O GƏLƏCƏK VƏ SAKİT HƏR ŞEYİ YOLUNA QOYACAQ – bu ruslar haqqındadır


Tanınmış rusiyalı politoloq və filosof, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, İzbor Klubunun üzvü Valeri Korovin ilə müsahibə

Bu müsahibə Azərbaycan KİV-lərindən birinin jurnalisti tərəfindən Qarabağın Ağdam rayonuna gedən yolda avtobusda 1 iyul 2018-ci ildə yazıya alınmışdır. “Moskva-Bakı oxu” beynəlxalq konfransının iştirakçıları olan ekspertlər heyəti Bakıdan tədbirin keçiriləcəyi yerə gedirdi. İsti gün idi, avtobusda konfrans iştirakçılarından və müşayiət edən şəxslərdən başqa müxtəlif nəşrlərin jurnalistləri vardı, hamı rahat əyləşmişdi və səfər iştirakçılarının şərh və müsahibələrini qeydə alırdılar. Bu müsahibənin verildiyi nəşrin adı yadımdan çıxıb, onun harda dərc olunduğunu izləmək əvvəl imkan olmadığına görə, sonra isə üstündən vaxt ötdüyünə görə alınmadı. Lakin müsahibənin tam səs yazısı qaldı və saytımızda dərc olunmuşdur. Ola bilsin nə vaxtsa müsahibənin müəllifi onu bu kitabda təsadüfən görər və tapılar və biz bu olayın ardı barədə məlumatlanarıq. Amma indi kitabımızı məhz həmin müsahibə ilə açmaq istəyirəm, çünki məhz burda ümumilikdə Rusiya-Azərbaycan münasibətlərinin əsas mövzularına, o cümlədən məxsusən Qarabağ ətrafında vəziyyətlə bağlı məsələlərin əsas spektrinə toxunulur. Qoy Rusiyanın, o cümlədən Azərbaycanın və Ermənistanın müxtəlif nəşrlərinə müxtəlif illərdə verilmiş, lakin eyni mövzuya həsr olunmuş müsahibələr toplusu olan kitabımızın başlanğıc nöqtəsi də elə bu müsahibə olsun.

—Ümumi sualdan başlayaq. Razısınızmı ki, Rusiya və Azərbaycan münasibətləri bu gün yeni keyfiyyətli pilləyə keçmişdir?
—Mənim nəzərimcə, şübhəsiz ki indiki mərhələ Rusiya və Azərbaycan qarşılıqlı münasibətlərinin bütün postsovet tarixi boyunca daha yüksək mərhələsidir. Müəyyən soyuqluq, Azərbaycanın müəyyən anlarda başqa dövlətlərlə münasibətlərə yönəlməsi, hətta digər geopolitik bloklara istiqamətlənməsi daha çox postsovet dövlətçiliyinin bərpası prosesi ilə, yeni identiklik axtarışı ilə əlaqdar idi. Həm də daha çox onunla bağlı idi ki, Rusiya özü Qərbə, liberal dəyərlərə, sivil Qərb məkanına inteqrasiyaya orientasiya olunmuşdu, o cümlədən daim amerikanlara “hə” deyən, atlantist olduğunu açıq bildirən xarici işlər naziri Andrey Kozırevin utanmadan dediyi kimi Qərb və amerikan geopolitik maraqlarının qəbuluna yönəlmişdi. Kozırev amerikan maraqlarının tərəfini tutmuşdu. Təbii ki postsovet dövlətləri buna baxaraq fikirləşirdilər ki, Rusiya özü Qərbə doğru gedirsə, biz hara getməliyik? Biz də Qərb tərəfə, regionda başqa müttəfiqlərin axtarışına doğru getməliyik. Odur ki əlbəttə əvvəlki etaplara, postsovet dövrünə, Putinin gəlişinə kimi olan dövrə xas müəyyən soyuqluq onunla əlaqədar idi ki, Rusiya özü çaşqınlıq və geopolitik dezorientasiya vəziyyətində idi.
Bu gün hər şey öz başlanğıc və ya prinsipial sivilizasion mövqelərinə qayıdır. Rusiya geopolitik subyekt kimi, tarixin coğrafi məhvəri kimi, Avrasiya məkanının, Avrasiya inteqrasiyasının mərkəzi kimi bərpa olunur. Müasir Rusiyanın prioritetlərinin necə olduğu anlaşılır və indi orientirlər daha aydın görünür. Bundan əlavə, Qərb özünü qlobalizasiyası ilə tam diskreditasiya edib, o dərəcədə ki hətta Qərbin özündə qlobalizasiya məsələsi böyük sual altına qoyulur. Biz bu gün Avropada hansı proseslərin getdiyini görürük, avroskeptisizmi, suverenitetlərin, milli maraqların bərpasını, Avropanı insanlıqdan çıxarmaqla cinslər arasında fərqləri silmək və ən axırıncı cinsi orqanik identiklikdən məhrum etmək prosesinə itələmiş liberalizmdən imtinanı müşahidə edirik. Lakin eyni belə proseslər Amerikanın özündə də baş verir. Tramp – ABŞ-da qeyri-liberal ideologiyaya tələbatın nəticəsidir. Və o ümumilikdə məhz bu modeli realizasiya edir – qeyri-liberallığı. O əvvəlki administrasiyanın – Obama və Klintonun etdikləri hər şeyi tam inkar edir. Onun liberlları görməyə gözü yoxdur, baxmayaraq ki bu barədə hər dəfə açıq danışmır, lakin tez-tez işarə vurur və buna görə amerikan çoxluğunun tərəfində durmaqla liberal azlığın sərt tənqidinə tuş gəlir. Bununla yanaşı ən həyazıs, ən dözülməz, ən qeyri-insani olan – elə Trampı tənqid edən həmin liberal azlıqdır. Bu gün postsovet məkanı ölkələrinin Rusiya ilə ciddi-cəhdlə yaxınlaşmasına səbəblərdən biri də haqqında danışdığımız həmin amildir.
İlk qeyd etmək istədiyim məsələ Rusiyanın geopolitik avrasiyaçı təyinatı özünə müəyyənləşdirməsidir. Nəhayət ki Rusiya o tərəf-bu tərəfə çırpınmaqdan əl çəkib özünün əzəli, ilkin Avrasiya mövqelərinə oturdu. İkinci məsələ bütün dünyada qlobalizasiyanın və liberalizmin iflası, Qərbin xaos, şər, çürümə, pozğunluq, qeyri-insanilik, o cümlədən Amerikada demokratların hakimliyi dövrünü götürsək, həm də müharibə demək olmasının başa düşülməsidir. Görün onlar bütün dünyada nə qədər konfliktlər yaratdılar! Və ən kəskin situasiya Yaxın Şərqdədir.
Yəni Qərb – şər deməkdir. Rusiya isə öz identikliyini qazanıb. Bütün bunlar postsovet məkanı ölkələri ilə Rusiya arasında münasibətlərin bərpası prosesini şərtləndirən mütləq, dəyişməz və ontoloji faktorlardır. Və bu mənada, əlbəttə, Azərbaycanın Rusiya ilə indiki yaxınlaşması – təbii, məntiqli, təsdiqlənmiş, tarixən şərtlənmiş prosesdir. Eyni zamanda bizə bunu etmək çox sadədir: biz eyni təfəkkür meydanı çərçivələrindəyik, eyni semantik məkandayıq, eyni epistemadayıq, ümumi mədəni və sivil əsaslarımız var. Biz həmişə vahid sivil məkanın çərçivələrində yaşamışıq, bir-birimizi qavrayırıq, bir-birimizi yaxşı tanıyırıq, mədəni mübadilə yolu ilə bir-birimizi qarşılıqlı zənginləşdiririk. Yəni 1990-cı illərdə həm Rusiyanın, həm də Azərbaycanın Qərb dəyərlər sistemini qəbul etməsi ilə üzə çıxan süni, ideoloji ziddiyyətlərimizdən başqa heç bir ziddiyyətimiz yoxdur. İndi bu maneələr aradan götürülüb, əlbəttə ki biz indi qarşılıqlı ünsiyyətin zirvəsindəyik, ən yaxşı formadayıq, ən yaxşı mərhələdəyik və indi bir-birimizi təkcə mədəni deyil, iqtisadi cəhətdən də tamamlayırıq.
Müasir iqtisadi mərkəzli dünyada iqtisadiyyat vacib faktordur ki, mədəni, sivil və geopolitik inkişafın əlavə elementi kimi özünü göstərməkdədir. İndi iqtisadi əlaqələr ortalıqdadır. Yəni bu gün biz 100 imkandan 99-unu tam qarşılıqlı əlaqəmiz üçün realizasiya edirik. Əlbəttə ki qarşılıqlı dostluğun, empatiyanın, hörmətin, hər iki tərəfə xeyir gətirən ünsiyyətin belə səviyyəsini görmək xoşdur.

