Oyaq amerikalı – Hüsnü Mahalli yazırQurulduğu dövrdə milyonlarla yerli qızıldərililəri məhv edən avropalı amerikalılar sonrakı illərdə başqa ölkələrə soxulmuş, vətəndaş müharibələri aparmış, dövlət çevrilişləri təşkil etmiş, milyonlarla insanı qətlə yetirmişlər. Amma nədənsə, dünyanın bir çox yerində nökər ruhlu və genetik problemləri olan bəziləri ABŞ-a olan sevgisindən əl çəkmədilər. Hamısı aciz və yazıqdırlar. Son nümunə Fransa prezidenti Makrondur. “Amerikalılar qazı bizə dörd qat baha satırlar. Bu, bizim dostluq münasibətlərimizə uyğun gəlmir”, - deyə o bildirib. Mədəni formada deyib ki, “atış” gəlirlər. Avropa ölkələrinə təzyiq edərək “Rusiya qazını almayacaqsınız” deyən, sonra da hər ehtimala qarşı “Şimal axını” boru kəmərini partladan ABŞ öz qazını istədiyi qiymətə bu ölkələrə soxuşdurmağa çalışır. “Demokratik, müasir və qabaqcıl” avropalıların əksəriyyəti ABŞ-a təslim olarkən, maraqlı münasibət Səudiyyə Ərəbistanından Məhəmməd Bin Salmandan gəldi.
Российская Федерация борется с сатанизмом и спасает человечествоЕвразийское Движение Азербайджана Затрагивая процессы, происходящие в эпоху глобализации, высказывая свое мнение о важной роли Российской Федерации в этот напряженный период, хочу отметить, что к происходящим процессам нужно подходить объективно. Хочу сообщить факты, уточнив тему по нескольким направлениям. При внимательном изучении всего этого становится очевидным, что внутренняя и внешняя политика РФ гуманистична и умеренна, не основанная на жестокости. Но пакеты санкций, которые являются частью жестокой политики, проводимой против Российской Федерации в эту эпоху глобализации, еще раз доказывают, что США и Европейский союз вместе с другими союзными государствами сохраняют свою гегемонию под предлогом несправедливой демократии - они открыто проводят политику диктатуры под предлогом справедливости и демократии. Информационная война на интернет-ресурсах иногда создает почву для дезинформации.
Elxan Şükürlü - CAVABSIZ CAVABİran kəşfiyyatıyla əlaqəli iş adamlarıyla böyük biznes ortaqlığına malik məşhur azərbaycanlı oliqarxın “çirkli para”sıyla bünövrəsi qoyulan və hazırda da ölkəmizin informasiya-təbliğat siyasətində önəmli yer tutan media-holdinqlərimizdən birində məni sevə-sevə, sığallaya-sığallaya SEPAH-a bağlamağa çalışan, nəsihətlərlə dopdolu geniş bir material yayılıb. Təşəbbüsün media-holdinqin rəhbərindən və onu yayan saytın baş redaktorundan gəldiyinə qətiyyən inanmıram. Çünki hər ikisiylə çox normal münasibətlərim, hətta bölüşüləcək ortaq keçmişimiz var: ən azından, bir-birimizi çox yaxşı, dərindən tanıyırıq! Zəng vurub nəyisə dərhal dəqiqləşdirə biləcəkləri halda, manşetdən uzun-uzadı nəsihət-məktub yaymağa nə ehtiyac vardı?! Heç indiyədək hansısa fikrimlə razılaşmadıqlarına eyham belə etməyiblər. Əksinə, tez-tez də şərhlərimi verirlər, sağ olsunlar… Adlarını çəkmirəm, lakin biləsiniz ki, hər ikisi çox istedadlı yazar, tanınmış qələm ustaları, öz qabiliyyətləriylə özlərinə yol açmış şəxslərdir. Ehtiyac ucbatından xislətcə oğru və əyyaş, heç bir mənəvi ölçüsü olmayan bəzi para sahiblərinin qurduğu mediada çalışmağa məcbur qalıblar.
