Qadınlar üçün ailə qanunları

Anar Abbasov

Ərin işdən evə gələndə onun yorğun üzünə baxıb əhval-ruhiyyəsini anlamağa çalış. Xoş sima ilə, nəvazişlə yorğunluğunu ona unutdur. Əgər işi barədə sənə danışırsa, bunu sənə qarşı etimad və sirdaşlıq kimi qəbul et. Hətta söhbət sənin üçün maraqlı olmasa belə dinlə. Əgər yoldaşın öz işi barədə danışmaq istəmirsə, inadkarlıq göstərmə, təkid etmə.
Ərini hər səhər işə yola salmaq üçün oyanmağa çalış. Bu hərəkətlə ona qarşı diqqətini ən bariz şəkildə göstərmiş olarsan. Onu qapıya kimi ötür, xoş sözlə, dua ilə yola sal.
Evin əmlakına məsuliyyətlə yanaş. Bunları almaq üçün nə qədər zəhmətlər çəkildiyini unutma.
Əgər həyat yoldaşın evə bağlanmırsa, dostları ilə yeyib-içməyi evdə şam etməkdən üstün tutursa, əvvəlcə bunun səbəbini aydınlaşdır, sonra həmin səbəbi aradan qaldırmağa giriş. Günahı ərinin boynuna yıxmağa tələsmə. Yaxşı düşün: bəlkə bu vəziyyətin yaranmasında sənin də təqsirin var?
Uşaqları ataya hörmət hissi ilə böyüt.
Davamı    
 

Bu mərd, igid kişini necə sevməyəsən, hörmət etməyəsən?

Davamı    
 

Əli rahi - həqiqətdir

Azər Bandoj

Əli şahi - vilayətdir.
Əli mahi - imamətdir.
Əli rahi - həqiqətdir.
Əli nuri - hidayətdir.
Əli şəmsi - ədalətdir.
Əli mehrü məhəbbətdir.
Əli babi - kəramətdir.
Əli dəryayi - hikmətdir.
Əli zikri ibadətdir.
Əli miskinlərin ahi.
Əli zülmətlərin mahi
Əli kamillərin rahi.
Əli aşiqlərin cahi.
Əli mö'minlərin şahi.
Əli üşşaqə dərgahi.
Əli, Allah qədəmgahi.
Əli, dərki - huvəllahi.
Əli, məhvi - cəhalətdir.
Davamı    
 

Bir az da yuxarı get

Davamı    
 

Qasim Süleymani - İraq şiələrinin xilaskarı

Davamı    
 

Övlad tərbiyəsi

Rasim Hüseynov

Valideynin borcu, vəzifəsidir ki, övladının tərbiyəsi ilə məşğul olsun. Hər yaş dövrünə uyğun onunla rəftar etsin. Vaxtında nökərçilik, qulluq işlərini ona buyurmalı, vaxti çatanda onunla dost, sirdaş, vəzir, vəkil kimi rəftar etməlidir.
Övlad valideyni özünə sirdaş, dost, həyatda yaxın bir insan, çətin vaxtında ona sözünü, dərdini deyə biləcək, büdrədiyi zaman əlini tutacaq bir ata, ananın olmasını hiss etməlidir. Bu rəftar dövrü14-15 yaşından sonra həyata keçirilir. Buna qədər isə uşağa pis ilə yaxşını anlatmaq, pis işlərinə görə tənbeh, yaxşı işlərinə görə mükafatlandirmaq dövrüdür.
Hər dövrün öz çətinliyi, sıxıntıları olur. Lakin həddi-buluğ yaşındakı uşaqlar daha həssas olduğuna görə onlarla daha incə rəftar tələb olunur. Bu proseslər zəncirvari bir-biri ilə sıx əlaqəlidir.
Davamı    
 

Əxlaqi dəyərləri üstün tutan cəmiyyət mümkün olan bütün vasitələrlə buna etiraz etməlidir

Hər nə qədər "gənclərin istirahət və əyləncə mərkəzi" kimi təqdim edilsə də, barlar, diskotekalar həmişə bir çox cinayətlər üçün, xüsusən də, fuhuş və narkotik üçün zəmin yaradıb. Bu, belə demək mümkünsə, qaçılmazdır. Müasir quldarlar (kapitalistlər) bunu çox gözəl bildikləri üçün müxtəlif adlar altında mütəmadi şəkildə bunun təbliğatını aparırlar. İstəkləri budur ki, bütün cəmiyyətlərdə barlar, diskotekalar fəaliyyət göstərsin. Göstərsin ki, gəncləri istirahət, əyləncə adı altında fuhuşa, narkotikə cəlb edə bilsinlər, mənəviyyatsız cəmiyyət formalaşdıra bilsinlər. Beləcə insanları özlərindən asılı vəziyyətə salsınlar.
Barların, diskotekaların fəaliyyətinə münasibət müxtəlif cəmiyyətlərdə müxtəlif cürdür. Bu cəmiyyətləri ümumiləşdirib əsasən 3 yerə bölmək olar:
1. Buna normal və hərtərəfli yanaşan cəmiyyət. Bu anormal cəmiyyətdir.
Davamı    
 

Ayaqyalın Yəmən Səudiyyə və arxasında duran ölkələri məğlub edir

Davamı    
 

Şiə məzhəbinin digər İslami məzhəblərdən daha aktiv və daha möhkəm təməlləri var

Davamı    
 

Ey Şiə!