—Siz 1990-cı illərə toxundunuz. Bəlkə məhz həmin tələskən Rusiya, hansı ki Yeltsinin və Kozırevin dövründə öz identikliyini tapa bilmirdi və Qərbə orientasiya olunmuşdu, bəlkə Rusiyanın 1990-cı illərdə Qarabağ konfliktində Azərbaycanı deyil, Ermənistanı dəstəkləməsinin səbəbi də elə bu idi? İndi isə biz Rusiyanın daha balanslaşdırılmış siyasətini görürük...
—Rusiyanın indiki balanslaşdırılmış siyasəti onunla əlaqədardır ki, Rusiya Zaqafqazyedə baş verən proseslərə strateji baxışa yiyələnib. Yəni onlara bir növ yuxarıdan baxır, nə bu, nə də o tərəfi dəstəkləmir. Ona görə ki istər Azərbaycan, istər Ermənistan, istərsə də Gürcüstan daim Rusiya ilə vahid sivilizasion və strateji məkanın hissəsi olublar. Sovet İttifaqının dağılması dövründə Zaqafqaziyedə fiksasiya olunan dövlətlər Sovet proyekti çərçivəsində yaradılmışlar, öz administrativ sərhədlərində formalaşdırılmışlar. Onlar həm iqtisadi strukturlarında, həm sosial quruluşlarında, həm də industrial və infrastruktur tərkiblərində Sovet periodunun nəticəsidirlər.
Rusiya, əgər fəlsəfi kateqoriyalardan istifadə etsək, quru imperiyasıdır; o öz dövlət quruluşu tipinə görə ənənəvi dövlət kimi dəniz imperiyalarından onunla fərqlənir ki, quruculuq prinsipini həyata keçirir. Quru imperiyası özünə məkanlar birləşdirir və onları özünkü kimi quraraq təchiz edir, onları özünün vahid strateji sivil orqanizminin hissəsi kimi qəbul edir. Öz koloniyayalarına istismar obyekti kimi yanaşan, onlardan ac-yalavac hala düşənə kimi mümkün olan hər şeyi sümürüb aparan, sonra isə tullayan dəniz imperiyalarından fərqli olaraq. Dəniz imperiyasının davranışı belədir. O tam fərqlidir.
Rusiya quru imperiyası olaraq Cənubi Qafqazda bizim indi müşahidə etdiyimiz dövlətləri qurdu, təchiz etdi və inkişaf etdirdi. Və burda yerləşən dövlətlərə, ümumiyyətlə postsovet məkanındakı dövlətlərə doğmaları kimi nəzər yetirməkdədir. Odur ki Ermənistan-Azərbaycan konfliktində hansısa birinin tərəfini tutmaq birinin azca aqressivlik biruzə verməsinin, digərinin isə azca sülhə meyllənməsinin nəticəsi idi.
Lakin vəziyyət dəyişdi. Rusiya subyektivlik qazandı. Azərbaycanda aqressivlik və antirus əhval-ruhiyyəsi aşağı endi, Ermənistanda isə maydanla bağlı hadisələr baş verdi. Hər şey bir növ düzənləndi. Yəni indi Rusiya artıq tərəflərdən hansısa birini qəbul etmir, bu səbəbdən ki prinsipcə ona vəziyyətə strateji cəhətdən yanaşmaq yox, hər iki tərəfə atacasına yanaşmaq xasdır. Bunda necə deyərlər, böyük imkanlar pəncərəsi var ki, indi istifadə etmək lazımdır. Və əgər bu pəncərə açılıbsa, demək onun verdiyi hər şeyi maksimal dərəcədə realizasiya etmək gərəkdir.