Заявления о “зверствах” российской армии в Украине являются составной частью информационной войныЕвразийское Движение Азербайджана Основной линией российского политического и военного руководства в Украине является максимальное сокращение потерь среди гражданского населения и недопущение разрушения гражданских объектов. И вообще насилие в отношении гражданского населения чуждо Российской / Советской Армии. Даже после вторжения на территорию фашистской Германии в 1944-45 гг. тех ужасных злодеяний, которые фашисты совершили в СССР, Красной Армии было дано специальное указание не мстить мирному населению. И этот приказ строго соблюдался. А вот армии США и других стран НАТО славятся страшной бойней. Достаточно вспомнить Хиросиму и Нагасаки, где США с помощью ядерного оружия уничтожили сотни тысяч японцев- опустошили мирные города. Кровавый след простирается для американцев и за пределы его страны: Корея, Вьетнам, Югославия, Ирак, Сирия, Ливия - это лишь некоторые из тех стран, где американцы виновны в массовых убийствах.
Rusiya ilə imzalanmış Müttəfiqlik bəyannaməsinin əhəmiyyətiAzərbaycan və Rusiya arasında keçən ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik münasibətləri barədə bəyannamə hüquqi səciyyə daşısa da, o bəyannamə olduğundan parlamentlər tərəfindən təsdiqinə ehtiyac yoxdur. Belə ki dövlətlər arası müqavilələrdən fərqli olaraq bəyannamələrin təsdiqi məcburi deyil, bəyannaməyə imza atmış tərəflər gələcək niyyət və istəkləri ilə bağlı məsələləri bəyan etmiş olurlar. Bununla belə bəyannamə Rusiya ilə münasibətlərimizdə postmüharibə dövrünün yaratdığı reallıqlarla bağlı əməkdaşlığın konturlarının çəkilməsi, müttəfiqlik münasibətlərinin mahiyyət və təsnifatına aydınlıq gətirilməsi baxımından ciddi siyasi və diplomatik səciyyə təşkil edən bir sənəddir.
Qərb sivilizasiyasının qlobal layihəsi baş tutmadıPentaqon Amerika qoşunlarının Əfqanıstandan çıxarılmasının başa çatdığını elan etdi. Qarşıda duran əsas sual budur: Bundan sonra necə olacaq və Rusiya nə etməlidir? Və buada vacib olan odur ki, SSRİ-nin Əfqanıstan kampaniyası zamanı buraxdığımız səhvlərdən buraxmayaq, heç olmasa o zaman buraxdığımız səhvləri təkrarlamayaq. Əlbəttə ki hamını həyati vacib məsələlər maraqlandırır. Məsələn, Özbəkistan Əfqanıstan sərhədində, Termezdə xeyli sayda əfqan qaçqınlar toplaşıb. Onların sayı artdıqca problemlər də artacaq. Əfqanıstandan Orta Asiyaya nəzarət edilməyən miqrant kütləsinin axını bu regionda olan nisbi stabilliyi pozacaq ki, bu bizim cənubdakı həmsərhədd ölkələrimizə, hətta Rusiyanın özünə də təsir edəcək. Orta Asiyanın indiki şəkildə bizim imperiyanın tərkibində ruslar tərəfindən qurulmasını nəzərə almaq lazımdır.
Sovet vaxtı biz rusu yox, rus bizi dolandırırdıSSRİ təzə-təzə dağılmağa başlayanda respublikalarda meydana atılan all-güllü siyasətçilər xalqı inandırmağa çalışırdılar ki, bəs guya bizim respublika Rusiyanı və digər respublikaları yemləyir, ayrılıb müstəqil olsaq öz payımız artıqlaması ilə özümüzə çatar, şah kimi yaşayarıq. “Rusları qovaq, asfaltımızı 5 sant qızıldan edəcəyik” deyən liberallar məsələləri birtərəfli işıqlandırmaqla xalqı öz tərəflərinə çəkmək və rusa qarşı kökləmək istəyirdilər. Kişilər istədiklərinə nail oldular. İndi belələri yağ-bal içində yaşasalar da, xalq bir tikə çörəyə möhtac olub. Belələri Azərbaycanın Rusiyaya göndərdiyi neftin hesabını apararaq məhz bu rəqəmləri gözümüzə soxurdular, di gəl ki Rusiyanın ölkəmizə göndərdiyi, özü də havayı göndərdiyi məhsullar barədə danışmırdılar. Dediyimiz kimi, bacarıqlı çıxdılar - istədiklərinə nail oldular: xalq aldanıb onların tələsinə düşdü.
