Ondan bizə nə, bundan bizə nə

Anasının əmcəyini kəsən terroristlərlə bir ömür mübarizə aparan adamın şəklini paylaşırsan, deyir: "Ölüb-ölüb də farsdan bizə nə!" 
İsrail zülmünə məruz qalmış fələstinli körpənin şəklini paylaşırsan, deyir: "Fələstində ermənilərə aid küçə var, yaxşı edib qırırlar!"
Ay filankəs, əvvəla səni aldadıblar, Fələstində belə bir küçə yoxdur.
İkincisi də İstanbulda da erməni Hrant Dink adına küçə var,- neynəyək, Türkiyədəki müsəlman qardaşlarımızı söyüb-təhqir edək?
Yəməndə bombalanan məzlum xalqı paylaşırsan, deyir: "Biz türkük ərəbin problemindən bizə nə?!"
Sonra da bütün dünyadan Xocalıya ədalət istəyirsən.
Ay bədbəxt, sənin məntiqinlə onda Xocalıda olan qətliamdan rusa, ingilisə, farsa, fransıza, almana nə?
Hələ də anlaya bilməmisiniz ki, şəhidlik millətlə, irqlə ölçülən bir dəyər deyil?
İnsan olmaq bu qədər çətin olmamalıdır məncə.
Sizə nə olub axı?
Özünüzə qayıdın, arada insan olduğunuzu yadınıza salın.

Müşfiq Heybətov
шаблоны для dle 11.2
17-05-2021 07:45 Baxılıb: 1590    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}