Davamı    
 

Cihad Muğniyənin bacısına dedikləri

Şəhid Cihad Muğniyənin bacısı belə deyir:
"Qardaşım məni küçədə gördü və mənə  tərs baxışla başa saldı ki, get evə gəlirəm. Çox qorxurdum... İndi gəlib məni tənbeh edəcək.
Axşamçağı olmuşdu. Dəstəmaz alib iki rükət namaz qıldı və namazdan sonra dedi bura gəl.
Çox qorxurdum.
Dedi, bacı, otur.
Oturdum.
Müqəddiməsiz başladı Xanım Zəhradan bir rozə oxumağa, ağladı və məni də ağlamaq tutdu.
Sonra dedi, bacı, bilirsən bibi niyə üzünü mövladan gizlədirdi?
Ona görə ki, Əli qəzəblənməsin. Axı qeyrətliydi.
Bilirsən bibi hətta qapı arxasında belə qoymadı çadrası başından düşsün?!
Bilirsən niyə İmam Həsən tez qocaldı?
Davamı    
 

Ayәtullah Sistaninin nәsihәtlәri

Davamı    
 

Böyük alim, ilahiyyatçı: Şıx Qələm

Xalqımız tarixən öz dininə bağlı xalq olmuşdur. Məhz bunun nəticəsidir ki, zaman-zaman ölkəmizdə savadlı ilahiyyatçı və din xadimləri çıxmışdır. Bu şəxslər Mədinə, Nəcəf, Məşhəd (Xorasan), Dəməşq, Səmərqənd, Buxara və digər dini mərkəzlərdə mükəmməl ali dini təhsil aldıqdan sonra Vətənə qayıdaraq müqəddəs dinimizi, Qurani-Kərimi təbliğ etməklə insanları sülhə, ədalətə, bərabərliyə, saflığa, paklığa və doğru yola çağırmışlar.
Azərbaycan Respublikasının cənub-şərqində, dağlar qoynunda yerləşən Lerik rayonu təkcə özünün gözəl təbiəti, uzunömürlüləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə deyil, eyni zamanda din xadimləri ilə də tanınır. Bütün ölkədə tanınan Mirkərim Axund, Şeyx Qələm Axund, Molla Hüseyn Axund, Hacı İlham Axund də digər din alimləri məhz Lerikdə dünyaya göz açmışlar. Bu dini alimlərdən Şeyx Qələm Axundun adını ilk dəfə valideyinlərimdən eşitmişəm.
Davamı    
 

Японская мудрость. 35 ключевых фраз

1. Уступай дорогу дуракам и сумасшедшим.
2. Женщина захочет — сквозь скалу пройдёт.
3. Не задерживай уходящего, не прогоняй пришедшего.
4. Быстро — это медленно, но без перерывов.
5. Лучше быть врагом хорошего человека, чем другом плохого.
6. Без обыкновенных людей не бывает великих.
7. Кто сильно желает подняться наверх, тот придумает лестницу.
8. Муж с женой должны быть подобны руке и глазам: когда руке больно — глаза плачут, а когда глаза плачут — руки вытирают слёзы.
9. Солнце не знает правых. Солнце не знает неправых. Солнце светит без цели кого-то согреть. Нашедший себя подобен солнцу.
Davamı    
 

Ayətullah Xamenei İntizardan danışdı: Səbrsiz olmaq qadağandır

Eastnews.org-un verdiyi xəbərə görə, İran İslam Respublikasının Ali lideri Ayətullah Seyid Əli Xamenei İmam Mehdinin doğum günü münasibətilə çıxış edib.
Ayətullah Xameneinin çıxışı radio, televiziya kanallarından və sosial şəbəkə hesablarından müxtəlif dillərdə canlı yayımlanıb.

"Bəlkə də bəşər tarixində dünyanın hər yerində, insan cəmiyyətində insanların bu günkü qədər bir xilaskar ehtiyacını hiss etdikləri bir dövr az olub. İstər şüurlu şəkildə ehtiyacı hiss edən elitalar, istərsə də özü belə bilmədən ehtiyacı olan bir çox insan olsun. İmam Mehdinin ilahi gücün, məsum imamətin və ilahi hidayətin əli olduğunu hiss edirik. Tarixdə neçə dəfə bu əzəmətli həqiqətə ehtiyac duyduq. Bu gün insan kommunizmdən Qərb demokratiyasına qədər, liberal demokratiyaya qədər özünü rahat hiss etmir.
Davamı    
 

Ona dua edin...