Yəhudi bunların zatını söyür, təqsirkar Rusla İrandı, Türk buları loxlayır, təqsirkar yenə Rusla İrandı!Bəzilərinə maraqsız gəlsə də bu ölkədə yaşayırıq, və bu günümüzün olayları ilə də tanış olmalıyıq. Gördünüz ki, Bəxtiyar Vahabzadənin oğlu İsfəndiyar Vahabzadə Rusiya Dumasının deputatı, yəhudi əsilli Jirinovskinin ölkəmiz haqqında dediyi nalayiq sözlərə cavab vermək fikrinə düşdü. Bir haşiyə çıxmaq istəyirəm. Vaxtı ikən atası, Sovet şairi Bəxtiyar Vahabzadə Lenini, Sovet İttifaqının gözəlliklərini tərənnüm edən şeirlər yazıb kalan qonorarlar alirdi. Sonra kişi müstəqillik illərində türkçülüyü, müstəqilliyi mədh etməyə başladı. Heydər Əliyev hakimiyyətə gəlməmişdən onu Milli Məclisdə bərk tənqid atəşinə tuturdu. Sonra Heydər hakimiyyətə gələn kimi naxadu başladı onu mədh etməyə! Bunları yazmaqda məqsədim sizə otun kökü üstündə bitdiyini sübut etmək deyil. Bu çoxdan sübut olunub.
Sürü psixologiyası hardan formalaşıb?Stoa fəlsəfəsində ən əsas üç hissə götürülmüşdür: Məntiq, fizika və etika. Azərbaycanda sosial şəbəkələrdə cahil kütlənin yazdığı savadsız cümlələr tamamilə bu üç hissədən kənardır! Əsas da məntiq və etika. Facebookda o qədər saxta və fuflo xəbər portalları var ki insanların beyinlərini tamamilə yuyublar. Misal üçün, mən saxta bir video və ya şəkil paylaşım, yazım ki filan ölkədən filan ölkəyə qanunsuz silah daşınır və ya şəkilin üstündə də montaj edib cümlə yazım ki filan lider filan lideri müharibə ilə hədələdi. Və avam kütlə də araşdırmadan buna inanacaq, siyasi və analitik savadı olmayanlar gülməli utopik sözlər yazacaq, əxlaqsızlar da qeyri-etik küçə sözləri döşəyəcək. İnkişaf etmiş və etməkdə olan ölkələrdə cəmiyyət o qədər elmi və mədəni sivilizasiyada inkişaf edib ki belə yalan informasiyalara inanmırlar.
90-cı illərdən türk liseylərində yetişənlər özlərinə nə qədər əl qatsalar da xalq bu ayın hörmətini saxlayacaqXalq bu məktəbi bugünə qədər də hər cür məğlub olmağa məhkum cərəyanlara qurban verməyəcək Xalq bu ayın hörmətini 1000 ildən çoxdur saxlayır. İstər ən intellektli ziyalılar səviyyəsində, istərsə də avam camaat səviyyəsində. Hamılıqla! Sübutu da elə bugünlərdə bəzilərinin dincliyinə haram qatan şadlıq mərasimlərinin olmaması, küçələrdə, evlərdə verilən ehsanlar, 1000 illərdir övladlarına qoyduğu adlar, yazılan əsərlər və s. Müharibə vaxtı da şəhadət eşqiylə ölümün üstünə getdi bu xalq! Prezident çıxışlarında davamız haqq davasıdır, məscidlərimiz azad olmalıdır, onun içində donuz saxlayan özü donuzdur təsadüfən demirdi.