—Ermənistanda da, Azərbaycanda da fikir gəzir ki, ümumilikdə Qarabağ konflikti Rusiyaya sərfəlidir, belə ki bu Azərbaycanı da, Ermənistanı da boyunduruqda saxlamağa imkan verir. Sizin bu fikrə münasibətiniz necədir?
—Bu rus logikası deyil. Bu Qərb logikasıdır ki, yeridilmişdir. Rusiya heç vaxt belə fikir yürütmür ki, konflikti dəstəkləməklə kimisə boyunduruqda saxlasın. Əgər Rusiya özünü Qərb kimi sərt aparsaydı, onda indi nəinki Pribaltika, hətta Finlandiya və Polşa da boyunduruğunda olarda, heç kəs yerindən tullanmazdı da, rus qoşunları isə hələ də Berlində oturardı. Bundan qabaq isə rus qoşunları Parisdə idilər, elə orda da qalardılar, fransızları da, almanları da ipləri əllərində boyunduruqda saxlayardılar. Kazaklar Hindistanın cənub küncünə kimi gedib çıxardılar ki, elə ingilislərin getməmək barədə yalvarışlarına fikir vermədən ora yollanmışdılar. Əgər belə logika Rusiyaya xas olsaydı, onda rusların döyüşmək bacarığı qarşılığında ümumiyyətlə bütün kontinent çoxdan rusların olardı. Lakin bu rus logikası deyil, ruslar müharibəni sevmirlər, lakin yaxşı vuruşurlar və bu ustalığı, misilsiz döyüşmək bacarıqlarını müharibələri bitirmək üçün istifadə edirlər.
Ruslar burda bütün mümkün müharibələrə son verdilər. Əlbəttə Rusiya arzulasa istədiyi hər şeyi tutar, lakin bu bizim yanaşma deyil. Bizim yanaşmamız nəyin bahaslna olursa olsun sülhdür – hətta bəzən öz şəxsi maraqlarımız hesabına olsa da. Tarixən kifayət qədər çox olub Rusiya öz maraqlarından imtina etmişdir, çox şeyi itirmişdir, o cümlədən nəhəng ərazilərini əldən vermişdir – bunu sülhü saxlamaq və müharibənin qarşısını almaq üçün etmişdir. Lakin Rusiyanı təxribata çəkirsənsə, onda özünü gözlə, daha rusları düz kontinentin kənarına çatmayınca heç kəs saxlaya bilməyəcək. Yaxşısı budu belə etməyəsən.
Odur ki bu qətiyyən rus logikası deyil, Rusiya heç vaxt konfliktdən özünün hansısa maraqları üçün istifadə etməyəcək. Bizim marağımız – sülhdür. Bizim marağımız, yüngül formada desək, bizə heç də yad olmayan Zaqafqazyedə stabillikdir. Və sülh üçün biz çox şeylər etməyə, çox şeyə göz yummağa hazırıq. Bu səbəbdən mən belə fərziyyələri kəskinliklə təkzib etməyə çağırıram ki, guya ruslar hansısa, hardasa baş verən konfliktdən öz maraqları çərçivəsində istifadə etməyə çalışırlar. Bu tamamilə rus yanaşması deyil. Bu yəhudilər ola bilər, avropalılar, bəli, ola bilər, anqlosaksonlar, amerikanlar elə daim və hər yerdə bununla məşğuldurlar. Amma ruslar heç vaxt belə etmirlər.

—Siz regionda stabillikdən və sülhdən danışdınız. Bəs Qarabağ konflikti tənzimlənməsə bu mümkündürmü?
—Qarabağ konfliktini ümumiyyətlə iki milli dövlətin qarşılıqlı əlaqəsi modeli çərçivəsində tənzimləmək mümkün deyil. Milli Azərbaycan dövləti və milli Ermənistan dövləti – milli dövlətlər məkana mexaniki yanaşırlar. Milli dövlət məkanı inzibati ərazi kimi, inzibati sərhədlər çərçivəsində qəbul edir, ona bu və ya digər məkanın rəsmi siyasi hakimiyyətinin tabeçiliyi nəzərindən baxır. Burda milli dövlət identiklik faktorunu ümumiyyətlə nəzərə almır.

—Amma milli dövlətlər Avropa İttifaqında heç də pis yola getmirlər, hansı ki burda dövlətlər arasındakı sərhədlər silinir, konfliktlər isə beynəlxalq hüquq çərçivəsində həll olunur.
—Mən bu barədə artıq min dəfə danışmışam. Söhbət sərhədlərin silinməsindən getmir. Administrativ sərhədlər hər yerdə qalır: Azərbaycanın da daxilində, Rusiyanın da. Söhbət siyasi sərhədlərin silinməsindən gedir. Konfliktin qızışmasına siyasi nəzarət faktoru və identikliyin qeydə alınmasının olmaması təsir edir – bütün bunlar istənilən konfliktin səbəbidir.
Territorial-siyasi konfliklər o zaman meydana çıxmağa başladı ki, milli dövlət baza və dominant tipinə çevrildi. Bu isə xatırladım ki Modern dövrü yaranmış dövlət tipidir, dövlətçiliyin sonrakı formatıdır ki, 1648-ci ilin Vestfal sülhü zamanından ortalığa çıxmışdır. Belə “etat-nation” milli dövlət tipinin aktiv şəkildə yaradılması əsasən Fransız inqilabından sonra başlanmışdır və 20-ci əsrin əvvəllərində postkolonial epoxasında başa çatmışdır. İndiki bir çox milli dövlətlərin sərhədləri isə İkinci dünya müharibələrinin nəticələrinə görə qeydə alınmışdır. Yəni bu dövlətçiliyin sonrakı şəklidir ki, formalaşma yaşamışdır, bu formalaşma isə hələ çox şeydə yekunlaşmamışdır.
1991-ci ildə tarixin sonundan danışan Frensis Fukuyama indi etiraf edir ki, milli dövlətləri siyahıdan silməkdə tələsmişdir: bağışlayın, milli dövlətləri hələ saxlamaq lazımdır, çünki bu gün Modernin belə dövlətçilik forması artıq sual altındadır. O mexanikidir, baza və ontoloji məsələləri ümumiyyətlə nəzərə almır. Və bu gün dünyada bütün mümkün və baş verən konfliktləri də məhz milli dövlətçilik yaratmışdır.
Bax postsovet məkanında nəyi götürsək, gözümüzün önündə baş verən Dnestryanı, Donbass, Qarabağ, Osetiya, Abxaziya – hansı konflikti götürsək, hamısı postsovet məkanında milli dövlətçiliyin yaranmasının nəticəsidir. Baxmayaraq ki Rusiya özü çox şeydə ənənəvi dövlət, yəni dövlət-imperiya (bu texniki termindir, hansısa tarixi mənada deyil) olub və olaraq qalır.
Lakin eyni şey biz hər yerdə müşahidə edirik: Avropada, Kosovoda, Yaxın Şərqdə, ərəb-yəhudi konflikti, Qəzza sektoru, İordan çayının qərb sahili, yəhudi milli dövləti. Yəni milli dövlətçilik belə konfliktləri yaradan nəsnədir. O heç vaxt konfliktləri həll etmir, edə də bilməz, çünki belə konfliktlər yalnız ya yerli identikliyin tam silinməsi ilə, ya da genosid yolu ilə həll oluna bilər.
Adam əlində silah öz xalqının bir hissəsi olmaq yolunda vuruşur. O öz identikliyi uğrunda vuruşarkən kim olmaq istəyir? Donbasda rus olmaq üçün vuruşur, Dnestryanında rus olmaq üçün, Kosovoda serb olmaq üçün, Fələstində ərəb olmaq üçün, Ermənistanda erməni olmaq üçün, anklavda azərbaycanlı olmaq üçün, axı Ermənistanın içində ermənilərin yaşadığı ərazilərdə azərbaycanlıların da anklavı var, elə kənd var ki tam Ermənistanın içindədir, amma azərbaycanlıların balaca kəndidir. Milli dövlətlər “vətəndaş” anlayışı ilə işləyir. Baxın, Azərbaycanın vətəndaşı kimdir?