Rauf Hüseyn

Qardaşlardan bir neçəsi illər öncə Ərbəin ziyarətinə Kərbəlaya yollanmışdılar. Yollarını piyada daha çox yol getsinlər deyə Bəsrə yoluyla getmişdilər. Həmin zəvvarlardan birinin mənə nəql etdiyini sizə danışım.

Gecə vaxt idi, biz qaranlığa düşmüşdük. İlk dəfə idi gedirdik, nə edəcəyimizi bilmirdik. Vahimə də basmışdı. Bir yer axtarırdıq ki, gecələyək. Bir də gördük ki, adamlarla dolu maşınlar gəldi. Hərbi paltarlılar və mülki geyimlilər bizə dedilər gəlirsiz biznən.
Davamı    
 

Gör onda nələr baş verər!

Elsevər Hüseynov

Aşağıdakı görüntülərə fikir verin.
Bu möhtəşəm görüntülərə baxarkən şiəliyin niyə düşmənin hədəfində olduğunu anlamaq olur.
İslamın ən böyük düşmənləri şiəliyi, İmam Hüseyn (ə.s) məclislərini hər vəchlə vurmağa, zəiflətməyə, gözdən salmağa çalışırlar.
Kərbəlada ziyarətində olan bu izdiham, bu insan seli onları qorxuya salır, yuxularını ərşə çəkir.
Müsəlman aləminin çox az bir hissəsi- təxminən 15-20 faizi şiə əqidəsinə qulluq edir. Bu qədər az bir hissə bu qədər möhtəşəm, düşməni titrədən bir izdiham yarada bilirsə, gör onda müsəlman aləminin böyük bir hissəsi İmam Hüseyni tanıyıb onun ətrafına toplaşsa nələr baş verər!
Bircə yumruqla düşməni- imperializmi və sionizmi yerin dibinə soxar.
Düşmən bunu anlayır və dərk edir. Müsəlman görüntülü məxluqlar bunu anlaya bilmir.
Davamı    
 

MÜQƏDDƏS LƏNKƏRANİ

İbrahimxəlil Hacı Mahmud oğlu Xansuvarov (1890-1989) Lənkəran şəhərində anadan olub. Atası Hacı Mahmud Lənkəran qəzasının tanınmış varlı və tacirlərindən idi. Anası Xanımbacı Lənkəran qəzasının Şiyəkəran kəndindən idi, Nəcəfdə təhsil almış Axund Ağahuseynin qızı olub.
İbrahimxəlil Mirzə Əhməd Qaib və Mirzə Ağalı məktəbində təhsil almışdır. Ərəb, fars, rus, talış, gilək və fransız dillərini bilmişdir. Yaxşı xətnəfis olub. Şikəstə xət növu ilə əla yazarmış.
Bildirilir ki, bir cox alimlərlə oturub dini mubahisələr edər, bəzi az savadlılar ondan çəkinər, danışmazdılar. Mütaliə dairəsi geniş olmuşdur. Lənkəranın tanınmış ruhanisi İmam Axund ilə fars dilində məktublaşmışdır.
Lənkəranda "Fövcül-Fusəha" şairlər məclisinin uzuvlərindən biri olmuşdur. Təxəllusu Müqəddəsdir.
Davamı    
 

Elə bilirdim insan ateist oldusa, vəssalam, dahidir!

Ziya Balıyev
 
Hərdən çox adam məndən soruşur ki, necə oldu iman gətirdin? Ateizmdən İslama keçməm çox insan üçün maraqlıdır.
Səbəbin nə olduğunu soruşanlara, həmişə Allah deyə cavab verirəm. Bəs vasitə kim oldu deyənlərə isə, cavabım standartdır: Həzrəti Əli.
Bu prosesi tam olaraq ilk dəfə yazıram. Deməli, əvvəl ateist olanda çox güclü dahilik sindromu yaşayırdım, indiki yeni ateistlər kimi. Elə bilirdim insan ateist oldusa, vəssalam dahidir və hər şeyi bilir. Din kitablarını oxumadan, ancaq xüsusi çıxarışlarla tənqid edirdim.
Məsələn, ateistlərdə məşhur Quran tənqidi var. Turan Dursun saytına girərlər.
Davamı    
 

Füzulinin hərəmdəki vəzifəsi

Natiq Rəhimov

...O zamanlar elektrik enerjisi olmadığı üçün binalar, o cümlədən, ziyarətgahlar çıraq və şamlarla işıqlandırılırdı. Xüsusi xidmətçilər vardı ki, hər səhər çıraqları yandırar, yanacağa nəzarət edər, axşamlar işığı söndürərdilər. Füzulinin hərəmdəki vəzifəsi bu idi.

