LGBT-lərə Qafqazda yer yoxdur!

Aygül İsayeva

Tbilisidə LGBT-lərın yürüşü barədə videolara diqqətlə baxsanız görərsiz ki, onların heç də hüquqları pozulmur, əksinə ictimai məkanda günün-günorta çağında qeyri-etik hərəkətləri ilə etik davranış kodeksinə uyğun olmayan nalayiq əməlləri təbliğ edirlər.
Baş verən hadisə (orientasiyası xarab olanların ictimaiyyətin içində kütləvi şəkildə öpüşməsi) iyulun 3-də, 5 iyul qarşıdurmasından 2 gün qabaq Tbilisi yaxınlığında baş verib. Təəssüf ki, baş verənlər üzərindən manipulyasiya edib olanları hərə öz istək və arzularına, həmçinin qidalandığı təşkilatların mənafeyinə uyğun çatdırır.
“Tbilisi Prayd” biabırçı təşkilatı “Pride Həftəsi” də keçirməyi planlaşdırırdı. Avropa Parlamentinin 28 deputatı Gürcüstan Daxili İşlər nazirinə göndərdiyi Açıq Məktubda “Pride Həftəsi”nin keçirilməsi üçün şəraitin yaradılmasını tələb etmişdi. Gürcüstan Patriarxlığı isə buna cavab olaraq dövlətə paradın keçirilməsinə icazə verməmələri ilə bağlı, eləcə də Avropa Parlamentinə və Gürcüstanda akreditə olunmuş diplomatik korpus nümayəndəliklərinə paradın keçirilməsinə qarşı olmalarını, “Ləyaqət Marşının” ləyaqətlə heç bir əlaqəsinin olmadığını, əksinə qeyri-ənənəvi həyat tərzini təbliğ etdiyini, əxlaq normaları ilə ziddiyət təşkil etdiyini bildirən bir neçə bəyanat ünvanlamışdı. Bununla belə Gürcüstan dövləti “Tbilisi Prayd” təşkilatına Tbilisinin yaxınlığında öz tədbirlərini həyata keçirmək üçün şərait yaratdı.
1-4 iyul tarixində təşkilatçılar planlaşdırdıqları tədbirləri həyata keçirirlər. Təşkilatçılar iyulun 5-ində isə “Ləyaqət marşı” adlı paradı Tiflisin mərkəzi prospekti Rustavelidə etmək istəklərini bildirirlər. Daxili İşlər Nazirliyindən bunun riskli olması, həmçinin qarşıdurmanın qaçılmazlığı ilə bağlı xəbərdarlıq gəlir və “Ləyaqət Marşı” adlı paradlarını onlar üçün ayrılan yerdə keçirmələri tövsiyyə edilir (necə ki 4 gün ərzində edirdilər). Kilsə də öz növbəsində 5 iyul paradının baş tutmaması üçün insanlara çağırış edir. İyulun 5-ində isə mövcud vəziyyətdən iqtidar da, müxalifət də və digər qruplar hərə özü üçün bəhrələnməyə çalışır və buna nail də olurlar.
Bura Qafqazdır. Qafqazda müxtəlif millətlərin nümayəndələri yaşayır. Bu xalqların hərəsinin ayrılıqda özünə uyğun mədəniyyəti olsa da, bütün qafqazlıları birləşdirən ümumi xüsusiyyətlər də var. Avropalının anasını söysən bunu adi hal kimi qarşılayacaq, ancaq bir qafqazlıya qarşı ana söyüşü etsən, həmin dəqiqə ən yaxşı halda başının yarılmasına əmin ola bilərsən.
Ümumiyyətlə, bir ölkədə etik hesab edilən digər ölkədə qeyri-etik hesab edilə bilər. Məsələn, dünyanın ən demokratik ölkəsi hesab etdiyiniz Amerikanın bəzi ştatlarında “ölüm hökmü” cəzası leqaldır, ancaq bizim, eləcə də bir çox digər mədəniyyətlərdə bu barbarlıq hesab edilir. Həyatı bizə bəxş edən Allah həyatımızı əlimizdən ala bilər ifadəsini tez-tez işlədirik. “Şirinlik” Avropa mədəniyyətində korrupsiya, rüşvət vermək kimi qəbul edilir, ancaq bizdə deputata paxlava verməyə normal baxırlar.
Bura Qafqazdır, bura Gürcüstandır!!! Amsterdamda pozğunluq qanuni peşə hesab edilirsə, Gürcüstanda bu cinayət hesab edilir və Gürcüstan heç vaxt ikinci “Qırmızı fənərlər küçəsinə çevrilməyəcək!
Bu gün LGBT-lər Gürcüstanda təşkilat, şirkət, idman zalları və müxtəlif qurumlarda işləyirlər. Göründüyü kimi iş yerlərində, ictimai yerlərdə “evlərinin içində etdikləri nalayiq hərəkətləri” küçədə də nümayiş etdirməyəndə onlara dəyib toxunmurlar. İctimai məkanlarda, cəmiyyətdə özünü aparmağın öz qayda-qanunları var. Anadangəlmə və ya sonradan qazanılmış fərq etmir - videoda etdikləri xəstə hərəkətləri Rustavelidə, insanların sıx olduğu yerlərdə, ictimai yerdə etmək istəklərini bizim cəmiyyət də, çoxmillətli Gürcüstan da heç vaxt qəbul etməyəcək.
Cinsi azlıqların parad keçirməsinin əleyhinə olanlar bir çox LGBT-lərin ictimai yerlərdə əxlaqsızlıq etmələrindən ehtiyatlanan, bunun təbliğat nəticəsində kütləvi hal alacağından çəkinən, öz övladlarını, əzizlərini qorumağa çalışan insanlardır. Mənim üçün hələlik iki “Şərəf” və “Ləyaqət” paradı var: 9 May – Qələbə Günü və 8 Noyabr – Zəfər Paradı.
Gürcüstana heç olmasa bir dəfə səyahət edənlərdən belə tez-tez “Avtobus, marşrutka sürücülərinin kilsənin yanında keçəndə necə xaç çəkdiklərini gördük” deyə təəccüblə işlətdiyi ifadələri eşidirik. Gürcüstan bəlkə də dünyada ən inanclı ölkələr sırasındadır.
Xristian və İslam dinlərində homoseksuallığın qəbul edilmədiyi, bunun haram və iyrənc hərəkət olması barədə yazmaq istəmirəm, bu barədə din xadimləri fikirlərini əsaslandırıb danışsa daha münasib olar. Ancaq gündə 5 dəfə namaz qılıb, hər gün müqəddəs kitab oxuyan bizim "ictimai fəallar"ın  düşüncələri ilə hərəkətləri arasında 180 dərəcə dəyişikliyi görüb, bu insanların dayanmadan hay-şüvən qoparıb LGBT hüquq müdafiəçisinə, vəkilinə, elçisinə, xoşməramlı səfirinə necə çevrilməsinin müzakirəsini sizin ixtiyarınıza buraxıram.
Bu gün Amerikada cinsi azlıqların sayı 11 milyondan çoxdur və seçkilər ərəfəsində ən çox istifadə edilən qrupdur. Gürcüstanın əhalisi isə 3 milyon 700 mindir. Nəyisə təbliğ edəndə, kimlərinsə elçilərinə çevriləndə az da olsa burnunuzun ucundan bir az o tərəfi görməyi də bacarın.
шаблоны для dle 11.2
10-07-2021 05:18 Baxılıb: 1030    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}