—Azərbaycan ərazisində yaşayan hamı.
— Azərbaycan ərazisində yaşayan hamı – bunlar kimdirlər?

—Azərbaycanın vətəndaşları.
—Necə adlanırlar?

—Azərbaycanlılar.
—Baxın, azərbaycanlılar.

—Bunlar həm türk-azərbaycanlılardır, həm burda yaşayan ruslardır, həm ləzgilərdir, həm kürdlərdir. Onlar hamısı azərbaycanlılardır.
—İndi baxın, biz necə vəziyyətlə üzləşirik. Əgər erməni Azərbaycan ərazisində yaşayırsa, o azərbaycanlıdır. Düzdür?

—Ümumi götürəndə.
—Necə yəni ümumi götürəndə? Xeyr, elə bu cürdür. Siz özünüz indicə dediniz ki, həm türklər, həm ruslar, həm ləzgilər, həm kürdlər – hamısı azərbaycanlılardır, belə ki Azərbaycan vətəndaşıdırlar. Məsələn, Rusiyada “rusiyalı” deyilən anlayış var, “rus” deyilən anlayış var. Rus – identiklikdir ki rus xalqına məxsusdur. Amma “milliyyət” də var – bu siyasi kateqoriyadır, yəni vətəndaşlığı var, pasportu var və artıq bu “rusiyalıdır”. Rusiyalı tatar da ola bilər, kalmık da, yakut da, çeçen də, inquş da – onlar hamısı rusiyalıdır, amma hər biri identikliklərini saxlayırlar, öz xalqlarına və ya etnoslarına mənsubdurlar. Əslində bu dövlət-imeriya modelidir – müxtəlifliyin strateji birliyidir.

—Deyəsən sizdə də, bizdə də pasportda milliyyət göstərilmir...
—Azərbaycan pasportunda göstərilir. Lakin biz identiklikdən danışırıq. Milli dövlət identikliklə işləmir, təkcə vətəndaşlıqla işləyir. Təsəvvür edin Azərbaycan Dağlıq Qarabağın beş rayonunu özünə qaytarır.

—Birinci etapda.
—Yaxşı, birinci etapda. Beş rayon. Azərbaycan milli dövləti. Bu ərazilər Azərbaycanın olur. Deməli onlara Azərbaycan suverenliyi, siyasi modeli, sosial-siyasi quruluşu tətbiq olunur. Deməli orda yaşayan adamların hamısı azərbaycanlı olur. Onlar pasport alırlar ki, “milliyyət” qrafasında “azərbaycanlı” yazılır.

—Məsələ burasındadır ki, həmin ərazilərdə ermənilər yaşamır, orda ancaq qoşunlar var. Ermənilər bu rayonlarda yox, başqa rayonlarda yaşayırlar. Siz ora getməklə buna əmin ola bilərsiz.
—Mən orda olmuşam.

—Orda ermənilər yaşamır. Cəmi bir-iki çoban var.
—Nə qədər olsa da. İkinci etapı götürək. Dağlıq Qarabağ avtonom vilayəti, Sovet periodunda olduğu kimi, orda ermənilər yaşayırlar. Əgər bura Azərbaycan ərazisi olsa, onlar azərbaycanlı olacaqlar. Nominal olaraq, siyasi cəhətdən, onlar azərbaycanlıların pasportundan alacaqlar.

—Bizdə milliyyət yazılmır.
—Yazılır, öz pasportunuzu açıb baxın, əmin olarsız. Azərbaycanın vətəndaşı isə azərbaycanlı adlanır. Deməli ermənilər azərbaycanlı olmalıdırlar. Bax hər yerdə konfliktin mənbəyi bu olur.

—Burda ruslar yaşayır, biz ki demirik onlar azərbaycanlı olmalıdırlar, onlar azərbaycanlı olmurlar da, azərbaycanlılarda milliyyət olmur.
—Milliyyət məişət nöqteyi-nəzərindən deyil, elmi nöqteyi-nəzərdən elə vətəndaşlıqdır. Amma burda söhbət erməni xalqına mənsub identiklikdən gedir. Azərbaycanın vətəndaşı olmaqla ermənilər hüquqi cəhətdən faktiki azərbaycanlı olurlar. Lakin ermənilərə nə qədər Azərbaycan pasportları versən də, onlar heç vaxt azərbaycanlı olmayacaqlar. Bu elə məsələdir ki, biz onu məişət səviyyəsinə keçirəndə çoxlu mübahisələr yaradır. Lakin sırf milli dövlət konseptindən baxsaq, hansısa xalqa mənsub heç bir təbii identikliyi o nəzərə almır. Milli dövlət nöqteyi-nəzərindən identiklik artıq şeydir, vaxtı ötmüş faktordur ki, üstündən keçilməlidir, köhnəlmişdir, fərdlər ondan təmizlənməlidir, odur ki identiklik nəzərə alınmır. Bu mexaniki yanaşmadır, bu səbəbdən milli dövlət çərçivəsində bu problemin həlli yoxdur, belə ki identiklik məsələsidir, məhz identiklik uğrunda insanlar hər yerdə vuruşurlar. Hər yerdə məhz identiklik və onun qorunması konfliktlərin mənbəyidir, bu və ya digər dövlətlərdə separatizmin mənbəyi də elə budir.
İrlandlılar irlandlı olmaq üçün vuruşurlar, sifətsiz britaniyalı olmaq üçün deyil. Donbasda ruslar rus olmaq üçün vuruşurlar, ukraynalı olmaq üçün yox. Hər yerdə belədir. Hər yerdə də belə olacaq. Bu məsələni güc yolu isə ancaq Serbiyada, Yuqoslaviyada 1990-cı illərdə edildiyi kimi həll etmək olar, yəni etnik təmizləmə yolu ilə, necə ki serbləri sadəcə qovurdular və öldürürdülər. Kim getmək istəmir öldürürlər, kim yaşamaq istəyir qovurlar. Bu həll yollarından biridir. Başqa yol isə öz identikliyindən könüllü imtinadır. Yəni serb deyir: “Qurtardı, mən daha serb deyiləm, and içirəm, mən albanam”. Onda ona deyirlər: “Yaxşı, sən albansan. Dəqiq də?” “Dəqiq. Mən albanam”. “Serb deyilsən?”. “Yox”. “Onda yaşa”. Bu da elə genosid qədər əcaib yoldur, çünki baxmayaraq ki insan sağ qalır, o etnosidə, identikliyin zorla götürülməsinə məruz qalır, özü olmaqdan çıxır.
Çox hallarda hətta daxili sənədləşmənin xarici deklarasiyası və öz identikliyindən formal imtina o demək deyil ki, adam daha serb olmur və albana çevrilir. Yəni bu həllolunmaz məsələdir. Onu öldürmək olar, qovmaq olar, çoxlu yolagətirmələrdən sonra başqa identikliyi könüllü qəbul etdirmək olar, daxili stres, məşəqqət, əzab hesabına, özlüyündən imtina və başqasına çevrilmə hesabına – hesablamaq olar, amma faktiki olaraq bu baş vermir.
Mərakeşdən, Əlcəzairdən Avropaya gəlmiş nəsillərə baxın. Bunlardan birinci, indi isə ikincə və üçüncü nəsil gələnlər özlərini avropalı hiss etmir, çünki onların mentallığı, identikliyi, qan yaddaşı, ənənələri başqadır. Onlar hətta şüuraltı olaraq özlərində əvvəlki identikliyin qalıqlarını sındırmağa və avropalı olmağa çalışırlar, amma bacarmırlar. Onun uşağı doğulur, uşaq da bu instinktlər sistemi, qan yaddaşı, insançün təbii olan hansısa daxili reflekslər, şeylər sistemi üzrə hərəkət edir. Onun hələ şüuru formalaşmayıb, amma o artıq başqa xalqın nümayəndəsi kimi yaşayır və hökm sürür. O avropalı deyil, heç vaxt da olmayacaq. Assimilyasiya nəsli göstərdi ki, bu praktiki olaraq mümkün deyil.
Bu məsələni tamamlayaraq deyim: konfliktin hansısa dumanlı yolla həlli mümkün deyil. Güc yolu ilə mümkündür, hərbi yolla olar, daxil olursan, nəzarət altına alırsan, torpaqları geri qaytarmağa məcbur edirsən, razılaşmayanları qovursan, qəti razılaşmayanları, müqavimət göstərənləri öldürürsən. Kütlələr kortəbii yeni identikliyi qəbul edə bilərlər: “Qurtardı, qurtardı, biz erməni deyilik, biz azərbaycanlıyıq, təki bizi öldürməyin”, amma bu yalnız ölüm təhlükəsi altında ola bilər, özü də ciddi olmaz.

