Avrasiya Birliyinin yaranması tarixi zərurətdən doğur

Aleksandr Krasnoqorski

Bizim dövrümüzdə avrasiyaçılıq ideyası get-gedə daha çox tərəfdar toplamaqdadır. Bu bir tərəfdən SSRİ-nin dağılmasından sonra yaranmış ölkələrdə baş alıb gedən dövlətçilik krizis fonunda təəccüblü deyil, bir tərəfdən Avrasiyanın mərkəzi ölkəsi olan Rusiya parametri boyunca beynəlxalq gərginliyin artması ilə bağlıdır.
Məsələ ilə bağlı müasir reallıqlara toxunmaq istəmirəm, amma diqqəti avrasiyaçılığın köklərinə yönəltmək, onun tarixi qanunauyğunluğu və qaçılmazlığını göstərmək istəyirəm.
Avrasiya adlı materikin iki hissəyə bölünməsi əslində şərtidir. Yeri gəlmişkən, Avropa və Asiya arasında olan sərhəd heç də həmişə Ural dağlarından və Ural çayından keçməyib. Bu sərhədi Tatişev 1720-ci ildə təklif etmişdir. Antik dövrlərdə Avropa ilə Asiya arasında sərhədi Egey dənizi hesab edirdilər ki, başadüşüləndir. Yunanlar üçün bura əsas ticarət və dənizçilik mühiti idi, Krımın şimalından o yana isə onlar keçmirdilər. Amma müəmma olaraq qalır ki, niyə onlar Gürcüstanı Avropa, Anadolunu isə Asiya hesab edirdilər. Qeyd edək ki, Anadolu sözü rus dilinə tərcümədə elə Asiya mənasını verir.
Hər bir halda Avropa (Yunan) və Asiya (Fars) mədəniyyət və sivilizasiyalarının müharibələrlə və fəthlərlə müşayiət olunan təması qədim dövrlərdə baş vermişdir. Bu proses Avrasiya İmperiyası yaratmış Makedoniyalı İsgəndərin möhtəşəm yürüşü ilə yekunlaşdı. Vahid dövlət kimi çox da böyük olmayan dövrdə mövcud olsa da, bu imperiya bəşəriyyət tarixində ellinizm kimi silinməz iz qoydu. Sonra isə Roma İmperiyası yarandı. Onun əsas ərazilərinin (İtaliya, Yunanıstan, Qalliya, İberiya, Almaniya və Albion) Avropada yerləşməsinə baxmayaraq, imperatorlarının baxışları daim Şərqə yönəlmişdi. Yəqin ki İsgəndərin şöhrəti onlara rahatlıq vermirdi.
Tarixdə Avrasiya imperiyaçılığının bir çox başqa nümunələri də vardır. Bu həm Bizans, həm Osmanlı, həm Qızıl Orda imperiyalarıdır. Lakin ən əhatəli, ən geniş, ən möhtəşəm və ən qüdrətli imperiya Rusiya İmperiyası olmuşdur və nə ad daşımasından asılı olmayaraq, yenə də olacaqdır.
Bütün Avrasiya İmperiyaları –Avropada yaranıb Şərqə genişlənməsindən və ya Şərqdə yaranıb Avropaya genişlənməsindən asılı olmayaraq– hər dəfə yeni, əvvəllər nə Şərqə, nə Qərbə, nə Avropaya, nə Asiyaya xas olmayan xüsusiyyətlər qazanmışlar. Yeni cizgilər ki, Avrasiya imperiyalarında məskunlaşmış xalqları birləşdirirdi, mədəniyyətlərə, dünyagörüşlərə, mentalitetlərə və adətlərə də aid idi. İlkin ekspansiyanı həyata keçirmiş xalqlardan fərqli yeni imperiya xalqları formalaşırdı. Məsələn, Roma İmperiyasını götürək. Məlum olduğu kimi bu imperiya İtaliyadan, yəni Apennin yarımadasından uzanaraq tədricən Afrikanın hüdudlarını, İberiyanı, Misiri, Yunanıstanı, Qalliyanı və s. əhatə etmişdi. Bu genişlənmənin nəticəsində özünü romalı təkcə italiklər deyil, qatılmış vilayətlərin sakinləri də hesab etməyə başladılar. Bu ona görə baş verirdi ki, bütün vətəndaşlar üçün eyni həyat şəraiti yaradılırdı, eyni qanunlar qoyulurdu və əksinə, hər bir yerin adət-ənənələri və inamları ümummilli nemətə çevrilirdi. Ruslar da birdən birə imperiya millətinə çevrilmədilər- formalaşma İvan Qroznının dövründən başlayaraq əsrlər boyu davam etdi və indi də davam edir.
Nəticələri yekunlaşdıraraq deyə bilərik ki, avrasiyaçılıq obyektiv şəkildə şərtləndirilmiş tarixi proses kimi faktiki olaraq bəşəriyyətin bütün öyrənilən tarixi boyu müşahidə olunur- antik dövrdən günümüzə kimi. Bu proses Avrasiya kontinentinin etnik, mədəni, sivil oxunu formalaşdırır, ətraf xalqları və dövlətləri öz orbitinə cəlb edən qüdrətli imperiyanın yaradılmasına əsas kimi xidmət edir.
шаблоны для dle 11.2
31-05-2021 22:43 Baxılıb: 730    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}