YAŞASIN AVRASİYAÇILIQ!


Dövlətimizin milli təhlükəsizliyinə cavabdeh olan bütün şəxslər geopolitikaya sədaqət andı içməlidirlər

Geopolitika elə bir dünyagörüş formasıdır ki, onun əsasında dəniz və quru sivilizasiyalarının mübarizəsi haqqında təsəvvürlər və xalqların, dövlətlərin, imperiyaların bu təsəvvürlərdən doğan yaşayış, mövcudolma prinsipləri dayanır. Coğrafiya və məkanın geopolitikada daşıdığı funksiya marksizm və liberalizmdə pul ilə istehsal münasibətlərinin daşıdığı funksiya kimidir. Geopolitikanın mahiyyətini bu formulaya çevirmək olar: Coğrafiya – bir taledir. Geopolitikanın əhatəli, lakin o qədər də tam olmayan bu ifadəsindən çıxış edərək, geopolitikanın ölkəmizin milli təhlükəsizliyi sferasında hansı rol oynamasına, xüsusilə milli təhlükəsizlik konsepsiyasının formalaşdırılmasında, həm də lazım gələndə bu konsepsiyaya korrektələr edilərkən geopolitik metodun tətbiqinin hansı formada uyğunluğuna aydınlıq gətirməyə çalışacayıq.
Yeni – Sovet və sonrakı Rusiya tarixini geopolitik cəhətdən xarakterizə edərkən şərti olaraq 4 perioda bölmək olar.
Stalin hakimiyyəti dövründə rəsmi ideoloji model əmək və kapitalın mübarizəsi səviyyəsində cəmlənmişdi. Sovet dövlətinin milli təhlükəsizliyi isə nominal olaraq gələcək dünya kommunist inqilabının əsas plasdarmı kimi ölkənin sənayeləşməsi və hərbi cəhətdən möhkəmləndirilməsi üzərində qurulmuşdu. Lakin bunu da qeyd etməliyik ki, Stalin hakimiyyəti dövründə artıq “dünya inqilabı” barədə pafos səngimiş, Sovet dövlətinin müəyyən ərazilərə “imperiya” ekspansiyası ilə bağlı dəqiq cızılmış strategiya formasına salınmışdı. Geopolitika bir elm kimi həmin vaxtlarda yeni yaranmışdı və geopolitik metod, dövlət təhlükəsizliyinin əsaslarının formalaşmasında vacib element kimi sırf intuitiv qəbul olunurdu. Bu özünü bəzi dövlətlərlə müttəfiqlik müqavilələrinin və paktlarının imzalanmasında bir növ praqmatik pozisiyadan göstərirdi ki, o dövrdə bütün məsələlərə sinfi nöqteyi-nəzərdən yanaşmadan yönəlirdi. Lakin ümumilikdə Stalin periodunu anlayışların qeyri-dəqiqliyinə və ideoloji gərginliyə baxmayaraq, tam əminliklə geopolitik ölçülü saymaq olar. Geopolitikadakı “quru” o dövrdə “əməklə”, “dəniz” isə “kapitalla” üst-üstə düşürdü, Sovet ekspansiyası isə Avrasiya kontinentinin sərhədlərinə doğru can atırdı.
İkinci mərhələni şərti olaraq poststalin epoxası, Sovetin sonrakı brejnevizm dövrü də adlandırmaq olar. Bu periodda ideologiyanın əldən verilməsi nəticəsində elə bir Sovet elitası formalaşmışdı ki, geopolitika rəsmi şəkildə “imperialistlərin öz işğallarını əsaslandırmaq üçün coğrafi əlamətlərdən yararlandıqları siyasi konsepsiya” kimi traktovka olunurdu, qadağan edilərək “yalançı elm” sayılırdı, belə ki, “alman faşizminin rəsmi doktrinası olmuşdu” (1979-cu ilin Sovet Ensiklopedik Lüğətində belə yazılmışdı). Belə hesab edilirdi ki, Sovet İttifaqı imperiya deyil. Ekspansiya qəsdən dəqiq olmayan şəkildə “müstəmləkəçilik” kimi qələmə verilirdi. Hesab edilirdi ki, Sovet İttifaqı – imperiya deyil, ekspansiya (qəsdən bunu “kolonizasiya” kimi göstərirdilər) həyata keçirmir və deməli sosialist dəyərlərinin müdafiəsində duran, sülh dövləti olan Sovet İttifaqına geopolitika gərək deyil. Amma bu gün, artıq Əfqanıstandakı uğursuzluqdan və Şərqi Avropanın itirilməsindən sonra biz açıq-aydın gördük ki, xarici siyasət yanaşmalarını formalaşdırarkən geopolitik faktorları nəzərə almamaq mümkün deyil. Təkcə ona görə ki, Rusiyanın potensial düşmənləri aktiv şəkildə geopolitikaya əsaslanırlar, öz ekspansiya planlarını buna uyğun qururlar,- məsələn, Avropada Şərqə doğru genişlənmə, Qafqazın destabilizasiyası və qoparılması, Orta Asiya ölkələrinin işğalı planlarında.