—Axı biz onları belə deməyə məcbur etmirik.
—Amma bu milli dövlətin konseptində nəzərdə tutulur, başqa cür mümkün deyil.

—Sizinlə razı deyiləm...
—Bilirsinizmi niyə razılaşmırsız? Çünki siz ənənəvi yanaşma, Rusiyaya, eləcə də bizim ümumi sivilizasiyamıza xas ənənəvi dövlət quruluşu paradiqmasında fikir yürüdüsüz ki, bu məkana da, Zaqafqazyedə da yayılmışdır. Ənənəvi yanaşma çərçivəsində bəli, identiklik əhəmiyyət daşıyır, strateji birlik dövlət tərəfindən hamı üçün təhlükəsizlik məsələsi kimi təmin olunur. Və identiklik, müxtəlif xalqlar, mədəniyyətlər, dillər normativ sayılır, – amma təkcə dövlət-imperiya çərçivəsində. Bizdə bir növ həmin boşluqlar gedib, amma milli dövlətin konsepsiyasına ciddi riayət etmək mənim dediyimi nəzərdə tutur: təbii identikliyin silinməsini və təkcə bir identikliyin saxlanmasını – bu da ki siyasi vətəndaşlıq olan pasportdur. Vəssalam. Bu da elə sənin son identikliyindir. Başqa cür mümkün deyil.
Gürcüstan gürcü milli dövləti yaratdığını bəyan edən kimi osetinlər o dəqiqə xudafiz dedilər. “Biz gürcü olmayacayıq” - onlar bildirdilər. “Yox, siz gürcü olmalısız, biz siz itləri gürcü olmağa məcbur edəcəyik” - Zviad Qamsaxurdiya dedi.

—Hələ 1989-cu ildə, SSRİ-də bildirdilər, onda hələ Qamsaxurdiya yox idi.
—Bu isə onsuz da identiklik məsələsidir, onun milli dövlət tərəfindən götürülməsi. Sadəcə Qamsaxurdiya məsələni köndələn qoydu: əgər millətdirsə, demək başqa heç bir identiklik ola bilməz, təkcə siyasi ola bilər. Ruslar Modavada, Dnestryanında da eyni vəziyyətdədirlər. Ukraynada, Donbasda da ruslar eyni vəziyyətdədirlər. Düzdür, Ukraynadakı rusların bir hissəsi ukrain identikliyini qəbil edirlər: “Yaxşı, yaxşı, bizi öldürməyin, biz ukraynalı olarıq. Bununçün nə edək? Dilimizi sındıraq, sizin ləhcəylə danışaq? Yaxşı. Biz hazırıq, təkcə bizi öldürməyin”.
İstənilən cəmiyyətdə isə aktiv hissə var, hansılar ki razılaşmayaraq deyirlər: “Xeyr, biz rusuq”. Və belələrini Odessada Həmkarlar Evində yandırırlar. Onlar deyirlər: “Biz rusuq” – və Donbasda hər gün həlak olurlar ki, Ukraynada rus olaraq qalsınlar. Burda da vəziyyət eynidir. Adam öz identikliyindən könüllü imtina etməyəcək, onun uğrunda əlində silah vuruşacaq. Milli dövlət çərçivəsində bu məsələni genosid, etnosid və qovma yolu olmadan həll etmək mümkün deyil.

—Həm Sovet dövründə, həm indi statistika göstərir ki, Dağlıq Qarabağda 80 mindən çox olmayaraq, lap tutaq ki 90 min erməni yaşayırdı, qalanları isə azərbaycanlılar idi. Məgər həmin 80 minə görə milyonlarla azərbaycanlı əzab çəkməlidir?
—Yox, çəkməli deyillər. Amma ermənilər erməni kimi qalmaq hüququna malik olmalıdırlar.

—Qoy qalsınlar da, biz onlara hər cür imkanlar veririk.
—Amma bu milli dövlət çərçivəsində nəzərdə tutulmayıb. Diqqətə alın. Nəzərdə tutulmayıb. Milliyyət – Sovet marksist siyasi kateqoriyasıdır ki, insanı siyasi siniflərə göndərir – öz təbii identikliyindən, yəni hansısa etnosa və ya xalqa mənsubluğundan imtina yolu ilə əmək sinfinə və ya kapital sinfinə.
Milliyyət – süni, keçici kateqoriyadır. Bu ənənəvi etnosun və xalqın siyasiləşdirilməsi elementidir ki, ardınca onu siyasi sinfə yerləşdirmək mümkün olsun. Bu Sovet mirasıdır ki, biz “milliyyət” ifadəsindən istifadə edirik, lakin ya etnik, ya da xalq mənsubiyyətini nəzərdə tuturuq. Bu düzgün termin deyil, biz onu düzgün istifadə etmirik, Sovet dövründəki kimi istifadə edirik. Marksist modellər - əmək və kapital sinifləri də artıq yoxdur, odur ki “milliyyət” termini korrekt deyil. O ancaq vətəndaşlığı, “rusiyalı” milliyyətini bildirir. Ruslar – bu rus xalqına mənsubiyyəti, təbii identikliyi bildirir. Çeçen isə ənənəvi etnosa mənsubluqdur, heç bir millliyyət deyil. Odur ki bu – vətəndaşlıqdır. Milliyyət – azərbaycanlı...

