Keçmişini danan Aynur Camalqızının topdağıtmaz sərvəti və məmur NƏFSİ

Azərbaycan jurnalistikasının mövcud durumunun ürəkaçan olmamasının bir o qədər də uzağa getməyən tarixi köklərinə ensək, bu vəziyyətin nədən qaynaqlandığını açıq şəkildə görmüş olarıq.
Mətbuatda reklam bazarının ölməsi fonunda özünə yeni gəlir mənbəyi təşkil etmək istəyən media rəhbərləri fərqli yol tutaraq yüksək ranqlı məmurların “himayəsi” altına “girməyi” məqsədəuyğun hesab etdilər. Bununla da ölkədə “reket jurnalistikası” deyilən bir mediativ sima formlaşadı ki, bu sima sayəsində bəziləri əlində-ovcunda olanını itirdi, bəziləri isə durmadan yüksəldi.
Belə yüksəliş göstərən media başqanlarından biri də Teleqraf Media Qrupun rəhbəri Aynur Camalqızıdır. Keçmişin “qatı müxalifətçi”si olan Camalqızı 2005-ci ildə bütün müxalif düşüncələrindən imtina edərək yeni siyasi baxış “ortaya qoyur”. Bundan sonra bütün qapılar onun üzünə taybatay açılmaqla qalmır, həm də onu Milli Məclisə də “itələyir”. Ancaq siyasi əqidəsinə bir dəfə xəyanət etmiş xanım rəhbər onu yüksəklərə qaldıran şəxsə də (ümid edirəm ki, oxucular söhbətin hansı fövqəlşəxsdən getdiyini anlayar) arxa çevirərək daha böyük kürəklərə “sığınır”.
Kənardan ağıllı siyasi gediş kimi dəyərləndiriləcək bu addımların, əslində xəyanətdən başqa bir şey olmadığı aydındır. Müxalifətçiliyin daşını atıb himayədarlarına sığınan Camalqızının illər ərzində topladığı sərvəti isə Media Qrup rəhbərinin Azərbaycan reallığından tamamilə fərqlidir. Media hara, pul hara?!
Lakin Aynur Camalqızı üçün bu fikir keçərli deyil. Çünki xanım media rəhbərinin topdağıtmaz sərvəti var.
Bu, iddia deyil, həqiqətdir.
Aynur Camalqızına məxsus avtomobil 99 AA 816 dövlət qeydiyyat nişanlı son model Mercedes “S-Class”dır. Qiyməti isə yarım milyon manata yaxındır: Tam 225 min dollar!
Aynur Camalqızından heç də geri qalmayan, adı müxtəlif qalmaqallarda, hadisələrdə hallanan həyat yoldaşı İlqar Əliyev də 90 AA 816 dövlət qeydiyyat nişanlı Mercedes “GLS” sürür. Maşının qiyməti 145 min dollardır.
“Camalqızı imperiyası”nın kiçik hissəsi olan bu faktlar o sualı ortaya çıxarır: Bu çeşməyə su haradan gəlir?
Keçmişi xəyanətdən ibarət bir “imperatriça”nın sürətli yüksəlişi, media kapitanı olması, bahalı həyat tərzi, təbii ki, onun himayəçilərinin sifarişlərinin yerinə yetirilməsindən qazanılıb.
İngilis bayrağı misalı külək əsən istiqamətə çevrilən Camalqızı yeni siyasi reallıqda özünə yer tapa bilməyəcək.
Bunu ona görə əminliklə söyləyirik ki, Camalqızının hələ son qalmaqalında onun artıq dövləti təmsil edən, lakin məhz dövlət əleyhinə kampaniya yürüdən himayədarlarına lazım olmadığı gün üzünə çıxmışdı.
Nə baş vermişdi?
Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi ilə Ağdama səfər edən media işçiləri, konkret olaraq APA Media Qrupun rəhbəri Vüsalə Mahirqızı ilə Teleqraf Media Qrupun rəhbəri Aynur Camalqızı arasında mübahisə düşmüş, ikinci birincini təhqir edərək onun üstünə stəkan atmışdı.
Özü haqqında həqiqətlərin sifətinə deyilməsindən hiddətlənən Camalqızının “stəkan” macərası onu “yuxarıların” gözündən daha da saldı. Bəli, gerçək hər zaman acı olur.
Aynur Camalqızı son olaraq Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkil etdiyi müsabiqənin nəticələri ilə bağlı sosial şəbəkə hesabında, “Adını ilk dəfə eşitdiyin media qurumları ilə eyni siyahıda olmaq da bir ayrı bədbəxtlikdir! Hətta sözün bitdiyi yerdir! Kül SÖZÜN BAŞINA!!!” – deyə yazıb.
Hörmətli Aynur xanım, saytlara dəstək layihəsinə media qrup rəhbəri olaraq, yarım milyonluq maşın sürmənizə baxmayaraq, müraciət etmisinizsə, bax əsl sözün bitdiyi yer buradır! Siz adlarını ilk dəfə eşidirisiniz deyə nə edək? Teleqraf vuraq?!
Göründüyü kimi, Camalqızı xanım sərvətinə sərvət qatarkən dövlətin 3 min manatına da göz dikdiyini açıq-aydın şəkildə qeyd edir. Nə deyək, Allah gözünü doyursun!
Ancaq jurnalist xanımda məmur nəfsi olduğu üçün ona Dante Aligierinin “İlahi komediya”sını oxuyub bir nəticə çıxarmasını təmənne edirik.
Sözünün dalı da, qabağı da kəsirsə, ortada cəlladlıq etməyə ehtiyac yoxdur. O söz dönər-dolaşar gəlib yiyəsini də kəsər… /azerbaycanrealligi.com/
шаблоны для dle 11.2
08-07-2021 03:33 Baxılıb: 420    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}