Davamı    
 

    
 

    
 

Uşaqlara hər gün deyilməsi vacib olan 8 cümlə

Uşağa verilən tərbiyənin əsas təməl prinsiplərindən biri də gündəlik olaraq onlara diqqət yetirmək və onlara vaxt ayırmaqdır. Hətta uşaqlara ayrılan vaxtın onlar üçün xərclənən pullardan daha vacib olduğu deyilir.
Üsuli-Kafi əsərində İmam Sadiqdən belə bir hədis nəql edilir: “Uşaq 7 il oynayar, yeddi il yazma oxumağı təlim alar, (növbəti) yeddi ili isə halal-haramı öyrənər”. (Üsuli-Kafi cild-6, səh 47)
Oxşar hədis İmam Əlidən də nəql olunub: “Uşaq yeddi ili azaddır. (İkinci) Yeddi ili ədəb-ərkan alar və diqqət mərkəzində olar, (Növbəti) yeddi ili isə dost olar”. (Biharul-ənvar cild-23, səh-65)
İmam Əli uşağa verilən əhəmiyyət və tərbiyə tərzi barədə buyurur: “Uşaqları öz adətlərinizə və işlərinizə vadar etməyin. Çünki onlar sizin zamandan qeyri bir zaman üçün yaradılıblar”. (Nəhcül-Bəlağə, 240-ci kəlam)
Davamı    
 

Kərbəlayi Mirzə Hüseyn

Sağ tərəfdə əyləşən Bakı milyonçusu Kərbəlayi Mirzə Hüseyn Qurban oğlu.
Davamı    
 

Şiəlik - ideal inancdır

Ziya Balıyev
 
İran və Şiəlik haqqında paylaşımlara görə bir neçə yoldaş məni, maddi marağımın olmasında ittiham etdi.
Yəni ki, bucür paylaşım etdiyimə görə İran mənə maddi kömək edir.
Bir şeyi anlamaq lazımdır ki, İran belə bir şey etsə əgər, mənə yox, məndən daha məhşur və savadlı insanlara edər.
Mənim İran və Şiəlik sevgim araşdırmalarımdan sonra yaranıb. Atam ləzgilərdən, anam isə çoxdan köçmə ərəblərdəndir. Hər iki tərəfdən Əhli Sünnə məzhəbinə sahib insanlardır qohum əqrabam.
Uşaqlıqdan da Şiəliyə qarşı antipatiyayla böyümüşəm.
Düzdür, nə olduqlarını bilmirdim, amma bir fobiya yeridilmişdi içimə.
Davamı    
 

Леонид Савин - АРБАИН

Представьте себе, что в г. Александров на несколько дней прибывают все жители Москвы, а также еще около десяти миллионов  русских православных, проживающих за границей. Они направляются туда, чтобы провести совместную молитву в память русского царя Иоанна Четвертого, известного как Иван Грозный. Вероятно, это невозможно, как в силу транспортных особенностей и городской инфраструктуры, так и отсутствия исторических прецедентов.
Хотя, конечно же, в России проходят массовые крестные ходы и молебны. Великорецкий крестный ход, хоть и длинее по маршруту дистанции между Москвой и Александровым - 150 км., а количество паломников действительно огромное - в 2017 г. в нем приняло участие около 100 тысяч человек.
Davamı    
 

Ayətullah Şeyx Qüdrətullah Lənkərani (1870-1960)

Ayətullah Şeyx Qüdrətullah Lənkərani talış xalqının İslam dünyasına bəxş etdiyi daha bir məhşur ruhanisi və ali məqamlı alimlərdən biri olub. O, 1870-ci ildə Masallı şəhərinin tabeçiliyində olan Ərkivan kəndində dünyaya göz açıb.
Mədrəsə dərslərini, o cümlədən Quran qiraəti, Gülüstan, Bustan, Nisabuş-sibyan və həmçinin hövzənin müqəddimə dərslərini məntəqənin ruhanilərindən bəhrələndi. Hələ cavan yaşlarında Ərdəbil elmi-dini hövzəsinə yola düşdü. Bir sıra ibtidai və ali səthli dini dərsləri Haci Mir Saleh Müctəhid Ənvari və Ağa Seyid Mürtəza Xəlxali və başqa alimlərdən öyrəndi. Sonra Nəcəfi-əşrəfə səfər etdi.
Orda Molla Məhəmməd Fazil Şərəbyani, Seyid Məhəmməd Kazim Təbatabai Yəzdi, Axund Molla Məhəmməd Kazim Xorasani və başqalarından bəhrələnib.
Davamı    
 

Leonid Savin: Şiələr ədalətə can atırlar və zülmə qarşı mübarizə aparırlar

Ərbəin yürüşündə iştirak etmiş rusiyalı politoloq nələr dedi?
 
Ərbəin yürüşü get-gedə bütün dünyada populyarlıq qazanmaqda, müxtəlif konfessiyalar arasında maraq yaratmaqda, xristianlar, xüsusən də pravoslavlar tərəfindən sevilməkdədir. Bu il Ərbəin yürüşünə qatılan Rusiya ictimai-siyasi xadimlərindən biri də tanınmış politoloq, beynəlxalq münasibətlər və konflikt nəzəriyyələri üzrə ekspert, Beynəlxalq Avrasiya Hərəkatı administrasiyasının rəhbəri Leonid Savin olmuşdur. Avrasiya.info olaraq Leonid Savin Ərbəin yürüşü haqqında fikirlərini sizə təqdim edirik.
 