—Yəni siz hesab edirsiz ki Qarabağ konfliktini sülh yolu ilə həll etmək mümkün deyil.
—İndiki anlama səviyyəsində problemin çözüllməsi milli dövlət paradiqmasında mümkün deyil. Ancaq güc yolu ilə mümkündür. Əgər siz gücə hazırsızsa, buyurun. İrəli, daxil olun və bu problemi güc yolu ilə həll edin. Bu elə müharibə deməkdir, hansını ki biz 1992-ci ildə və sonrakı vaxtlarda müşahidə etmişik.

—Rusiya rəsmi səviyyədə Dağlıq Qarabağı Azərbaycan ərazisi hesab edir. Ermənistan ilə Azərbaycan arasında Dağlıq Qarabağ uğrunda konfliktin başlayacağı təqdirdə müharibə de-yure olaraq Azərbaycan ərazisində gedəcək. Rusiya bu situasiyanı necə görür?
—Rusiya müharibəyə qarşıdır.

—Aydındır kimə qarşı olacaq. Ermənistanın tərəfində olacaq...
— Rusiya mübaribələri dayandırır.

—Hansı yolla?
—O gəlir və dayandırır.

—Yəni o Azərbaycana qoşun yeridir.
—O sadəcə qoşun yeridir.

—Hara?
—Hara lazımdı. Sadəcə əgər müharibə olsa və onu telegon zəngi ilə, tərəflərə döyüşməyi dayandırmaq çağırışları ilə və yaxud hansısa başqa yollarla saxlamaq mümkün olmasa, bura Rusiya qoşunları gələcək. Və müharibə olmayacaq. Amma Rusiya qoşunları olacaq. Odur ki seçim belədir: Ya burda Zaqafqazyedə rus qoşunları olacaq, ya da onlar burda olmayacaq. Müharibə olduğu təqdirdə, olacaqlar. Hələ ki müharibə yoxdur, burda Rusiya qoşunları da yoxdur. Lakin Rusiya qoşunları gələndə burda başqa olay olacaq. Başqa epoxa açılacaq, başqa tarixi etap başlayacaq...

—Bunu işğal adlandırmaq olarmı?
—Ruslar işğal etmirlər, xalqları azad edirlər. Ruslar Avropanı azad etmişlər. Ruslar Avropanı dəfələrlə azad etmişlər. Çar Aleksandrın vaxtında da, Stalinin vaxtında da...

—Napoleonun, Hitlerin vaxtında hə, bu aydındır.
—Ruslar azad edirlər. Ruslar Parisə girəndə fransızların Moskvanı çapıb taladıqları kimi Parisi soyub dağıtmadılar. Ruslar Parisdə sakit şəkildə kafelərdə otururdular, yeyib içirdilər, sonra isə Çar öz qusar və zabitlərinin yeyib-içməklərinin pulunu büdcədən ödəyirdi, hətta onların kart borclarını da verirdi. Rus əsgərləri Parisdə borclu qalmadılar, hamısı büdcədən ödəndi. Ruslar mədəni şəkildə, ədəblə, təmiz fransız dilində fransızlarla xudafizləşərək Parisdən getdilər, səliqə ilə çıxdılar. Heç nəyə toxunmadılar, çıxanda hər şeyi olduğu kimi, hətta ondan da yaxşı saxladılar. Bu ruslardır! Bu sizə Qərb işğalıçları deyil ki, hər şeyi çapıb talasınlar. Odur ki rusları işğalçı saymayın. Ruslar işğal etmirlər, xalqları azad edirlər, onları müharibədən, qan-qadadan qurtarırlar. Ruslar xalqları bir-birlərini qırıb çatmağa qoymurlar, qarşılıqlı ədavəti dayandırırlar, nifrəti və kin-küdurəti aradan götürürlər. Ruslar sizi zülm və əziyyətdən qurtarırlar. Müqəddəs kitabda deyilir: “O gələcək və sakitcə hər şeyi yoluna qoyacaq”. Bu ruslar haqqındadır.

—Üçüncü variant da var: vuruşmamaq, Qarabağı ermənilərə saxlamaq. Üçüncü variant bu iki variantda doğur.
—İndi isə gələk üçüncü varianta. Üçüncü variant millilikdən də üstün olan struktur yaratmaq və böyük mədəni-sivil məkanın inteqrasiyasıdır. Yəni Avrasiya Birliyi modelinin realiazsiyasıdır ki, identikliyin müxtəlifliyini normativ kimi saxlayır, amma millilikdən də üstün ümumi strateji birlik yaradır, bu məkanın təhlükəsizliyini formalaşdırır, onu özünki kimi inkilaf etdirir. Bax bu üçüncü, mənim fikrimcə, elə ən ağıllı variantdır: Avrasiya inteqrasiyası, böyük məkanın bərpası.
Lakin bu Sovet periodundan onunla fərqlənəcək ki, ideologiya yeridilmədən bərpa olunacaq. Çünki Sovet bloku marksist ideologiyası modelinin yeridilməsi ilə realizasiya olunurdu – ateist, pozitiv, proqressiv, öz məğzinə görə qərbçi, modernist modelin ki identikliyi də silib atırdı, amma süni marksist, sinifçi model yeridirdi – əmək sinfi və kapital sinfi.
Stalinin dövründə bu müəyyən qədər korrektə olundu, yəni identiklik Stalin tərəfindən reabilitasiya olundu, Stalin xalqlar reabilitasiya etdi, yəni xalqların kollektiv camiə kimi yaşamı modelini bərpa etdi. Sonra Xuruşşovun dövründə yeni Sovet xalqı camiəsi məsələsi yenə ortalığa atıldı, mahiyyətcə böyük siyasi millətin yaradılmasına yenə başlandı.
İndiki inteqrasiya məhz həmin modeldir ki, kollektiv identiklik normativ olacaq, yəni tanınacaq. Xalqlar xalq kimi, etnoslar etnos kimi yaşayacaq, heç kəs onları vahid vətəndaş unifikasiyası məkanına sürükləməyəcək, lakin həmin vahid məkanın strateji birliyi, ümumi iqtisadi və sosial inkişafı təmin olunacaq.
Yəni situasiyadan çıxış yolu böyük Avrasiya məkanı və Avrasiya inteqrasiyası proyektidir. Tək konfliktsiz variant məhz budur. Nə genosid, nə qovma, nə də Rusiya qoşunlarının yeridilməsi olmayacaq.

