Rusiya olmasa onu işğalçı adlandıran qonşuları acından ölər


Mənə çatmır bu işğalçı Rus məsələsi.
Rusiya olmasa onu işğalçı adlandıran qonşuları acından ölər.
Gedin birləşin, rusu düşmən elan edin, ticarət dayansın, ordan qovsunlar azərbaycanlıları.
Onda görərsiz nə olacaq, ölkəmiz nə günə düşəcək!
Rəzalətə son verin.
Mənim ətrafımda nə qədər qohum var ki, Rusiyadan gələn pullar olmasa, aclarından ölərlər.
Adam var Rusiyada pensiya alanda o pensiyadan bura pul göndərir! Bilmirəm ağlayım, bilmirəm gülüm.
Buranın pensiya alan yaşlı ər-arvadı da gözləyir ki, Rusiyadan oğul pul göndərsin, gedib özünə dava-dərman alsın.
Söhbət nədən gedir? Rus məsələsi öz həyatımda başıma gələndə bu yazdığım barədə ciddi düşünməyə başladım. Demək qohumlar var ki, işi düşəndə məndən istifadə edib əvvəllər. Sonra başladılar dalımca danışmağa ki pisdi. İşləri düşəndə yenə yaltaqlanmağa baslayırlar. Pisəmsə niyə məndən, yaxud ailəmdən istifadə edirlər?!
Elə o cür də rus. Rus pisdirsə, bir sifətimiz olsun, düşmən elan edək, iqtisadi əlaqələri kəsək, qurtarsın getsin də!
Gedək İngiltərədən, Fransadan dolanaq.
Rusa qarşı ölkəmizdəki belə əndrəbadi mövqe elə onun düşmənlərinin apardığı genişmiqyaslı təbliğat kompaniyasının nəticəsidir. Facebookda elə antirus rəyləri oxuyuram ki, dəhşətə gəlirəm.
Çox istərdim ki qısamüddətli də olsa yuxarıda dediyim olsun. Qısa müddətə Rusiya ilə əlaqələrimiz kəsilsin.
Onda bəziləri başa düşəcəklər həyat nədir, kim kimdir...

Aygün Günəş
шаблоны для dle 11.2
11-07-2021 04:25 Baxılıb: 1080    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}