1985 год. Кандагар. Афганистан. Гудрат Нагиев проводит служебный рейд в пехотной бригаде в составе Советских войск. В это время он попадает в окружение террористов и был тяжело поранился. Увидев это, командир взвода Григорян вступает в бой и использует все возможности, чтобы спасти Нагиева. Несмотря на тяжелое ранение, он вытаскивает Нагиева из-под пули. Увидевшие приближение помощи террористы отступают в горы. Раненых доставили в госпиталь города Термеза, расположенного на границе Узбекистана. Сержант Григорян и рядовой Нагиев, получившие тяжелые ранения, обещают друг другу, что если кто-то из них выживет, он должен пойти и принести соболезнования к семье погибшего. Григорян умирает по дороге, до больницы он не доезжает, a Нагиев выживает, но ему ампутируют левую ногу.
1985-ci il. Qəndəhar. Əfqanıstan. Qüdrət Nağıyev Sovet qoşunlarının tərkibində piyada qoşun briqadasında xidməti reyd keçirir. Bu zaman terrorçuların mühasirəsinə düşür və ağır yaralanır. Bunu görən vzvod komandiri Qriqoryan döyüşə qoşulur, Nağıyevi xilas etmək üçün əlindəki hər vasitədən istifadə edir. Ağır yaralandığına baxmayaraq, Nağıyevi güllə altından çıxarır. Kömək gəldiyini görən terrorçular dağlara çəkilirlər. Yaralıları vertolyotla Özbəkistan sərhədində yerləşən Termez şəhərindəki hospitala aparırlar. Ağır yaralanan serjant Qriqoryan və sıravi Nağıyev bir-birinə vəsiyyət edirlər ki, hansısa biri sağ qalsa gedib ailəsinə başsağlığı versin. Yolda Qriqoryan ölür, hospitala çatmır, Nağıyev isə sağ qalır, lakin sol ayağı amputasiya olur. Nağıyev sağaldıqdan sonra Bakıya yollanır. O öz vədinə sadiq qalır və bir ay sonra Bakı-İrəvan qatarı ilə gedib Qriqoryanın ailəsini tapır. Qəbrini ziyarət edir, iki yaşlı Aşot adlı oğluna hədiyyələr alır. Bir gün qalaraq Bakıya qayıdır.
Uşaq ata-anası ilə danışaraq deyir: –Ata, olar ki, bu bazar daçamıza mən tək gedim? Mən elə istəyirəm ki, özümü müstəqil hesab edim! Ata təəccüblənir və deyir: –Axı sənin cəmi 7 yaşın var, ata-anasız sən necə elektrik qatarı ilə... Uşaq onun sözünü yarımçıq kəsir: –Bütün stansiyalar mənim yadımdadır. Harda minməyi, harda düşməyi, harda bilet almağı bilirəm. Nə olar, ata, imkan ver, özümü böyüklər kimi hiss edim. –Sən bütün stansiyaları dəqiq yadında saxlamısan? – deyə ata soruşur. –Bəli, ata, onlar altıdır. Biz daçaya gedəndə mən həmişə onları sayırdım, qatar hər stansiyada dayananda mən bir barmağımı qatlayırdım. –Hansı stansiyada düşdüyümüzü də bilirsən? –Bəli, ata. Çox yaxşı bilirəm. –Hər ehtimala qarşı stansiyaların yazacam.