— Azərbaycanla bağlı necə olacaq?
—Öz identikliyini, mədəniyyətini, dilini, ənənələrini saxlamaq, inkişaf və təhlükəsizlik qazanmaq.

—Qarabağ ermənilərdə qalacaq.
—Vahid Avrasiya millətüstü quruluşu şərçivəsində bu prinsipial məna daşımayacaq. Məsələn, İnquşetiya və Çeçenistan arasında hansısa mübahisəli rayonlar var. Yaxud İnquşetiya və Osetiya arasında. Lakin vahid dövlət çərçivəsində bu böyük məna daşımır. Adamlar, xalqlar harda istəyirlər orda da yaşayırlar, hara istəyirlər gedirlər, heç kəs də onları buna görə təqib etmir ki, inquşdular, ya osetindilər, ya azərbaycanlıdılar, ya ermənidilər. Onlar sadəcə haqda istəyirlər orda da yaşayırlar, heç bir konflikt olmadan, çünki Rusiya xalqların, hamının təhlükəsizliyini təmin edir.
Konflikt orda ortalığa çıxır ki, milli dövlətin milli maraqları meydana çıxır. Administrativ sərhədlər, dövlətin suverenliyi, sərhədlərə nəzarət. Bax onda müharibə başlayır. Əgər bu məsələ vahid strateji məkan çərçivəsində ortalıqdan çıxarsa, demək nə müharibə olacaq, nə konflikt olacaq və insanlar harda istəyirlər orda da yaşayacaqlar. Bax tutaq ki azərbaycanlı Stepanakertə getmək istəyir və gedir. Orda ailəsi ilə, hamı ilə, kimlə istəyir yaşayır. Çünki bura vahid strateji məkandır. Administrativ və siyasi cəhətdən bölünməyib. Bax nə vaxt ki o bölünür, onda müharibələr başlayır. Söhbət konfliktsiz böyük Avrasiya məkanından gedir.

—Ermənistan rəhbərliyinin Qərbyönümlü addımlarına Rusiya necə qiymət və reaksiya verir?
—RF prezidentinin rəsmi kursu realistikdir, yəni Putin rəsmi hakimiyyətlərlə realist işləyir. Bu beynəlxalq münasibətlər nəzəriyyəsinin konsepsiyasıdır ki, dövlət maraqlarını ideologiyalardan üstün tutur. Müvafiq olaraq Putin üçün fərq eləmir bu və ya digər liderə hansı ideoloji inam xasdır: qərbyönümlü, ya qərbyönümlü olmayan, o liberaldır, ya liberal deyil, demokratdır, patriotdur, ya kommunistdir. Əsas budur ki, o rəsmi hakimiyyətdir. Bax bu rəsmi hakimiyyətlə Putin iş görür.
Baxmayaraq ki Poroşenko banderaçı, sadist, manyak və qaniçən qatildir, Putin onunla da işləyirdi. Gəlirdi, onun əlini sıxırdı, danışıqlar aparırdı, çünki o rəsmi hakimiyyət idi. O seçilmişdir və Konstitusiyaya görə təsdiq olunmuşdur. Onu tanıyıblar, o leqaldır. Burda legitimlik sual altındadır, amma o leqaldır, hər halda Putinin onunla münasibətləri var.
Putin Paşinyanla da işləyəcək, sadəcə bu səbəbdən ki o rəsmi hakimiyyətdir. O seçilməyib, hakimiyyətə maydan nəticəsində gəlib, lakin onu təsdiq ediblər, tanıyıblar, fəaliyyətə başlayıb və indi artıq leqaldır. Nə qədər ki o erməni maydanının lideri mərhələsində idi, o qeyri-leqal idi. İndi o səlahiyyətlər alıb, leqaldır və Putin onunla iş görəcək.
Başqa məsələ ki onun baxışları, orientasiyası Qərbə doğrudur – bu Moskvaya həyəcan üçün müəyyən səbəbdir. O Qərblə iş görür, əlbəttə bu narahatçılıqdır, lakin burda qorxulu heç nə yoxdur. Bizdə Rusiya oliqarxları da Qərblə iş görürlər, orda yaşayırlar, əmlaklarını orda saxlayırlar, ailələrini, pullarını, hər şeylərini orda saxlayırlar.
Bizdə dövlət məmurları, elitası var ki Qərbdədirlər, qızları, oğulları ordadı. Bu yaxşı hal deyil, Putin bildirir, amma məqbuldur. Bizdə elitada Qərbin və Vaşinqtonun baxışlarına tapınan liberallar var. Qərbçilər və liberallar. Onlar elitadadırlar, Rusiya hakimiyyətinin iqtisadi blokundadırlar, Rusiya özü vaxtilə hər cür məntiqin və sağlam düşüncənin əksinə olaraq Qərb strukturlarına doğru getməkdəydi, bu yolla özünü dağıdırdı və məhv edirdi, bunlar hamısı vardı və Qərbə doğru yönəlmənin müəyyən qalıq atavizmləri hələ də var.
Lakin bütün bunlar ta o vaxta kimi həyəcan doğurmur ki, hansısa konkret qərarlara gətirib çıxarmır. Ta o vaxta kimi ki hansısa qərar verilir və o hüququ cəhətdən sənədləşdirilir. Məsələn, Ermənistan deyir: “Biz NATO-ya giririk, NATO-ya qəbulolma prosesinə başlayırıq”. Və yaxud: “Biz öz ərazimizi amerikan hərbi bazası üçün açırıq”. Bu təhlükəsizliyə təhdid çağırışıdır. Bax onda Putin hərəkətə keçir. Amma ta o vaxta kimi ki Paşinyan NATO rəhbərliyi ilə, Amerika rəhbərliyi ilə görüşür, Vaşinqtona gedir, senatorlarla nahar edir, bu sadəcə narahatlıq doğurur.
Rusiya ta o vaxta kimi heç bir tədbir görməyəcək ki, məsələn, Paşinyan Ermənistan Avropa İttifaqına girir deməyəcək, yaxud rus hərbi bazasını qovub amerika hərbi bazasını dəvət etməyəcək. Nə vaxt ki konkret qərar olacaq, hüquqi cəhətdən sənədləşdiriləcək – Rusiya onda reaksiya verəcək.

