Əməkdar artist ÜSYAN ETDİ: Türkiyədən gəlib Azərbaycanın pullarını aparırlar

Restoranlarda konsert mədəniyyətinin yaranması sevindirici haldır. İnsanlar ora sadəcə yeyib-içmək və oynamaq niyyətilə gəlməməlidir. Əsl musiqi tərənnüm olunmalıdır ki, insanların ruhu dincəlsin. Amma C kateqoriyalı türk ifaçılarının Azərbaycana ayaq açması və buradan böyük pullar aparması çox acınacaqlı haldır. Özümüzün çox güclü sənətçilərimiz var. Onların C kateqoriyalı ifaçıları potensialım qarşısında heç nədir. Nə güclü səsləri, nə sənətləri, nə də maraqlı bir çıxışları var.
Bu sözləri publika.az-a Əməkdar artist Rəşad İlyasov deyib.
Rəşad İlyasov bildirib ki, Türkiyədən bura gələnlərin çoxu zəif səs sahibləridir: “Türk musiqisində çox önəmli olan insanlar var. Müasir dövrün müğənniləri arasında da gözəl səsi və səhnəsi olanlar az deyil. Onlar xaric oxumur, ifasında da qüsur tapa bilməzsən. Məyus oluram ki, belə güclü sənətçilər deyil, oxuya bilməyənlər bizim restoranlarda səhnəyə çıxır. Hansısa yarışmada iştirak edən, bir az görkəmi olan və gitara ifa edə bilən bir ifaçı bura bəh-bəhlə dəvət olunur, qızların da ürəyi gedir onun üçün. Azərbaycanın pullarını daşıyıb aparırlar. Tamaşaçıları diqqətli olmağa çağırıram, bilmirsən ki, hansı məzhəbə qulluq edirlər. Qonaqlarla da ünsiyyət qura bilmirlər, səhnələri sıfır. Ya da dodaqları şişirdilmiş, burnu əməliyyat olunmuş qızları gətirirlər. Burun o qədər əməliyyat olunub ki, qığırdağı çürüməyə başlayıb. O adam başdan ayağa yığılmadı, onun sənəti nə olacaq? Özü də gənc yaşlarında. O gün bir restoranın qarşısından keçirdim, elə xarici səslər gəlirdi ki, başımı götürüb qaçmaq istəyirdim. Bilmirəm ki, o səsdən nə həzz ala bilirlər. Əmin olmadığım mövzunu dilə gətirmərəm, xüsusilə musiqidən söhbət gedirsə, mənim sahəmdir. Bu müğənniləri qınamaq istəmirəm, iradım onları dəvət edənlərə və o restoranlara gedənlərdir. Azərbaycanda öz ifaçılarımız yoxdur? Türk, rus dillərində mahnı oxuyuruq, lazım olanda digər dillərdə də canlı ifa edirik. Məkan sahibləri o pulu yerli ifaçıların səhnəsinə versə, görün necə gözəl konsertlər olar. Bu, bizim sənətçiləri incik salan məsələdir. Ruzini verən Allahdır, bilirsiniz, niyə narahat oluram? Bizi bəyənməyən bəzi restoran müdirləri Türkiyədən sanballı ifaçıları gətirsə, anlamaq olar”.
шаблоны для dle 11.2
28-05-2021 19:36 Baxılıb: 960    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}