Növbəti dövr, milli təhlükəsizlik məsələsinə yanaşmanın yenidən formalaşması – Yeltsin reformaları dövrüdür. Sovet İttifaqının süqutundan sonra qalan ölkə artıq imperiya deyildi və heç bir ekspansiyaya iddia etmirdi. Lakin Yeltsin hakimiyyəti üçün geopolitikanı ölkənin xarici siyasət və milli təhlükəsizlik konsepsiyasının əsası kimi rəsmi elan etmək o demək olardı ki, Rusiyanın o vaxtkı geopolitik maraqlarına (tez bir zamanda Qərbə təslim olmaq və suveren mövcudluğa son vermək) zidd olan fəaliyyətə imza atsın. Əgər Rusiya Qərbin içinə girməyə can atırsa, Qərblə birlikdə xoşbəxt gələcəyi kapitalizmdə görürsə, burda hansı geopolitikadan, hansı “quru” və “dəniz” qarşıdurmasından, hansı Şərq və Qərb sivilizasiyalarından söhbət gedə bilər? Lakin alınmadı. Qərb bizi qucaqlamaq əvəzinə qaşlarını çataraq nifrətli baxışlarla NATO-nu sərhədlərimizə doğru itələməyə başladı.
Rusiyanın milli təhlükəsizliyi üçün ən böyük təhlükə, o vaxktı Qərbyönümlü liberal elitanın fikrincə, elə Rusiyanın öz içində idi. Bununla bağlı Yeltsinin imzaladığı Milli Təhlükəsizlik Konsepsiyasında deyilirdi: “Rusiya Federasiyasının milli təhlükəsizliyinə qarşı olan təhlükələrin qarşının alınmasında və aradan qaldırılmasında prioritet Daxili İşlər Nazriliyinə, Federal Təhlükəsizlik Xidmətinə, Mülki Müdafiə və Fövqəladə Hallar Üzrə Nazirliyə verilir”. Yəni, milli təhlükəsizlik məsələləri Daxili İşlər Nazirliyinə tapşırılmışdı. NATO və ABŞ-a aid olan məsələlərlə bağlı isə belə deyilirdi: “Rusiya Federasiyası ABŞ və Avropa Birliyi ilə qarşılıqlı faydaya əsaslanan əməkdaşlığa can ataraq konstruktiv partnyorluğu inkişaf etdirəcəkdir”. Belə konstruktiv partnyorluq əməli fəaliyyətdə özünü hər yerdə və hər şeydə Qərblə kor-koranə razılaşmaq, dünyadakı bütün strateji plasdarmlarımızı düşmənə təslim etmək, postsovet məkanına nəzarəti itirmək və s. kimi məsələlərdə göstərirdi. Bununla belə Qərb çox “konstruktiv” şəkildə bizim çıxdığımız geopolitik məkanları tutur, bütün istiqamətlərdə çəkinmədən “geopolitik ekspansiya” həyata keçirirdi. 
Putin hakimiyyətə gələndən sonra ölkənin yeni rəhbərliyi dövlət təhlükəsizliyinə yeni formada yanaşdı və nizam-intizamın iqnor edilməsinin ağır nəticələri ilə qarşılaşmalı oldu. Hansı ki bu nizam-intizam ilə qarşı tərəfdəki geopolitik düşərgənin bütün ölkələri hələ “soyuq müharibə” dövründən silahlanmışdılar. Rusiyanın yeni prezidenti tərəfindən yenidən işlənən milli təhlükəsizlik konsepsiyasına diqqət yetirsək, Rusiya rəhbərliyinin xarici siyasətdə son zamanlar “Qərb partnyorlarını” qıcıqlandıran, Rusiyanı açıq-aşkar hədələmələrinə səbəb olan addımlarına başqa cür baxmaq olar.