—İyulda NATO-nun sammiti keçiriləcək ki, Paşinyan da dəvət olunub. NATO sammitinin əsas mövzusu “Rusiyanın durdurulması məsələləridir”.
—Baxın, Paşinyan NATO sammitinə gedir, ona deyirlər: “Mövzu “Rusiyanın durdurulmasıdır”. Siz Ermənistan Rusiyanı necə durduracaqsız?” O deyir: “Heç cür”. “Onda qurtardı, xudafiz”, - ona deyəcəklər. Ya da o deyəcək: “Biz NATO bazasını dəvət edirik”. Bu artıq başqa qərardır. “Onda bizə qoşulun”, - və onu hamısı sevəcəklər, qucaqlayacaqlar, tumarlayacaqlar, öpəcəklər. Onda o sadəcə Rusiya ilə hər cür münasibətləri kəskin şəkildə kəsəcək, amma bu həll olmalıdır.
NATO-nun sammitinə getmək istəyirsiz? Nə qədər istəyirsiz gedin! Biz də gedirik, Rusiyada da gedir, orda otururlar, nəyəsə qulaq asırlar, başlarını tərpədirlər. Bu başqa şeydir. Amma sammitin nəticələrinə görə qərar qəbul etmək isə başqa məsələdir. Belə qərar olanda Putin də reaksiya verəcək.
Putin ideologiyalara, baxışlara, hansısa əhval-ruhiyyələrə reaksiya vermir, o qərarlara reaksiya verir. O hüquqşünasdır, qanunçudur. O baxır ki qanun hansıdır, qanun necədir, hüquqi sənəddə nədir. Əmr, parlamentin qərarı, prezidentin qərarı, imza, möhür – o belə şeylərə reaksiya verir.
Odur ki Paşinyan NATO sammitinə də gedə bilər, Vaşinqtona da, Konqresə də, hara istəsə gedə bilər. Lakin qoy hansısa bircə antirus jesti etməyə cəhd etsin ki, təhlükəsizlik məsələlərinə, strateji balansa təhdid yaratsın, vəziyyəti müharibəyə doğru aparsın, yaxud qərarlarla sənədləşdirilmiş antirus hədyanlar buraxsın – bax onda Rusiya ilə, Putin ilə problemləri olacaq. Amma nə qədər ki o bunu etməyib – problem yoxdur...

—29-30 sentyabr 2011-ci ildə Varşavada keçən “Şərq əməkdaşlığı” sammitinin nəticələrinə görə birgə Deklarasiya qəbul olunub ki, bu deklarasiyanı Ermənistan və Azərbaycan rəhbərləri də imzalayıblar. Bu Ermənistanın və Azərbaycanın Rusiyadan uzaqlaşmasına gətirib çıxarmayacaqmı?
—Düşünürəm ki, tam mümkündür. Bu elə SSRİ-nin keçmiş respublikalarını Rusiyanın təsiri altından çıxarmaq üçün yaradılmış amerikan meydançasıdır. Əsas tələ də “Avropaya qəbuldur”, halbuki belə şey yoxdur, Avropanın hansısa virtual obrazını yaradıblar ki reallıqdan çox-çox uzaqdır. Arzulardakı Avropadır ki bütün postsovet respublikalarını ora yönəldirlər.
Belə baxanda amerikanlar üçün keçmiş Sovet müttəfiqlərini nə ilə aldatmağın fərqi yoxdur, əsas məsələ öz məqsədlərinə çatmaq – onları Rusiya ilə strateji birlikdən çıxarmaqdır. Əsas odur ki bax bu işləsin, hamı ayrı-ayrılıqda “Avropaya” doğru hərəkət etsin. Bununçün gərginlik yaratmaq lazımdır, ilk növbədə həmin “Şərq əməkdaşlığına” daxil olan MDB ölkələri ilə Rusiya arasında. Əsas hədəf də budur.

—Azərbaycan və Ermənistan nə vaxt Avropa strukturlarına daxil olmağa ümid edə bilərlər?
—Onları həmin Avropa ilə vaxtın bitməsinə kimi şirnikləndirəcəklər. Təbii ki son nəticədə onların heç birini Avropaya-zada götürməyəcəklər. Hər belə sammitdə Avropa həvəskarlarına onların çatışmazlıqlarını göstərirlər, bəs sizdə “demokratiya”, “azadlıq”, “insan haqları” yoxdur. Hansı ki bütün bunlar tamamilə subyektiv kateqoriyalardır ki, hər yerdə bir cür qəbul olunur. Postsovet ölkələrinin bunlar barədə təsəvvürü avropalıların təsəvvürü ilə üst-üstə düşmür. Yüksək təkəbbürlü avropalılar üçün postsovet ölkələri bu mənada daim “inkişafdan geri qalmış” kimi olacaqlar. Amma hər halda tapşırıq yerinə yetiriləcək. Bu isə ondan ibarətdir ki, Rusiya ilə istənilən inteqrasion inisiativlər kəsilməlidir.

—Həm Azərbaycan, həm də Ermənistan nümayəndə heyətini dəvət edən “Şərq əməkdaşlığının” təşəbbüskarları Qarabağ məsələsində kimi dəstəkləyəcəklər? Axı bu iki dövlət arasında konflikt davam edir. Belə ziddiyyət şəraitində onlar Avropaya birgə necə hərəkət edə bilərlər?
—Məhz buna görə mən nə Ermənistan, nə də Azərbaycan üçün Avrointeqrasiya prosesinin real yekunlaşacağının faktiki mümkün olmayacağını bildirirəm, necə ki hətta Türkiyə üçün də real Avropa perspektivi mümkün deyil. Bütün bunlar sadəcə tələdir, Rusiya ilə Avrasiya əlaqələrinin qarşısını almaq üçün fürsətdir, hansı ki həmin əlaqələr sadəcə mexaniki olaraq “Avropa kursu” adlanan kursa qarşı qoyulur və bu zəmində sərt şəkildə sual edilir: “Siz bizimləsiz, ya onlarla?”
O ki qaldı Qarabağ probleminə, amerikanlar özlərinə Zaqafqaziyedə qeyri-stabillik fazasını aktiv şəkildə başlamaq lazım gələndə asanca Qarabağ kartı ilə oynayırlar – birbaşa, ya da Türkiyə vasitəsilə. Bununla yanaşı nə Ermənistanın, nə də Azərbacanın taleyi onların veclərinə də deyil. Onlar ümumiyyətlə nə orda yaşayan adamları, nə xalqları, nə siyasətçiləri, nə bu dövlətlərin özlərini saya salmırlar və onları asanca hətta xırda siyasi effektə belə dəyişirlər.


Valeri Korovinin “Qarabağ haqqında imperiya söhbəti: Rusiya, Azərbaycan, Ermənistan, İran və Türkiyə Cənubi Qafqazın regional geopilitikasında” kitabından
22-06-2023 03:50 Baxılıb: 3590    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Кликните на изображение чтобы обновить код, если он неразборчив