İraqda hər il İmam Hüseyn müsibəti ilə bağlı ağlasığmaz tədbir keçirilir.
Davamı    
 

Yürüşə qatılmış Rusiyalı siyasətçi: Ərbəin məni sarsıtdı və heyran qoydu

Bu il 10-a yaxın Rusiya ictimai-siyasi xadimi Kərbəlada şəhid olmuş İmam Hüseyn (ə) və 72 tərəfdarının yad edilməsi münasibətilə keçirilən Ərbəin yürüşündə iştirak etmişlər. Onlardan biri də tanınmış Rusiya siyasətçisi Vyaçeslav Matuzovdur.
Vyaçeslav Matuzov 1941-ci ildə anadan olmuşdur. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir. Uzun illər SSRİ və RF-in ABŞ-dakı səfirliyinin müşaviri, RF-in Livandakı səfirliyinin birinci katibi işləmişdir. Rusiyanın Ərəb Ölkələri ilə Dostluq və İşgüzar Əməkdaşlıq Cəmiyyətinin prezidenti, Liviya və Suriya Xalqları ilə Həmrəylik Komitəsinin üzvüdür.
Siyasətçi avrasiya.info saytına bunları demişdir: “Demonstrantların sayı 20 milyonu keçirdi. Bu izdihamlı yürüş insanı ruqqətə gətirirdi.
Davamı    
 

Али Хаменеи – покровитель шиитов и борец с международным империализмом

Исмаил Шабанов,
член Совета при президенте России по межнациональным отношениям
 
Миллионы шиитов по всему миру также считают Хаменеи своим лидером и готовы воевать против врага под его флагом, а главным врагом иранцев и всех мусульман рахбар всегда считал международный империализм во главе с США
 
9 ноября шиитская умма отметила годовщину 40 дня мученической и героической смерти Хусейна ибн Али (а.с.) и его сподвижников.
Davamı    
 

Heç bir tarixdə, heç bir millətdə, heç bir mədəniyyətdə, heç bir məktəbdə belə bir şey yoxdur

İlkin Nəcəfov
 
"Sizin elə bir şeyiniz var ki, nə Qərbdə, nə Şərqdə və nə əvvəl və nə də indi heç kəsin yoxudur"
 
Özüm şəxsən BBC və NTV-nin saatbaşı xəbərlərini izlədim. Dedim bəlkə insanlıq tarixində ən böyük kütləvi yürüş olan Ərbəin haqqında heç olmazsa 5-10 saniyəlik xəbər verərlər. Amma 1 kəlmə belə vermədilər. Biz heç vaxt say çoxluğu ilə öyünməmişik. Amma belə bir böyük xəbərin gizlədilməsi çox məsələlərdən xəbər verir.
Vüsal Sadıxov qardaş əla yazıb. Biz nəyə sahib olduğumuzun qədrini, qiymətini bilmirik. İmam Hüseyn (ə) və Kərbəla məktəbilə tanış olduğumuz üçün bizim üçün adiləşib.
Davamı    
 

Putinin ideoloqu Ərbəin yürüşünə qatıldı

Faktxeber.com-un verdiyi məlumata görə, Kremlin hazırkı siyasətinin ideoloqu kimi tanınan, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin Ərbəin yürüşündə iştirak etmək üçün İraqa səfər edib. Müxtəlif ölkələrdən olan mədəniyyət nümayəndələri və bir sıra mətbuat işçiləri ilə birgə Nəcəf şəhərinə gələn rusiyalı strateq müsəlmanların böyük izdihamla qeyd etdiyi yürüşdə şəxsən iştirak edəcəyini bildirib.
İraqa gələrkən yerli mətbuata açıqlama verən Aleksandr Duqin qeyd edib ki, dünyanın mənəvi və ilahi inqilaba ehtiyacı var: "Mən uzun illərdir ki, bu önəmli yürüşlə bağlı məlumatlar alıram. Çox istəyirdim ki, özüm şəxsən bu yürüşdə iştirak edim. Bəzi türk dostlarım da var idi ki, onlar da bu mərasimə qatılmaq istəyirdilər. Ona görə də biz Ərbəin yürüşündə iştirak etmək qərarına gəldik.
Davamı    
 

Nəriman Nərimanovun Həzrət İmam Hüseyn barədə Stalinə məktubundan

Azərbaycan SSR-nin ilk dövlət və hökumət başçısı Nəriman Nərimanovun İ.Stalinə “Ucqarlarda inqilabımızın tarixinə dair” adlı məşhur məktubundan:
 
