Qarabağdakı savaş qlobalistlərlə avrasiyaçıların savaşı idi

Nadir Qocabəyli

Qarabağa qlobalistlərlə antiqlobalistlər, yəni potensial avrasiyaçılar (çünki antiqlobalistlər gec-tez avrasiyaçı olmağa məhkumdurlar) arasında gedən qızğın mübarizənin tərkibi kimi baxmasaq, düzgün nəticələr çıxara bilməyəcəyik...
Hansısa xırda detalları hədsiz qabardanların, stəkanda fırtına qoparmaqla ac, evindən kənara çıxa bilməyən milləti qaza gətirməyə çalışanların əsas məqsədi problemin qlobal mahiyyətindən fikir yayındırmağa cəhddir.
Biz onların hərəkətlərində öz maraqlarına uyğun qlobal elementləri aydın görsək də, dillərindən tamamilə ayrı mahnılar eşidirik...
Azərbaycanlılar və ermənilər, elə gürcülər və digər qonşularımız da Avrasiya xalqlarıdır. Bizdən heç vaxt atlantist olmayacaq. Bu heç bizə lazım da deyil. Nəyimizə lazımdır varlı mərkəzin kasıb əyaləti olmaq?! Qərbdəkilərin varlı, harın həyatından, demokratiyasından feyziyab olmaq?! Guya onlarda bişəcək, bizə də düşəcək? Ay düşdü ha... Bizə düşsə-düşsə süfrənin qırın-qırtısı düşər. "Dırınqılet" mersedeslər kimi...
Bir azdan bizi orada hamballığa da götürməyəcəklər. Çünki hər şeyi robotlaşdırırlar...
Odur ki, qonşu xalqlarla Avrasiya Evi içərisində dil tapıb yaşamalı, hansısa gölməçə üstündə mənasız qovğalar aparmamalıyıq. Hər şeyi adam balası kimi müzakirə edib, ədalətli qərarlar verməli, hər kəsin öz evində yaşaması prinsipi ilə barışmalıyıq. İndi torpaq işğal edib, tutub imperiya qurmaq zəmanəsi deyil. İndi elə bir zamandır ki, sənin olduğunu düşündüyün torpağın sənə heç bir dəxli olmaya da bilər. Necə ki, vətən bildiyimiz ölkədə beş addım ata bilmirik...
Ən əsası aqressivlik dayanmalıdır. Erməni söyüşü ritorikası üzərində qəhrəmanlıq dastanı yaratmağı dayandırmalıyıq. Müharibə bitdi. Torpaqlarımız formal baxımdan özümüzdədir. Onları real olaraq özümüzünkü, yəni öz mülkiyyətimiz etməyə çalışmalıyıq. Yoxsa nə olsun ermənini çıxartdıq, hələ görün bir xalq olaraq oralara gedə, nəsə qurub yarada bilirikmi...
Şəhidləri unutmayaq. Ancaq bir şeyi də dərk edək ki, onları şəhid edən silahlar, o silahları atan əsgərlər özləri də alət və qurbandırlar. Azərbaycanlı analar kimi, erməni analar da ağlayır.
Bizi bir-birimizə qırdıran qlobal oyunçulardır. Bu oyuna alət olmağı dayandıraq. İnanın ki, bu bizim öz əlimizdədir. Sadəcə bir az ağıllı olmalıyıq...
шаблоны для dle 11.2
12-06-2021 04:31 Baxılıb: 2150    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}