Rusu söyməyə nə var ki? Məsələyə bir az insafla yanaşın.

İradə Tuncay

Oğlum danışır ki, Türkiyədə təhsil alanda tələbə yoldaşımın anasına zəng elədim, dedim, bir şey söyləyəcəm, qeyd aparın, oğlunuz gələndə çatdırarsınız. Qadın qayıtdı ki, mən yazmağı bacarmıram. Deyir fikirləşdim ki, mənim nənəm müəllimədir, anamın bibiləri, dayıları, əmiləri hamısı oxumuş adamlardır.
Bəs bunların hamısı haradan gəlir? Rus imperiyasının tərkibində olmağımızdan, onların təhsilə verdikləri önəmdən... Məsələyə bir az insafla yanaşın. Rusu söyməyə nə var ki? Rusları söymək asandır. Müqayisə edin, biz haradan qopmuşuq? İran dövlətinin bir parçasıyıq, o vaxt müharibədə uduzublar, biz bu tərəfə gəlmişik. Böyük ictimai-ədəbi xadimlərimiz Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə rus dilində təhsil alsalar da, gedib Osmanlının içində türkçülüyün əsasını yaratdılar. Sovet dövründə ədəbi dilimiz formalaşdı. Rus pisdir, olsun pis, bəs yaxşı şeylərini niyə unudursunuz ki? İndi də eləsinlər də onu, niyə bacarmırlar?
Bu cür danışanda belə çıxır ki, mən ruspərəstəm? Yox, elə deyil! Sovet dövründə Azərbaycanın milli məktəblərini qorumaq üçün ziyalı kəsimdən ancaq yazıçıların uşaqları Azərbaycan məktəblərində oxuyurdu. Diqqət edin, rəssamlar, bəstəkarlar azərbaycanca danışa bilmirlər. Bu, o demək deyil onlar milli deyillər. Mən o cür yanaşmıram. Statistikaya baxın, indi heç kəs uşağını Azərbaycan bölməsində oxutmaq istəmir. Çünki dünya qloballaşıb kiçik xalqların dilləri, dil ancaq evdə danışmaqdan ötrüdür.
Atılıb düşürlər ki, İranda Azərbaycan dilində təhsil olmalıdır. Evində danışır da... Tatarlar beş yüz ildi rusun içindədirlər, heç məktəbləri də yoxdur, dillərini unudublar? Yox! Amma bütün Rusiya tatarların əlindədir. Elmi də, idmanı da əllərinə götürüblər. Bəlkə elə deyil?
шаблоны для dle 11.2
02-06-2021 18:42 Baxılıb: 2700    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}