"...Bu, Yezidə qarşı mərdanə çıxış etmiş adamın həyatından bütöv bir faciədir. Min illərdir ki, müsəlmanlar Məhəmmədin ən sevimli nəvəsi İmam Hüseynin işgəncəli ölümü günü matəm yürüşü keçirir, ən dəhşətli şəraitdə düşmənlərin əlinə keçən Hüseyn və onun ailəsinə məhəbbət və rəğbət əlaməti olaraq bu və ya digər yolla həmin hadisələrə öz münasibətlərini bildirirlər. Bu, öz gücsüzlüyünü bilərək Məhəmmədin qanunlarını pozan, hamını və hər şeyi qızıla almaq istəyən Yezidə qarşı mərdi-mərdanə çıxış etmiş adamın həyatından bütöv bir faciədir... İmam Hüseyn tabe olsun və vicdanını qızıla satsın deyə, Yezid bütöv bir vilayəti idarə etməyi ona təklif edirdi. O bunu etmədi, həlak oldu..."
Davamı    
 

ŞUÜR VƏ EŞŞƏKLƏŞDİRMƏ

Doktor Əli Şəriəti
 
İçində olduğumuz xüsusi vəziyyət son sözü başda deməyimizi, kitabı sondan oxumağa başlamağımızı tələb edir. Buna görə mövzu istər-istəməz sizin üçün darıxdırıcı ola bilər. Lakin hər ehtimala qarşı vaxt olmadığı üçün bir neçə mövzunu bir mövzuda birləşdirməyi qərara aldım. Bu da məsələləri daha qapalı vəziyyətə gətirir. Sonda deyəcəyim şeyləri başda deməyim mövzunun qapalılığını artırır. Amma başqa çarəm yoxdur. Sizə demək istədiyim ən təməl mövzu, elmi bir məsələ deyil, fikri bir məsələdir. Mənim dilə gətirmək istədiyim, ancaq açıqlama və izaha ehtiyac duymayan ən önəmli məsələ budur: Gəlin özümüzü elmi nöqtədən qanə etməklə fikri baxımdan doymayacağımızı bilək.
Davamı    
 

Həzrət Ayətullah Şeyx Bəşir Ərkivani Lənkərani

Talışın böyük ruhanilərindən olan Həzrət Ayətullah Şeyx Bəşir Ərkivani Lənkərani, Qafqaz məntəqəsinin əzəmətli alimlərindən, ali məqamlı ruhanilərindəndir.
Şeyx 1866-ci ildə Lənkəran zonasının Masallı rayonunun tabeçiliyində olan Ərkivan kəndində dünyaya göz açdı. Quran qiraəti, Gülüstan, Bustan kimi o zamanlar Qafqaz mədrəsələrində ənənəvi olaraq tədris olunan kitabları məntəqə ruhanilərindən öyrəndi. Sonra Ərdəbil və Zəncan elmi hövzəsinə yola düşdü. Bir sıra ali səthli dini dərsləri və həmçinin kəlam, hədis və təfsir elmini Ayətullah Hacı Mir Saleh Müctəhid və Ayətullah Ağa Seyid Mürtəza Xəlxalidən öyrəndi.
Sonra təhsilini təkmilləşdirmək üçün, Nəcəfi-əşrəf dini hövzəsinə səfər etdi. Ali elmi-mənəvi məqamlara sahib oldu.
Davamı    
 

Doktor Əli Şəriəti barədə xatirələr

Doktor Məhəmməd Mövləvi:
-Mən Məşhədliyəm və doktor Əli Şəriətini uşaqlıqdan tanıyıram. Mən Şahrıza, Əli (Şəriəti) isə Firdövs məktəbində oxuyurdu. Lakin "Həqiqətlərin Yayımı" mərkəzində bir yerdə idik. Fransada da birlikdə geniş yığıncaqlarımız olurdu. Bu məclislərdən birində cənab Jan Pol Sartr da var idi. Əlcəzair mübarizəsi üçün zirzəmidə təşkil olunmuş məclis idi. Həmin məclisdə Jan Pol Sartr məndən soruşdu: "Sən bu Əlini (Şəriəti) tanıyırsan?" Dedim: "Bəli". Dedi: "O şərqdən doğacaq bir ulduzdu!" O zamanlar biz nənki Əliyə əhəmiyyət vermirdik, hətta onunla aramızda fikir ayrılıqları da var idi. Biz əslində Əlinin belə bir şəxsiyyət olacağını güman belə etmirdik. Lakin Jan Pol Sartr bu sözü dedi!
***
Ayətullah Lahuti İrşad Hüseyniyyəsində dedi:
Davamı    
 

Заклинание-оберег Нараяны. Нарайана Кавача.