Bu xalq Əhli-beyti 1400 ildir sevirSəhifələr də bu il üçün (2021) uşaqlara ən çox qoyulan adlar siyahısı paylaşılır. Oğlanlardan Əli, qızlardan isə Zəhra, ardınca da Zeynəb adı ən çox qoyulan adlardır. Ümumiyyətlə illərdir ölkədə bu adlarla yanaşı Hüseyn, Yusif, Fatimə, Məhəmməd kimi adlar lider adlar içində gedirlər. Qəribə olan isə ora yazılan bəzi gülünc rəylərdi. Bəzisi yazıb ki, biz Türk adları qoymalıyıq, digəri yazıb Ərəbdən bizə nə, biri yazıb ki bəyəm ərəblər bizim adımızı qoyur? Və sair bu cür sicilləmələr. Bunlar başa düşmür ki, birincisi hər kəs hansı adı qoyur özü bilər. Seçim onundur. İkincisi türksən buyur istədiyin adı qoy. Mete, Beyrək, Qazan, Banuçiçək və s. Kimsə nəsə demir sənə. Əli, Hüseyn, Zəhra, Fatimə kimi adlar artıq dini məna daşıyan bir ad olub.
Niyə bu səviyyəyə endik?Azərbaycanın sosial şəbəkələrində Türkiyənin Ərdoğanın reklamı 90-lardakı bomblibom saqqızının reklamını ötüb keçib. Zapasnoy variant kimi isə Pakistan gözləmə mövqeyindədir. Sovet təhsil sistemini çökdürüb məhv edəndən sonra beyinlərə nə çubuğ desən soxdular. Hər sahə bu gündədir. Kərim Kərimov səviyyəsindən kompüter oyunları səviyyəsinə, diktor rəhmətlik Rafiq müəllim səviyyəsindən Xoşqədəm səviyyəsinə enməyimiz sizi təəccübləndirmir? Niyə bu günə qaldığımızı düşünmùrsüz? Evlərinizdəki valideynləriniz hələ o dərəcədə qocalmamalidirlar ki, sizə bunları xatırlatmasın. Onlarla söhbət edirsiz heç? Yoxsa onlara da "Sən bilməzsən, sən hardan biləsən, rusun nökəri, İranın aftafasi" deyə müraciət edirsiz? Hərdən qulaq asın ata-ananıza.
Rusiyanın Qarabağ məsələsini təkbaşına həll eləməsi NATO-ya ləzzət eləmədiTaliban başçıları bir neçə ay əvvəl Rusiyaya səfərdə söz verdilər ki taliblər bir addım belə Orta Asiya ölkələrinin sərhədinə girməyəcək. Hətda taliblər belə başa düşurlər ki, bu ərazilərdə söz sahibi kimdi. Bizim prezident isə "Rusiyanın Ermənistana verdiyi silahların bir hissəsi qənimətlər parkındadı" deməklə Rusiyaya ciddi mesaj verir. Yaxşı bəs Azərbaycan ordusunun silahları, avtomatları, topları, raketləri, tankları, vertolyotları, təyyarələri, yuk maşınlarından tütmuş hərbi tibbi maşınlarına qədər hansı ölkənin istehsalıdı, Rusiyanın deyilmi? NATO-ya ləzzət eləmədi Rusiyanın Qarabağ məsələsini təkbaşına həll eləməsi. Ona görə iki NATO ölkəsi biri erməniləri qızışdırır, biri də Azərbaycanı?! Ukrayna ilə də belə etdilər.
Tramp yenidən seçilərsəABŞ-da növbəti prezident seçkilərində respublikaçılardan Donald Tramp və Mike Pompeo öz namizədliklərini irəli sürəcəklər. Əsas məqam budur ki, ABŞ əhalisinin əksəriyyəti Donald Trampı dəstəkləyir və Trampın növbəti seçkilərdə qələbə qazanması real görünür. Donald Tramp demokratların seçiklərdə korrupsiya və saxtalaşdırmaqla səsverməni Baydenin xeyrinə dəyişdiklərini hər gün açıqlayır və əlində buna aid sənədlərin, faktların olduğunu deyir. Tramp ABŞ tarixində çevriliş etmək istəyən ilk prezident oldu və tərəfdarları Ağ Evin rəmzi olan Kapitoliyaya hücum etdi. Donal Tramp Çin və İrana qarşı ən sərt politikası ilə tanınır. Tramp növbəti dəfə ABŞ prezidenti olarsa çox güman ki, ABŞ-ı NATO-dan çıxardacaq. Rusiya ilə stupkalar ola bilər. Trampın ən böyük xəyalı Latın Amerikası ölkələrini tam nəzarətdə saxlamaqdır. Məqsəd Venesuella kimi 300 milyard barrel nefti olan bir ölkəni ələ keçirməkdir.
