Bunlarçün rusların çıxarılması on minlərlə insanımızın faciə yaşamasından, minlərlə şəhid verməyimizdən, yüz minlərlə insanımızın qaçqın düşməsindən daha vacib olub!

İlham Ali Soy

Kəramət Böyükçölün Əli Kərimlidən götürdüyü müsahibəyə baxdım. Qarabağ məsələsində Əli Kərimlinin gətirdiyi arqumentlərə toxunmaq istəyirəm.
Əli Kərimli deyir ki, əgər sonluq rus sülhməramlılarının Qarabağa girməsi ilə nəticələnəcəkdisə, elə Elçibəy də rus qoşunlarının Azərbaycanda qalmasına razılıq versəydi nə Kəlbəcər, nə də Dağlıq Qarabağ ətrafındakı digər rayonlar işğal altına düşməyəcəkdi (Bu o deməkdir ki, Kəlbəcərdən sonra işğal olunan digər rayonlar da həmin prosesin məntiqi davamı idi).
Deməli, bunlarçün rusların Azərbaycandan çıxarılması, ermənilərin bizim torpaqları işğal edərək on minlərlə insanımıza faciələr yaşatmasından, Ağdam, Füzuli, Cəbrayıl kimi rayonların yağmalanaraq Yer üzündən silinməsindən, minlərlə şəhid verməyimizdən, yüz minlərlə insanımızın qaçqın düşməsindən daha vacib olub! 
Sonra Əli Kərimli, prezident Əliyevin Qarabağdakı uğurunu iki əsas amillə bağladı…
1) Şans amili.
Deyir ki, Əliyevin bəxti onda gətirdi ki, Türkiyədə Ərdoğan kimi cəsarətli siyasətçi hakimiyyətdə idi. Liviyaya, İraqa əsgər göndərən Türkiyə Qarabağ məsələsində bizə siyasi və hərbi dəstək verməyə bilməzdi. Amma Süleyman Dəmirəl Elçibəyə iki vertolyot verməmişdi. Sonra qeyd edir ki, Ermənistanda Qərb tərəfdarı Paşinyan hakimiyyətə gəlmişdi və Putin onu devirmək istəyirdi. Dünyanın başı pandemiyaya qarışmışdı və sairə… Bir sözlə beynəlxalq siyasi konyukturaya uyğun hərəkət edildi.
2) Paşinyanın axmaqlığı.
Müharibənin gedişində ilk humanitar atəşkəs elan olunanda Putinin atəşkəs təklifinə Paşinyanın yox deməsi... Əgər Paşinyan həmin təklifə razı olsaydı, plana əsasən Şuşaya yalnız bizim qaçqınlar qayıda bilərdilər və Şuşa rusların, ermənilərin nəzarətində olacaqdı. Paşinyanın tərsliyi və axmaqlığı nəticəsində bu plan baş tutmadı və ordumuz Şuşanı işğaldan azad etdi. 
Belə. Şans amili amili haqda danışaq. “Siyasət imkanlar və fürsətlər, mümkün olanı etmək sənətidir”. Əgər istənilən siyasətçi yaranmış əlverişli siyasi vəziyyətdən istifadə edərək nəyisə müsbətə doğru dəyişibsə bu, onun zəifliyini yox, ustalığını göstərir.
İkinci amil… Paşinyanın tərsliyi və axmaqlığına diqqət çəkən Əli Kərimli, birinci Qarabağ savaşında özlərinin tərsliyini və axmaqlığını nədənsə qəhrəmanlıq kimi təqdim edir. Belə bir gülməli paradoks!
Bir məsələ də var, onu qeyd etməsəm ölləm. 
Deməli, Rusiya faktorunu önə çəkən Kəramət Böyükçölə Əli Kərimli cavabında deyi ki, Rusiya heç bir şey edə bilməzdi, Azərbaycanı işğal edəcəkdi?! Sonra bir balaca aşağı əyilərək Kəramətin gözünün içinə baxa-baxa möhtəşəm sual verir: “Rusiya indiyədək haranı işğal edib ki?”
Kəramət də, gözünü döyərək başqa suala keçdi...
Fikirlərimi Valeri Korovinin rus sülhməramlıları barədə yazdığı məşhur sözləri ilə tamamlamaq istəyirəm:
“Rusiya mübaribələri dayandırır. Qarabağ müharibəsi nəticəsində regiona rus qoşunları girdi. Rusiya həmişə müharibələri saxlayır, artıq bir neçə əsrdir ki, neçə-neçə müharibəni saxlayıb və qan-qadanın qarşısını alıb. Qarabağda da eynən belə oldu. Aydındır ki, Rusiyanın müdaxiləsi olmasaydı, rus hərbçiləri regiona gəlməsəydi, müharibənin yaralarını tez bir zamanda sağaltmaq mümkün olmazdı və konflikt daha çox uzanardı. Rus ordusu gəldi, döyüşü saxladı, tərəfləri barışdırdı və sülh bağlamağa təşviq etdi. Hal-hazırda da regionda sülhün və əmin-amanlığın qarantı kimi çıxış edir. Aydındır ki, Rusiya olmasaydı, bütün bu hadisələr hər iki xalqı fəlakətli nəticələrə aparıb çıxaracaqdı.
Rusiya müharibələri dayandırır. O gəlir və saxlayır. O sadəcə qoşun yeridir. Ruslar işğal etmirlər, xalqları azad edirlər. Ruslar Avropanı azad etmişlər. Ruslar Avropanı dəfələrlə azad etmişlər. Çar Aleksandrın vaxtında da, Stalinin vaxtında da... Ruslar Parisə girəndə fransızların Moskvanı çapıb taladıqları kimi Parisi soyub dağıtmadılar. Ruslar Parisdə sakit şəkildə kafelərdə otururdular, yeyib içirdilər, sonra isə Çar öz qusar və zabitlərinin yeyib-içməklərinin pulunu büdcədən ödəyirdi, hətta onların kart borclarını da verirdi. Rus əsgərləri Parisdə borclu qalmadılar, hamısı büdcədən ödəndi. Ruslar mədəni şəkildə, ədəblə, təmiz fransız dilində fransızlarla xudafizləşərək Parisdən getdilər, səliqə ilə çıxdılar. Heç nəyə toxunmadılar, çıxanda hər şeyi olduğu kimi, hətta ondan da yaxşı saxladılar. Bu ruslardır! Bu sizə Qərb deyil! Odur ki, rusları işğalçı saymayın. Ruslar işğal etmirlər, xalqları azad edirlər, onları müharibədən, qan-qadadan qurtarırlar. Ruslar xalqları bir-birlərini qırıb çatmağa qoymurlar, qarşılıqlı ədavəti dayandırırlar, nifrəti və kin-küdurəti aradan götürürlər. Ruslar zülm və əziyyətdən qurtarırlar. Müqəddəs kitabda deyilir: “O gələcək və sakitcə hər şeyi düzəldəcək”. Bu ruslar haqqındadır”.
шаблоны для dle 11.2
01-08-2021 19:06 Baxılıb: 2990    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}