1-2. Царь сказал: Владыка, поведай мне о том чудесном заклинании, сблагодаря которому тысячеокий Индра разгромил вражеских воинов, - пеших и на боевых животных – и завладел богатствами трех миров. Что это за молитва, которая позволяет быть неуязвимым в бою?
3. Блаженный сын Вьясы отвечал: Когда Вишварупа согласился быть священником в стане богов, Индра попросил его изготовить для его войска надежные доспехи. И новый святитель сотворил из имени Нараяны защитный оберег.
4-6. Вишварупа сказал: Братья мои, в следующий раз, когда почувствуете опасность, окропите водой руки, стопы и чело. Затем, коснувшись осоки-куши, сядьте лицом на север и храните молчание, пока мысли ваши не прибудут в умиротворении. Затем произнесите в уме восьмисложное заклинание.
Davamı    
 

Həzrət Ayətullah Axund Ağaməli Lənkərani

Ayətullah Axund Ağaməli Lənkərani Qafqaz məntəqəsinin görkəmli alimlərindən olmuşdur. O, 1872 ildə Masallı rayonun tabeçiliyində olan Sığdaş kəndində anadan olmuşdur. Mədrəsə dərslərini və bir sıra müqəddimə dərslərini yerli ruhanilərdən öyrənmişdir.
Cavan yaşlarında Quma dini hövzəsinə getmişdir. Orda bir neçə il oxuduqdan sonra Nəcəfə yola düşmüşdür. Nəcəfdə onun ustadları Ayətullahül-üzma Seyid Məhəmməd Kazim Təbətəbai Yəzdi, Ayətullahül-üzma Axund Molla Məhəmməd Kazim Xorasani və Həzrət Ayətullahül-üzma Şəriət İsfəhani kimi böyük alimlər olmuşdur. Əqli elmlərdə də Ayətullah Ağa Seyid Hüseyn Badkubeidən dərs alaraq, ali elmi-mənəvi məqamlara çatmışdır.
Təhsilini başa çatdırdıqdan sonra doğma torpaqlarına qayıtmışdır.
Davamı    
 

Gələcək şiələrindir

"Şiə sözü ən qədim Misir yazılarında Şu kimi yazılırdı və ölümsüz ruh mənasını verirdi.
Davamı    
 

Huffington Post: Əgər həqiqi İslamı tanımaq istəyirsənsə, Ərbəin ziyarətinə get


Amerikanın “Huffington Post” qəzetində milyonluq Ərbəin ziyarəti haqqında məqalə dərc olunub.

Davamı    
 

Amma siz silahları, gücünüzü bizə qarşı döndərmisiniz

Bu gün Hüseynin və Əlinin məktəbindən, əzadarlığa gələn insanlardan qorxmaq lazım deyil. Vahhabilikdən, nurçuluqdan qorxmaq lazımdır- bu qurumlar bütün dünya kimi bizi də təhlükə altına almışdır. Mübarizə aparmaq istəyirsizsə, Hüseyn adına yığışıb sinə vuranlarla yox, gənclərimizi zəhərləyən vahhabilik düşüncəsi ilə, ondan da təhlükəli olan, amma zahirdə gözəl və mədəni görünən nurçuluq ilə mübarizə aparın. Biz də bu yolda sizə yardım etməyə hazırıq- bizim də bu yolda vəzifəmiz vardır, bizim də çiynimizə yük düşür! Amma siz silahları, gücünüzü bizə qarşı döndərmisiniz.
Davamı    
 

Ağamız barədə xoş xatirə

Tehran universitetinin riyaziyyat ustadlarından biri deyirdi:
Davamı    
 

Rusiyalı siyasətçilər şiə müqəddəslərinin ziyarətində


Davamı    
 

Peyğəmbərin (s) Həzrət Əliyə (ə) vəsiyyətləri

İmam Sadiqdən (ə) nəql olunur ki, həzrət Peyğəmbər (s) Həzrət Əliyə (ə) vəsiyyət edərkən belə buyurmuşdur:

◘Ey Əli! Sənə etdiyim vəsiyyətləri heç vaxt unutma və onlara riayət et. Əgər bunları yadda saxlayıb riayət etsən, daim xeyir içində olarsan.
◘Ey Əli! Hər kəs qəzəblənib qəzəbini əməli surətdə nümayiş etdirmək qüdrətinə malik olsa, lakin bunu etməyib qəzəbini boğsa, Allah-təala Qiyamət günün onu elə bir amanda saxlayar ki, bunun ləzzətini hiss edər.
◘Ey Əli! Hər kəs ölən zaman gözəl və ədalətli vəsiyyət etməzsə, onun mürüvvət və comərdliyi naqis hesab edilər. 

Davamı    
 

Peyğəmbərin (s) nəhy etdikləri

Şeyx Səduq Peyğəmbərdən (s) rəvayət etmişdir ki, o həzrət (s) bir çox şeyləri nəhy etmişdir. Bu nəhylərin bə`ziləri məkruh, bə`ziləri  də mühərrəmatlardır. Biz onların müəyyən qismini burada qeyd edirik:

1.Cənabət halında yemək yemək.
2. Hamamda misvak etmək.
3. Ağızın, yaxud burunun suyunu məsciddə yerə atmaq.
4. Məscidləri yol üstü keçid vasitəsi kimi istifadə etmək. Həzrət (s) buyurub: ”Yolunuzu məscidlərdən salmayın. Əgər belə etsəniz, orada iki rükət namaz qılıb sonra oradan çıxın.”
5. Meyvə ağacının altına bövl etmək.
6. Sol əllə yemək yemək.
7. Yemək yeyərkən söykənmək.
8. Məqbərələri tə`mir etmək və orada namaz qılmaq.