İndiki, Putinin hələ prezidentliyinin ilk illərində imzaladığı milli təhlükəsizlik konsepsiyasında Rusiyanın milli təhlükəsizliyini hədələyən faktorlar arasında qeyd edilir:
–Bəzi dövlətlərin və dövlətlərarası birliklərin beynəlxalq təhlükəsizlik təminatının mövcud mexanizmlərinin rolunu aşağılamaq cəhdləri, ilk növbədə BMT və ATƏT kimi təşkilatların;
–Rusiyanın dünyadakı siyasi, iqtisadi və hərbi təsirinin zəiflədilməsi təhlükəsi;
–Hərbi-siyasi blokların və ittifaqların möhkəmlənməsi, ilk növbədə NATO-nun Şərqə doğru genişlənməsi, Rusiya sərhədlərinin yaxınlığında xarici ölkələrin hərbi bazalarının və kontingentlərinin yerləşdirilməsi və s.
Stalin Rusiyasından sonra ilk dəfə bizim ehtimal edilən rəqiblərimizin adları açıq-aşkar çəkildi. Putin yeni konsepsiyanı qəbul etməklə bərabər bəyan etdi: “Rusiya özünü həmişə Avro-Asiya ölkəsi kimi hiss edib”. Bu, Rusiyanın dünyada baş verən geopolitik proseslərdəki istiqamətinin bircə saat içində dəyişməsinə səbəb olan tarixi, möhtəşəm bir bəyanat idi. Bundan sonra aydınlaşdı ki, biz Rusiyanın atlantizmdən avrasiyaçılığa doğru tam dönüşünün şahidi oluruq. Dövlətimizin mərhələli şəkildə Avrasiya inteqrasiyası məntiqinə keçməsinin şahidi oluruq. Dövlət əhəmiyyətli məsələlərin həlli zamanı qəbul edilən qərarlarda geopolitik yanaşmaların əlamətləri açıq-aşkar özünü göstərir. Rusiya tarixində ilk dəfə olaraq geopolitika açıq-aydın şəkildə elə bir qaçılmaz əməliyyat sistemi kimi qəbul edilmişdir ki, müasir xarici siyasət reallıqlarında ona müraciət etməmək ağılsızlıq, bəzi hallarda isə hətta cinayət hesab olunur.
Məhz Rusiyanın inkişafın avrasiyaçı yoluna qədəm qoymasından sonra dövlət elitası son yüzilliyin siyasi tarixinə yeni baxış nümayiş etdirməli, buraxılan səhvləri, düzgün aparılmayan hesablamaları araşdırmalı oldu, dərk etdi ki, bir daha “geopolitik yolazmaya” haqqımız yoxdur. Yaranmış situasiya o qədər dərinləşmişdi ki, artıq geopolitikanı iqnor etmək, hər dəfə iflasa uğramış bu və ya digər strateji modellərlə yola vermək olmazdı. Bundan sonra dövlətimizin milli təhlükəsizliyinə cavabdeh olan bütün şəxslər geopolitikaya sədaqət andı içməlidirlər.
Artıq bizim böyük məkanımızın avrasiyaçı orientasiyası geopolitik aksiomaya çevrilmişdir ki, Rusiyanın inkişafının gələcək kursunn müəyyənləşməsində və yekdilliyində heç bir şübhə doğurmur.
Bu gün dövlətimizin rəhbərliyi avrasiyaçılığın dünyagörüş kimi qələbəsi üçün dəmir iradə nümayiş etdirir. Bu dəmir iradənin fonunda biz də həmin qələbənin təmin edilməsinin iştirakçısıyıq. Rusiya və Avrasiyanın əzəməti və çiçəklənməsi naminə bizə yalnız onu dəstəkləmək qalır. Belə ki Avrasiya - hər şeydən üstündür!


Müəllif: Valeri Korovin















Tərcümə: Cəmil Şirvanov
шаблоны для dle 11.2
23-05-2021 02:06 Baxılıb: 1290    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}