"Həpçi" İsfəndiyardan tək səbirXalq şairi Bəxtiyar Vahabzadənin oğlu, Azərbaycanın İsveçrədə, Belarusda, Pakistanda və Moldovada fövqəladə və səlahiyyətli səfiri olmuş İsfəndiyar Vahabzadə Rusiya ilə bağlı isterik, təhqiramiz, eyni zamanda populist çıxış edib. 67 yaşlı şair oğlu, diplomat Vahabzadənin xal toplamağa hesablandığı ehtimal olunan “əsəbi” nitqi sosial şəbəkələrin Rusiya seqmentində, Rusiya mediasında geniş müzakirə olunur. 1976-cı ildən 2017-ci ilə qədər müxtəlif yüksək fəzifələrdə çalışmış, qeyd olunduğu kimi, dörd ölkədə səfir işləmiş Vahabzadəyə cavab verənlərdən biri Rusiyanın tanınmış teleaparıcısı, Azərbaycana o qədər də xoş münasibəti ilə tanınmayan Vladimir Solovyovdur. Solovyov Vahabzadəyə həsr etdiyi məqalədə onun öz diplomatik karyerasını atası sayəsində qurduğunu yazıb. İsfəndiyar Pakistanda diplomatik xidmətdə olarkən sərxoş halda qalmaqal törədib.
İsfəndir Vahabzadə kimi adamlara el arasında “mutilşik” deyirlərAzadlıqdır, azadlıq. Bu gün davası Kürdün. Əlçatmaz dağlar olmuş, Doğulandan bu yerdə, Yurdu-yuvası Kürdün. Kürd dağlara çəkilmiş Onun azadlığına Xətər dəyməsin deyə. Kürd dağlara çəkilməz, Dağlar kimi başını Heç vaxt əyməsin deyə. Əyməkmi istəyirsən Sən o vüqarlı başı? Yox-yox! Bu mümkün deyil!
YUNİS SƏFƏROVDAN MİN İL ÖNCƏAzərbaycan, Gəncə "fədai, dəfai" təşkilatınnın tarixi Yunis Səfərovdan xeyli əvvəl, min il öncədən başlayır. Yunis sadəcə bu qədim müqaviməti yalnız müasirləşdirib, biləsiz. Hələ 13-cü əsrin əvvəlində, yenə Gəncədə oxşar qanlı qətl hadisəsi baş vermişdi. O vaxt da Gəncənin bir başqa Elmarı, bir başqa əzazil icra başçısı varmış. Xarəzmşahlar Gəncəni alarkən bu zalimi Gəncəyə bir növ icra başçısı təyin edirlər. O da Elmar kimi, halalı harama qatır, əhalini çalıb-çapır. Ancaq şəhərdəki fədailər, difailər bir gün günün günorta vaxtı, hamının gözü qarşısında bu Elmarı... üzr istəyirəm Ur xanı, cəhənnəmə vasil edirlər. Vəzir Şərəf əl Mülk isə canını güclə labüd ölümdən qurtarır. Tarixçi Şihabəddin ən-Nəsəvi öz kitabında bunu belə təsvir edib.
