Xilqət Talıbov - Əvvəlki deyil

Hər nəyin dadı gedib, sanki duz əvvəlki deyil,
Gecənin rəngi solubdur, günüz əvvəlki deyil.

Kağızın min üzü vardır, qələmin min dili var,
Yazılan haqq ədalətlə düz əvvəlki deyil.

Nə qədər şerü qəzəl yazdım ağız büzdü hamı,
Dedilər köhnə fikirlərdi, söz əvvəlki deyil.

Şah əgər olsa gədadan, ona mən qul olaram,
Nə gədada, nə də ki şahda üz əvvəlki deyil.

Məzlumun bir ahı min canı kül eylərdi, fəqət,
İndi yox, məzlumun ahında köz əvvəlki deyil.

Oğlanı bir də görərsən duvaq atmış başına
Bəy olur, bir də görürsən ki qız əvvəlki deyil.

Hər ziyanı görürük tez yozuruq xeyrimizə,
Görürəm bizdə ağıl, baş, göz əvvəlki deyil.

Üz tutaq çöllərə yığmağa təzək qış gününə,
Düşdü rövnəqdən ışıq, qazımız əvvəlki deyil.

Yeri yat, gözləmə almanı nağıldan sonra,
Danışanlarçün enir alma, qoz, əvvəllki deyil.

Deyirəm hər dəfə ,Xilqət, olaram hamı kimi ,
Deməyə gəlmir üzüm "məndə üz əvvəlki deyil".
шаблоны для dle 11.2
04-07-2021 20:04 Baxılıb: 1180    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}