Putin dünyanın qanunqoyanıdır: həmişə axırıncı sözü o deyir


Kim Lavrovun tezislərini nəzərə almayacaq, Şoyqunun tezisləri ilə üzləşəcək
– müasir dünyanın qanunu budur

Tanınmış rusiyalı politoloq, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, İzbor Klubunun üzvü Valeri Korovin Qərb və Rusiya münasibətlərinə aydınlıq gətirən məqalə ilə çıxış etmişdir. “Zavtra” saytında dərc ounmuş “Xarici işlər naziri Qərbi xəbərdarlıq etdi” adl məqalədən vacib detalları sizin də nəzərinizə çatdırırıq.
Müəllif bildirir ki, Qərb nə qədər çalışsa və təzyiq göstərmək istəsə də, Rusiyaya heç bir təsir gücü yoxdur. Məsələ burasındadır ki, Qərbdə “dünya hakimiyyəti” deyilən virtual bir hökumət vardır. Bu hökumət reallıqda olmasa da Qərb elitaları onun adından manipulyasiya edir. “Qərbin problemi ondadır ki, bu hökumət hansısa təsəvvürlərdə yaşayır. Yəni o heç bir ümumi qəbul olunmuş dünya qanunları və hüquqi əsaslarla möhkəmlənməyib. Bu hökumət mahiyyətcə real insanlığın yaşadığı hüquqi və qanunverici normativ mövcudluğu ilə əlaqədar deyildir. Rusiya ilə Qərb arasındakı kazus da bundan ibarətdir” – müəllif yazır.
Korovinin fikrincə, bəziləri yanlışlıq ucbatından həmin virtual hökumətin təsiri altına düşürlər: “Qərb paradiqmasını, Qərb dəyərləri sistemini və Qərb yanaşmasını qəbul edənlər mahiyyətcə inanmağa başlayırlar ki, “qlobal dünya” mövcuddur, Qərbdə yaranmış “dünya hökuməti”, hansısa kölgə pərdəarxası vardır, riayət olunmalı hansısa norma və qaydalar dəsti qoyulmuşdur. Buna inananlar Qərbin tərəfini tuturlar. Bütün bunları qəbul etməklə bu və ya başqa dövlət könüllü olaraq həmin qaydalar dəstinə riayət edir, inam kateqoriyası əsasında həmin “dünya hökumətinin” qərarlarına tabe olmağa çalışır”.
Korovinin sözlərinə görə, Rusiya üçün belə “virtual hökumətin” heç bir təsiri və əhəmiyyəti yoxdur. Rusiya öz qanunu ilə yaşayan ölkədir. Putin dünyanın qanunqoyanıdır. Həmişə axırıncı sözü o deyir. “Çünki o Qərbdəki elitaların əksinə olaraq qanun və beynəlxalq hüquq çərçivəsində hərəkət edir, həm də bu qanun və hüquqları hərfi mənada, yəni olduğu kimi qəbul edir”.
Politoloqun sözlərinə görə, düzdür, bəzən Qərbdəki elitalar özlərini qlobal idarəçilər sayırlar və belə görüntü yaradırlar ki, guya dünyanı onlar idarə edirlər, lakin Putin onları göylərdən endirib reallığa qaytarır: “Yəni Putin bu qlobal elitalara münasibətdə özünü onların təsəvvürlərini üstələyən və işlək qanunlarla hərəkət edən insan kimi aparır. Putin – qanunçudur, onun nəzərləri qanuna doğru yönəlib”.
Korovin bilirir ki, Putinin belə hərəkət etməsi onları qıcıqlandırır, çünki işlərin belə hal alması onların xəyalları ilə uyğun gəlmir. Putin qarşısındakı gücsüzlükləri isə onları özündən çıxarır.
Rusiya xarici işlər naziri Serqey Lavrovun Qərblə bağlı yazdığı yeni məqaləsində onlara verdiyi gizli tezisləri isə Korovin belə açıqlayır: “Qərb, siz qanundan kənarsınız! İnsanlığın çox hissəsi sizin əqidənizi qəbul etmir. Siz zəifləri öz iradənizə tabe etdirmək istəyən dünya quldurlarısınız. Qanun çərçivəsində hərəkət edin, onda dünyanı özünüzə qarşı kökləməyəcəksiniz”.
Korovin onlara belə məsləhət verir: “Qərbdəki qlobalistlər yaxşı olardı ki, Lavrovun bu tezislərini nəzərə alsınlar, axı məlumdur ki, kim Lavrovun tezislərini nəzərə almaq istəmir, Şoyqunun tezisləri ilə üzləşir. Harda və necə – bu kimin bəxtinin necə gətirməsindən asılı olacaq...”




шаблоны для dle 11.2
10-07-2021 00:21 Baxılıb: 1720    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}