İrana qarşı böhtan kampaniyası barədəQarabağa keçən İran seriyalı hər bir TIR-a İran istəsə də yiyə dura bilməz. Əksini düşününin vallahi-billahi nə ticarətdən, nə siyasətdən, nə ordakı şəraitdən, nə də “hüquqdan” qandığı qrafa yoxdur, ya da qəsdən fitnə yaradır. TIR-lar birbaşa İran ərazisindən Qarabağa keçsəydi, başqa məsələ. Birbaşa məsuliyyət İranın üzərinə düşərdi. Çünki sərhəddə iranlılar durur. Amma Ermənistan ərazisinə keçən hər hansı bir şirkətin maşınına İran istəsə də kontrol edə bilməz. O şirkət istəsə o maşını hara istəsə sürdürə bilər - əlbəttə ki Ermənistanın köməkliyi ilə. Sabah Qarabağa yox e, həmin TIR-lar çox rahat şəkildə Abxaziyaya da, Osetiyaya da gedə bilərlər. Gürcülər nə edə bilər ki? Bir şey ki oranın kontrolu onlarda deyil. Hələ bir nüans da var, nəzərə alın. İranda yüz minlərlə erməni yaşayır. Özüd ə hərtərəfli imkanları da yaxşıdır. İsfəndiyar Vahabzadə kimi agentlər 1 nömrəli pravakatorlardırƏvvəla ağıllı insanlar it kimi bir-birinə hürümürlər. Ağıllı insanlar sakitcə öz məqsədinə çatmaq üçün çalışırlar. Əgər hürürlərsə, deməli onları hürdürən var. Bunu azca təfəkkürü olan hər birimiz bilirik ki, əgər kimsə açıq-aşkar millətçilik edirsə, deməli həmin adam pravakatordur. Hay-küylə milliliyimizi qoruya bilmərik, milliliyi içimizdə bəsləyib işimizi görməliyik. Bunu da hamı bilir ki, dünya terrorunun yaradıcısı Amerika dövləti Zbiqnev Bzejinski kimi bəşəri düşmənlərin ssenarisi əsasında milli qırğınlar salıb Sovet lttifaqını dağıtdılar. Bu hadisələr başlanğıc idi. Sonrakı planları keçmiş postsovet ölkələri arasında düşmənçilik toxumu səpmək, parçala hökm sür taktikası ilə hər birimizi öz vassalına çevirmək idi. Birdəfəlik başa düşməliyik ki, kimsə qonşu dövlətə qarşı açıq-aşkar düşmənçilik siyasəti aparırsa, xarici agentdir.
Vasif Seyfullayev - Kaş ki...Dünyanın başına dolanmaq üçün. Gizli qapıları aça biləydim Tanrının qəlbinə boylanmaq üçün. Kaş sual verəydim, bir söz soraydım Diz çöküb Tanrının qarşısında mən. "Bəşər övladını niyə yaratdın, İblisə, şeytana sığınmaq uçün? Kaş yara biləydim köksünü onun Bütün "kaş ki"ləri açıb tökməkçün. Dərdin çatdırardım minin, milyonun, Haqqın nizamına əncam çəkməkçün. Bilirsiz nə qədər "kaş ki"lər vardır? Yetər əbədiyyətə yol çəkmək üçün. "Kaş ki"lər qarşımda hündür hasardır, Daha gücüm də yox onu keçməkçün.
ABŞ, Böyük Britaniya və İsrail İrana hücum etmək üçün "11 sentyabr" ssenarisi hazırlayırlarİran və İsrail artıq bir neçə müddətdir bir-birilərinə aid yük gəmilərinə hücumlar təşkil edirlər. Trampın İranın neft satışına qadağa qoyması dövründən başlayan hücumlar zamanı İranın 12 neft daşıyan gəmisi hücuma məruz qalıb və qeyri-rəsmi məlumatlara görə bu hücumlar İrana 1 milyard ABŞ dolları dəyərində zərər vurmuşdur. İran da cavab olaraq İsrailə məxsus olan yük gəmilərinə hücumlar təşkil edir. Əlbəttə bu qeyri-əyani müharibə təkcə gəmilərə hücumlardan ibarət deyil. İranda nüvə proqramı sahəsində işləyən nüvə alimlərinin İsrail tərəfindən terror edilərək qətlə yetirilməsi və İranın cavab olaraq İraqın Ərbil şəhərində İsrail xüsusi xidmət orqanlarına məxsus bazaları raketlərlə vurması da qeyri-əyani müharibəyə aiddir. Bundan başqa iki ölkənin bir-birinin strateji obyektlərinə qarşı həyata keçirdiyi kiber-hücumlar neçə müddətdir davam edir.