Davamı    
 

İldırım Şükürzadə - LƏNKƏRAN ZİYARƏTGAHLARI

ABBASİ ƏLƏM. Seydəkəran kəndində, Miri Qubadovun evində yerləşir. Deyilənlərə görə, ocaq XX əsrin 20-ci illərində yaranmışdır. Abbas adlı şəxsin adı ilə bağlıdır. Bank işçisi olmuş Abbasın təftiş zamanı maliyyə sənədlərində kəsir aşkarlandığı üçün evində axtarış aparılır. Axtarış nəticəsində onun evinin banında sandıq içində ələm tapılır. Qeyd edək ki, ələm ərəb sözü olub “əlamət”, “nişanə”mənalarında işlənməklə, islamiyyətdə bayraq rolunu oynamışdır.

Davamı    
 

Əmirəl-mö`mininin yetmiş fəziləti

“Məkhul” rəvayət edir ki, bir gün həzrət Əmirəlmö`minin Əli (ə) belə buyurdu: “Peyğəmbərin (s) ən yaxın dostları bilirlər ki, öz aralarında mənim fəzilətlərimə çata biləcək bir kəs yoxdur və mənə yetmiş fəzilət məxsusdur ki, bu məsələdə heç kəs mənə şərik deyil.” Ərz etdim: “Ey Əmirəlmö`minin (ə), məni onlardan agah edin.” Buyurdu: “Həmin fəzilətlər bunlardır:

1. Bir göz qırpımı miqdarında da olsa heç vaxt Allaha şərik qoşmamış, Lat və Üzzaya (Büt adları - red.) sitayiş etməmişəm. 
2. Heç vaxt şərab içməmişəm.

Davamı    
 

İmam Səccadın (ə) hüquq risaləsi

◘Əbu Həmzə Somali deyir: “Bu risaləni həzrət Səccad (ə) öz səhabələrindən biri üçün yazmışdır”.
“Sənin üzərində olan haqların ən böyüyü Allahın haqqıdır. Onun sənin üzərində haqqı budur ki,  Ona ibadət edəsən, Ona heç bir şərik qoşmayasan. Əgər ixlas üzündən belə etsən, Allah həm dünya, həm də axirət işlərində sənə kifayət edər.
Nəfsinin (yə`ni, sənin özünün) sənin üzərində haqqı budur ki, ondan yalnız Allaha itaət yolunda istifadə edəsən.
Dilin haqqı budur ki, onu söyüş söyməkdən qoruyasan, gözəl danışığa adət etdirəsən, faydasız sözlər danışmayasan, onun vasitəsilə camaata ehsan edəsən və onlara qarşı şirindil olasan.
Qulağın haqqı budur ki, onu qeybət və sair mühərrəmat eşitməkdən qoruyasan.

Davamı    
 

Peyğəmbərin (s) Qədir-xum günündə söylədiyi xütbədən

Qədir-xum günü həzrət Peyğəmbərin (s) göstərişinə əsasən onun üçün hazırlanmış minbərə qalxıb xütbə oxudu. Xütbə əsnasında əlli dəfədən artıq camaata xitab edib vilayət, Həzrət Əlinin (ə) canişinliyi, xilafətə tə`yin olunması barədə onlara göstərişlər verdi və bu məsələlərdə çoxlu tə`kid edib bu məsələni onlara tamam-kamal çatdırdı. İndi biz o həzrətin (s) misilsiz və qiymətli sözlərindən bə`zilərini sizə təqdim edirik.

◘Ey camaat! Allah onu (Əlini (ə)) sizə rəhbər tə`yin edib. Ona itaət etmək hər kəsə vacibdir.

Davamı    
 

Əmirəl-mö`mininin (ə) Kumeyl ibn Ziyada nəsihətlərindən

◘Ey Kumeyl! Hər gün Allahın adını çək və de ki, Allahın qüdrət və qüvvətindən başqa qüdrət və qüvvət yoxdur. Allaha təvəkkül et. Bizi də yad et və bizim adlarımızı çək, bizə salavat və salam göndər.
◘Ey Kumeyl! Allah Öz rəsulunu tərbiyələndirib ona ədəb qaydalarını öyrətdi. O, əziz isə məni tərbiyələndirib ədəbləndirdi. Mən də mö`minlərə tərbiyə verib ədəbləndirirəm və bu ədəb qaydalarını ali və nəcib insanlara irs olaraq verirəm.
◘Ey Kumeyl! Elə bir elm yoxdur ki, mən onu bilməmiş olum və agah olmadığım heç bir sirr yoxdur.

Davamı