. Farslarla erməniləri eyni səviyyədə görənlər heç düşünmürlərmi ki, Azərbaycanda yaşıyan talışlar və tatlar farsdilli xalqlar qrupuna aiddir?! Məgər bilmirlər ki, İsmayıllının Lahıc kəndi İran mədəniyyətinə yaxın olan bir kənddir?! Yoxsa onların ürəklərində talış və tatlara qarşı da nifrət var?! Məgər düşünmürlər ki, İranda yaşayan azərbaycanlılar hələ də orada yaşayan farslarla ənənəvi qohumluq əlaqəsindədir?! Yoxsa orada yaşıyan azərbaycanlıları da fars şivonisti kimi görürsünüz?! Əslində bizə məlumdur ki, sizlər ya kimlərinsə siyasi təsiri altına düşürsünüz, ya da deyilənləri edirsiniz. Əsas odur ki, Azərbaycanın daxili və xarici maraqları sizi maraqlandırmır. Siz yalnız yalanlar yaymaqla iki ölkə arasında nifaq toxumları səpmək istəyirsiniz.
6. "İran Azərbaycanı şiəlik təsirində saxlamaq istəyir" iddiası.
—İran 1979-cu ildə İslam respublikası elan olunur və şiəlik o dövrdə İranda rəsmi formada formalaşır. Şiəliyi İranla əlaqələndirmək həqiqətən gülünclükdür. Məgər 1979-cu ildən qabaq şiəlik əqidəsi mövcud deyildi?! Məgər Səfəvi Qızılbaşlar şiəliyi təmsil etmirdilər?! Şiəlik İslam Peygəmbərinin (s) zamanından tanınmağa başlayırdı. Səqəleyn və xəlifəteyn hədisinə, təthir ayəsinə və s. bağlanaraq İmamiyyə qəbul edənlər şiə kimi tanınıblar. Azərbaycan demokratik respublikasının banisi Məhəmmədəmin Rəsulzadənin şiəlik barədə sözləri: "Şiə ideologoyası Səfəvilərin (Qızılbaşların) türkçülüyünə nəinki mane olmur, əksinə,onların türkçülüyünün güclənməsinə səbəb olurdu". Məhəmməd Əminin İmamiyə əqidəsində olmasını bildirən yetərli mənbələr var.
Ölkəmizin prezdenti İlham Əliyev, prezdent köməkçisi Hikmət Hacıyev dəfələrlə İran və Azərbaycanın qardaşlıq və dostluq münasibətində olmasını söyləmişdir. Bununla bağlı video reportajları internetdən tapa bilərsiniz. Azərbaycan və İran 21-ci əsrdə iqtisadi və siyasi əlaqələrdə bir-birinə sadiqliyini təsdiqləyiblər. Hələ ötən əsrin sonlarında İran Azərbaycana dar gündə öz dostluğunu nümayiş elətdirdi. O zaman Azərbaycanı dünyaya tanıtdıran nefti yox idi. Buna rəğmən İran yenə də bizə öz yardımını əsirgəmədi. 1-ci Qarabağ savaşı zamanı Azərbaycan iqtisadi problemlər içində idi. Həmin dönəmlərdə İranın "İmdad" və "Ləli-Əhvar" komitəsi təmənnasız olaraq Azərbaycana yardımlar etdi. Hətta Naxçıvan blokadada olan zamanda ərzaq yardımı İrandan gəlirdi. Bunun canlı şahidləri çoxdur. Zəngilanda humanitar körpü açıldı və məcburi köçkünlərimiz Araz çayının üzərindən İran tərəfə keçdilər. İndiki Parsabad şəhərində çadır düşərgələri salındı. Bu da onu göstərir ki, İran bizim ən çətin zamanlarımızda yanımızda olub. İndi də sənayə, tibbi, dini marifləndirmə və.s. işlərdə Azərbaycan-İran əməkdaşlıqı çox güclüdür. Bir az zəhmət çəkib araşdırma aparsanız, bunun şahidi ola bilərsiniz.
Sadəcə bəzi müxalifət qüvvələrinin gözü İran və Azərbaycan əlaqələrini götürmür. İndiki AXCP başda olmaqla Qərbin maraqlarına xidmət edən bir çox müxalifətçilər hələ də İran və Azərbaycan münasibətlərini korlamağa çalışırlar. Bu münasibətlər isə danışdıqca qurtarmaz...
шаблоны для dle 11.2
01-08-2021 23:21 Baxılıb: 1320    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}