Tanrı vardır, o sizi mühafizə edir


ABŞ-da 2011-ci ildəki dəhşətli 11 sentyabr hücumundan bir il sonra Amerika qəzetlərinin birində bu qısa xatırlatma-qeyd dərc edilmişdi. Əgər siz boş şeylərə görə çox tez əsəbiləşənlərdənsinizsə, onu diqqətlə, özü də bir neçə dəfə təkrar-təkrar oxuyun. Budur, həmin qeyd:

“Bəlkə də bilirsiniz, böyük bir şirkətin rəhbəri oğlunu ilk dəfə bağçaya apardığı üçün 11 sentyabr hücumundan sağ çıxmışdı.
Digər bir oğlan ona görə sağ qalmışdı ki, şirin qoğal almaq növbəsi ona çatmışdı.
Bir qadın işə gecikmişdi, çünki saat vaxtında zəng çalmamışdı.
Kimsə Nyu-Cersi avtomobil yolunda tıxaca düşdüyündən işə gecikmişdi.
Daha bir nəfər avtobusa gecikmişdi.
Bir qadın üzərinə qəhvə dağıtmışdı və geyimini dəyişdirmək üçün ona zaman lazım gəlmişdi.
Kiminsə avtomobili işə düşməmişdi, kimsə telefon zənginə cavab vermək üçün geri dönmüşdü.
Bir nəfər isə taksi tuta bilməmişdi.
Xüsusilə də məni o səhər yeni ayaqqabısını geyinən, iş yerinə müxtəlif vasitələrlə çatmağa çalışan, lakin ora çatmazdan öncə ayağında döyənək yaranan kişi təsirləndirmişdi. O leykoplastır almaq üçün aptekin qarşısında dayanmışdı! Bax o buna görə sağ qalmışdı.
İndi mən tıxacda ilişib qaldıqda, lift gecikəndə, telefon zənginə cavab vermək üçün geri qayıtdıqda... Bütün bu qıcıqlandırıcı xırdalıqlar baş verdikdə, daxilən düşünürəm ki, bu məhz o yerdir - həmin an Allahın qalmağımı istədiyi yer.
Növbəti dəfə sizə elə gəlsə ki, səhər istədiyiniz kimi getmir, uşaqlar ləng geyinir, siz maşınınızın açarını tapa bilmirsiniz, hər bir işıqforda dayanırsınız - ruhdan düşməyin və özünüzdən çıxmayın: Tanrı vardır, o sizi mühafizə edir.
Hər şey yaxşılığa doğrudur”.
Uğurlar sizə!

P.S. Bir çox işlərə baş qoşaraq,
Cəngəllikdə botanik kimi dolaşma,
Hər yerə çatmadığına görə üzülmə,
Bəlkə sən “Titanik”ə gecikmisən. 
İqor Quberman

Zöhrə İsmayılova
шаблоны для dle 11.2
12-09-2021 20:11 Baxılıb: 550    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}