28-dən manatlıq taksiyə minib, yorğun halda Hövsan qəsəbəsində düşdüm. Burdan da kəndə getmək üçün adətən 132 və 161 saylı avtobuslardan istifadə edirəm. 10 dəqiqə gözlədikdən sonra 161 gəldi. Adətən mindiyimiz arxa qapıdan minmək istəyəndə sürücü bizi qabaq qapıya dəvət etdi. Təəccüb etsəm də, əmrə tabe oldum. Minəndə dedi ki, kartladır. Nə vaxtdan? Bü gündən, dedi. Əlimi çantama atıb cüzdanımı çıxardım. BakuKartımı götürüb, terminala yaxınlaşdırdım. Kartımda pul yox idi. Çoxdandır kartlı avtobuslardan və metrodan istifadə etmədiyim üçün qurtarmışdı və yükləməmişdim. Sürücü mənə avtobusdan düşməyi əmr etdi. Bir qədər duruxdum, doğrusu. Belə münasibətə alışıq deyiləm. İstər-istəməz ətrafıma baxdım. Camaat da mənə baxırdı. Nə mən onlara dedim ki, kimsə kartını pulunu ödəmək müqabilində müvəqqəti mənə versin, nə də təklif edən olmadı. Sürücü avtobusu sürməyərək mənim düşməyimi gözləyirdi. Düşdüm aşağı... Çox qəzəbləndim bu olaya.
Əli şahi - vilayətdir. Əli mahi - imamətdir. Əli rahi - həqiqətdir. Əli nuri - hidayətdir. Əli şəmsi - ədalətdir. Əli mehrü məhəbbətdir. Əli babi - kəramətdir. Əli dəryayi - hikmətdir. Əli zikri ibadətdir. Əli miskinlərin ahi. Əli zülmətlərin mahi Əli kamillərin rahi. Əli aşiqlərin cahi. Əli mö'minlərin şahi. Əli üşşaqə dərgahi. Əli, Allah qədəmgahi. Əli, dərki - huvəllahi. Əli, məhvi - cəhalətdir.
Мне говорили, что пора сдаваться, Чтоб прекратил свой творческий забег, Мол, с хамоватой рожею кавказца Тебя не примет русский человек.
Внушали мне, что нет и вовсе шанса, Мол, стать тебе народным не дано. Ты слишком русский для азербайджанца, Ну а для русских – «черный» все равно.
Меня просили, чтоб не увлекался, Чтоб не губил на тщетное года. Но я писал, трудился и старался, И не бросал родное никогда.
Не раз мне предлагали присмотреться, Мол, не родному служишь языку.
Hər nəyin dadı gedib, sanki duz əvvəlki deyil, Gecənin rəngi solubdur, günüz əvvəlki deyil.
Kağızın min üzü vardır, qələmin min dili var, Yazılan haqq ədalətlə düz əvvəlki deyil.
Nə qədər şerü qəzəl yazdım ağız büzdü hamı, Dedilər köhnə fikirlərdi, söz əvvəlki deyil.
Şah əgər olsa gədadan, ona mən qul olaram, Nə gədada, nə də ki şahda üz əvvəlki deyil.
Məzlumun bir ahı min canı kül eylərdi, fəqət, İndi yox, məzlumun ahında köz əvvəlki deyil.
Oğlanı bir də görərsən duvaq atmış başına Bəy olur, bir də görürsən ki qız əvvəlki deyil.
Hər ziyanı görürük tez yozuruq xeyrimizə, Görürəm bizdə ağıl, baş, göz əvvəlki deyil.
Şirinxanım Kərimbəyli ŞADİMAN
Bu dünyada xeyirlə şər çarpışır, Yaxşı adam şərə ürcah olmasın. Doğulandan insan canla yarışır, Can içində ağrı-acı qalmasın.
Gün ərzində min bir üzü görürük, Xeyir şərlə birgə ömür sürürük, Zəkamızın əkdiyini dəririk, Ömür bağı tez saralıb solmasın.
Həyat özü imtahana çəkəndi, Sualları üstümüzə tökəndi, Can sarayın uçurdandı, tikəndi, Dəryalar tək qabarmasın, dolmasın.
Hər kəs özün özlüyündə haqq sayır, İçi görmək müşkül, deyil çöl-bayır.
