HAROP-un səsi vicdanın səsini kəsib

Razi Nurullayev deputat seçilməzdən əvvəl və hələ prezidentliyə namizəd olan vaxtlar bir gün sinaqoqa, bir gün kilsəyə, bir gün də məscidə gedib ibadət və dualar edirdi.
Yəqin özlüyündə fikirləşirdi ki, görüm hansı din mənə daha kömək olacaq, ya hər dinin daşıyıcısından özünə fanat toplamaq istəyirdi, dəqiq bilmirəm.
Amma görünən odur ki, sinaqoq daha çox dərdinə dəyib, və bunun vəzifə tutmasına yol açıb.
İndi də gəlib deyir mən İsrailin tərəfindəyəm.
Bu zatən ciddi biri deyil ki, sözləri də adamda qıcıq yarada, nə olsun ki deputatdı. Onsuz da Milli Məclis kinoteatra bənzəyir, hərə bir rola girib başını qatır.
Əsas məsələ ondadır ki, bu Razi kimi düşünən minlərlə ziyalı, müəllim, məmur, fəhlə var ölkəmizdə.
Dünyanın 4 bir yanından- istər müsəlman, istər xristian, ABŞ, Avropa və hətta yəhudilərin öz içlərindən belə İsrail rejiminə  etirazlar baş qaldırdı və Fələstin dəstəkləndi. Çünki hətta donuz yeyən, şərabxor xaçpərəstlər, heykələ, inəyə sitayiş edən buddistlər belə bu zülmü həzm edə bilmədilər.
Yaxşı, bəs bizim ölkəmizdə özünü müsəlman sayan ünsürlərə nə oldu?
Nədir bunları kor və kar edən? Nədir bunların qəlbini möhürlədən?
Bir tək ədalətli olan bizmi olduq, bu boyda bəşərdə bir tək ağıllılar bizim ölkədənmi çıxdı görəsən?!
Guya bunlar milli mövqedən çıxış edib vətən düşünən olublar, hər şeyə siyasi baxıb zalımı dəstəkləyirlər. Pah! Onların bu cür  siyasəti iblisin planıdır- kor olublar görmürlər, kar olublar eşitmirlər.
Guya Harop olmasaydı biz müharibəni udmayacaqdıq? Niyə bu cür gülünc və yaltaqlıq səviyyəsinə enirlər?
Bilin ki, kim hansı qövmə meyl etsə, o da onlardandı. Ona görə də Firon ordusunun dəniz sularına qərq olduğunu unutmayın.
Üzünüz qara olsun, dünya xalqları içində millətimizi biabır etdiniz.
Ar olsun zülm əhlinə dəstək verənlərə!


Sadiq Əkbər
шаблоны для dle 11.2
21-05-2021 21:54 Baxılıb: 1060    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}