Etibar Məmmədov cinayət məsuliyyətinə cəlb olunmalıdır

Nihad Seyidov

Etibar Məmmədov yeganə fiqurdur ki, daim çulunu sudan quru çıxara bilib.
Bu ləyaqətsiz vaxtilə regional separatizmə xidmət edənlərin istinad divarı olub.
20 yanvar 1990-cı il hadisələrində camaatı barrikadalara çağıraraq qırğına verənlərin lap başında dururdu.
1992-ci il may çevrilişində də üzdə olmasa da dolayısı ile çevrilişə dəstək verənlərdən biri bu olub.
Və nəhayət, iyun 1993-cü ildəki qiyama birbaşa dəstək verib.
Bu "adam" daima su bulandırıb və çulunu sudan quru çıxara bilib.
Mən kiçik bir xatırlatma edim.
Bu simasız Surət Hüseynovla birbaşa əlaqədar fiqur olub. Bunun AMİP-dəki müavini olan Şadman Hüseynov Surətin yaxın adamı və yerlisi idi.
Fakt: 1992-ci ilin 6 noyabr tarixində Elçibəyin rəhbərliyi ilə o vaxtkı hökumətin Mərdəkanda keçirilən iclasında Surət Hüseynov təkidlə Etibar Məmmədovun baş nazir təyin edilməsini Elçibəydən xahiş etmişdi.
Sözsüz ki, Şadmanın posrednikliyi ilə.
Etibar Məmmədov Gəncə regional separatizminə çətir olmuş birisi olub. Bu faktdır!
Hələ 1993-ün may ayında Gəncədə camaatı yalandan panikaya salan Şadman Hüseynov, camaata deyirdi ki: Bakı üstümüzə qoşun göndərir, hamı silaha sarılmalıdır.
İstinad: 1999-cu ildə ANS-də Mirşahinin təqdimatında "Ən yeni tarix" proqramının 1993-cü il iyun qiyamına həsr olunmuş buraxılışına baxın.
Qısa xatırlatma: "İsa bəy, sizin əliniz qana batıb, istefa verin" deyən... ünsürün Etibar Məmmədov olduğunu unutmamısınız yəqin. Bu o vaxt idi ki, Surət artıq Nəvahidə dayanmışdı.
Bu adamın heç bir sözünə inanmayın. Çünki bu riyakarın kim olduğunu dəqiq bilirik.
Hər il 20 yanvar hadisəsinin il dönümü ərəfəsində yazıram və yenə təkrarlayıram:
Baş prokurorluq Etibar Məmmədov haqqında araşdırmalar aparmalıdır. Bu vacibdir.
Bu "adam" yalnız Lefortovo ilə canını qurtara bilməz.
шаблоны для dle 11.2
25-03-2021 08:48 Baxılıb: 1380    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}