Belə müstəqillik çoxmu bizə lazımdır?Azərbaycan televiziyasının ATV və Xəzər kanalları xəbər verir ki: "Benzin Aİ-98 daha 5 qəpik bahalaşaraq 1manat 60 qəpiyə satılır. Qiymətin bahalaşması idxal xərcləri ilə əlaqədardır. Belə ki əvvəllər Aİ-98 benzini Rumıniyadan idxal olunurdu, indi isə Gürcüstandan idxal olunur. Bu isə əlavə xərclər tələb edir". Görəsən bu mətni yazan, mətni oxuyan coğrafiyanı bilmir? Bilmir ki, Gürcüstan qulağımızın dibində, Rumıniya Avropanın göbəyində yerləşir? Yoxsa milləti dolayırlar? Həqiqətənmi 30 illik müstəqillik illərində biz Aİ-98 benzininin istehsalını təşkil edə bilmədik, amma öz nefti olmayan kasıb Gürcüstan istehsal edə bildi, hətta baha qiymətə bizə sata da bilir? Yoxsa bu da SOCAR-ın növbəti dələduzluğudur, pul maxinasiyalarının bir formasıdır? Uca Allahın bizə bəxş etdiyi dəniz hasarlanıb, sadə vətəndaşlar yox, yalnız seçilmişlər istifadə edə bilir. Qazımız xaricə bizdən iki-üç dəfə aşağı qiymətə satılır, özü də limitsiz. Neft və neft məhsulları bizdə neft istehsalı olan ölkələrdən ən baha qiymətə satılır. Müqayisə üçün deyim ki, benzin bizə nisbətən Qazaxıstanda 2, İranda 3, Türkmənistanda 4 dəfə ucuzdur. Belə müstəqillik çoxmu bizə lazımdır?
Azərbaycanın öz yolu varTürkiyə NATO ölkəsi olmaqla 90-cı illərin Çeçen müharibəsində Rusiyaya qarşı aparılan Çeçenstan şəbəkə müharibəsinin əsas oyunçularından biri olduğu üçün ABŞ çeçen separatçılarına Azərbaycandan kömək etmək işini Türkiyəyə tapşırmışdı. Rusiyanın başı isə öz daxili problemlərinə qarışmışdı. Ona görə də o illərdə Türkiyənin Azərbaycana “girişməsinə” mane olan amil olmadı. Beləliklə, Türkiyənin Azərbaycan üzərində xeyli təsir imkanlarına yarandı. Xüsusilə də media və təhsil sahəsində. Hal-azırda Azərbaycan Türkiyə üçün ucuz enerji mənbəyidir. Türkiyənin məqsədi Azərbaycanın resurslarından özünə sərfəli şərtlərlə istifadə edib Cənubi Qafqazda hərbi güc kimi peyda olmaq və möhkəmlənməkdir. *** Azərbaycan 1828-ci ildən Rusiya imperiyasının, daha sonra isə SSRİ-nin tərkibində olmuşdur. Eyni sistemin tərkibi olmuşuq.
МЕСТО ВАХХАБИТОВ – ПОД ЗЕМЛЁЙОчень важно разделять традиционный ислам, то есть ислам, который изначально исповедовался исламскими народами, и ту версию ислама, которая искусственно привнесена Западом. В частности ваххабизм, распространение которого было инициировано Англией в XVIII веке для того чтобы посеять смуту среди мусульманских народов. Этот экстремистский ислам, ваххабистский — искаженный, исковерканный, нетрадиционный — является геополитическим инструментарием Запада, используемым для воздействия на евразийский континент и традиционные народы, его населяющие. Здесь нельзя разделять геополитику и теологию. Безусловно, традиционные проповедники уступают по своим медийным возможностям, по своему информационному и политическому влиянию тем, кто искусственно, с помощью западной информационной машины насаждает экстремистский ислам народам.
Haqlı tərəf sizsinizÇox qəribə bir trend yaranıb. Statuslara baxırsan, əksəriyyət nə üçünsə ciddi-cəhdlə çalışır ki, başqa millətlərin türklərə düşmən olmadığını və pantürklərin düşmən hesab etdiyi dövlətlərin Türkiyənin bəd günündə tez köməyə çatdıqlarını sübut etsin. Bu ideoloji məğlubiyyətdir. Azərbaycanlılar ermənilərlə "mübarizədə" ermənilərin təyin etdiyi parametrlər əsasında çıxış etməyə məcbur olurdular. Son müharibədə ermənilərin döyüş meydanında böyük güclər tərəfindən "rasxoda verilməsi" olmasaydı, biz ideoloji mübarizədə həmişə ermənilərə məğlub vəziyyətdə idik. İndi isə Azərbaycanda sivil, çoxmillətli, hüquqi dövlətin yaradılmasına tərəfdar olanlar özləri də bilmədən pantürkizmin təyin etdiyi oyun qaydaları əsasında oynamağa çalışırlar. Bu çox üğursuz mübarizə metodudur və apriori məğlubiyyətə məhkumdur. Əgər uğurlu mübarizə aparmaq istəyirsinizsə, oyunun şərtlərini özünüz diqtə edin! Heç vaxt düşmənin ittihamları qarşısında bəraətə çalışmayın. Bununla düşmən sizi təyin etdiyi çərçivəyə salmış olur. Çalışın siz ittiham edəsiniz, çünki haqlı tərəf sizsiniz...
AXCP başda olmaqla Qərbin maraqlarına xidmət edən bir çox müxalifətçilər İran və Azərbaycan münasibətlərini korlamağa çalışırlarSon zamanlar Şeyx həzrətlərinin İran barədə dedikləri geniş sensassiyaya səbəb olub. Səbəb isə Allahşükür Paşazadənin İrana təşəkkür etməsi olub. İran bizim qonşu dövlətimizdir. İranla da əlaqələrimizi pozmaq istəyən təxribatçılar Şeyx həzrətlərinin çıxışının əvvəlini və sonunu kəsib özlərinə sərf edən formada yaymaqla özlərinə dividend qazanmaq istəyirlər. İran dünya tarixinin bir hissəsidir. İran da qədim Misir kimi böyük tarixi adət-ənənəyə malikdir. Ola bilsin Qərbin alətinə çevrilmiş medialar sizin də zehninizdə bu ölkəyə qarşı mənfi təsəvvür yaradıb. Amma həqiqətlər əslində göründüyü kimi deyil. İranla aramızda heç bir vaxt müharibə, konflikt olmayıb. Buna da əsas səbəb kimi xalqlarımızın birgə mehriban yaşaması və hər iki ərazinin bir dövlət kimi formalaşması olub.
Bunlarçün rusların çıxarılması on minlərlə insanımızın faciə yaşamasından, minlərlə şəhid verməyimizdən, yüz minlərlə insanımızın qaçqın düşməsindən daha vacib olub!Kəramət Böyükçölün Əli Kərimlidən götürdüyü müsahibəyə baxdım. Qarabağ məsələsində Əli Kərimlinin gətirdiyi arqumentlərə toxunmaq istəyirəm. Əli Kərimli deyir ki, əgər sonluq rus sülhməramlılarının Qarabağa girməsi ilə nəticələnəcəkdisə, elə Elçibəy də rus qoşunlarının Azərbaycanda qalmasına razılıq versəydi nə Kəlbəcər, nə də Dağlıq Qarabağ ətrafındakı digər rayonlar işğal altına düşməyəcəkdi (Bu o deməkdir ki, Kəlbəcərdən sonra işğal olunan digər rayonlar da həmin prosesin məntiqi davamı idi). Deməli, bunlarçün rusların Azərbaycandan çıxarılması, ermənilərin bizim torpaqları işğal edərək on minlərlə insanımıza faciələr yaşatmasından, Ağdam, Füzuli, Cəbrayıl kimi rayonların yağmalanaraq Yer üzündən silinməsindən, minlərlə şəhid verməyimizdən, yüz minlərlə insanımızın qaçqın düşməsindən daha vacib olub!
İRAN-TURAN. YENİ ƏFSANƏLƏRSon zamanlar mətbuatda İran-Turan ziddiytələri, Şah İsmayıl mirası, Şeyxül İslam Allahşükür Paşazədəyə qarşı mübahisələr güclənib. Mövzudan qıraqda qalmaq istəmirəm. Başlayaq Şah babamızdan. Yəni Şah İsmayıldan. Birinci. O, Türk dünyasını deyil, fars dünyasını parçalayıb, biləsiz. Şiə farsları farsdilli, üstəlik sünnü tacik, puştu, əfqan, bəluclardan, kürdlərdən ayırıb. Şah İsmayılın Əhli-beyt fəlsəfəsi əsasında Yaxın Şərqdə cızdığı sərhədlər indi də işləyir. Bölgənin geopolitik xəritəsini 500 il öncə necə o cızıbsa, xəritə, 500 il sonra da elə də qalacaq. Elə ideologiyası da. Bu ideologiyaya görə isə, İranla Turan qardaşdır. Düşmən deyillər. İkincisi, İran-Turan qarşıdurmasına ümüd edənlər deyəsən uduzacaqlar.
|