Vaqif müəllim bu şedevri ilə xalqının qəlbində daim yaşayacaq
1992-ci ilin əvvəllərində Gənc Tamaşaçılar Teatrının binasında Respublika Talış Mədəniyyət Mərkəzinin (sədri dr. Novruzəli Məmmədov, mən isə müavini idim) Talış mədəniyyətinə həsr edilmiş konfransın bədii hissəsinə rəhbərliyi Azərbaycan Pedaqoji İnstitutunun fizik pedaqoqu, professor Vaqif Nəsir öhdəsinə götürmüşdü. İki gənc - tələbə oğlan və qız aparıcı idilər. Qəfildən belə qərara aldıq ki, talışca yanaşı həm də türkcə (azərbaycanca) bir şeirlə başlansın, amma münasib bir şeir tapa bilmirdik… Təxminən min nəfərlik bu möhtəşəm yığıncağın ikinci- bədii hissəsinin başlanğıcına isə dəqiqələr qalmışdı. Vaqif müəllim dərhal bir qələm götürüb bədahətən (1-2 dəqiqə ərzində) aşağıdakı şeiri yazdı və aparıcı da dərhal əzbərləyib səhnəyə çıxdı…Hal-hazırda da ADPU-nin pedaqoq-professoru olan, AYB-nin üzvü, şair-yazar Vaqif Nəsirin elə bu şedevri ilə də daim xalqının qəlbində yaşayacağına əminik. Allah ona cansağlığı və uzun ömr bəxş etsin.
Sıxıldım dərdi-möhnətdən, Şəfa məndən uzaqlaşdı. Bəladən çox bəla gördum, Vəfa məndən uzaqlaşdı.
Ədəblə xoş qurulmuşdum, Nə xoş anlar duşunmuşdum. Qəfildən tərsə mən duşdum, Səfa məndən uzaqlaşdı.
Ağarmış saçlarım yandı, Halım ömrə çox allandı. Ruhum kövrək, ürək qandı, Dəva məndən uzaqlaşdı.
Umid azdır məndən daha, Zərər gördum qəmdən baha.
Qəbristanlıqda gördüyüm bir mənzərənin təsirindən
O gün qəbristanda yaşlı bir qoca Bir məzar daşını siğallayırdı.
Dayanıb qocaya baxdım doyunca; Qoca gah danışır, gah ağlayırdı.
Ömür-gün dostuna giley edirdi Ömrün şaxtasından, ömrün qarından.
Vəfasız, tək qoydun məni deyirdi, Təsəlli umurdu uyan yarından.
Ürəyim sıxıldı bu mənzərədən, Qocanın halına oldum pərişan.
Doğma dünyamızı zinətləndirən, Ondan zülüm görən insandır, insan.
Bir baxımsız zəmi tənhalığı var qəlbimdə, Yolçusuz bir gəmi tənhalığı var qəlbimdə.
Yanğılandıqca kədər, mum kimi qəlbim əriyir, Başıma göylər uçur, üstümə dağlar yeriyir.
Gizlənib köksümün içrə elə bir tutqun ürək, Yuvasız quş təki darğın, sonasız göl kimi tək.
Bəxtimin kükrəsə əflakə tərəf köhlən atı, Nal sədasıyla göyün çınlasa gər yeddi qatı.
Yığılıb dövrəmə ulduzlar əgər çəksə halay, Hayıma versələr aylarca alaylarca haray.
Ruhum ki, itirmişdi qərarın gilavartək, Səsləndi xəzər duyğularım: qüssədən əl çək!
Qoşdum özümü xəzriyə, əngəlləri yıxdım, Sahildə duruxdum, bir az ənginliyə baxdım.
Ta can qağayım zümzüməyə buldu bəhanə, Büllur ləpələrçün oxudu dürlü təranə.
Sönməz bir od almışdım alov qüllələrindən, Mehr ilə küləklər şəhərin seyr eləyirkən.
Gördüm iki sevdalı gəlir, əl-ələ, xürrəm, Sevməklə sevilməkdimi qarşımda mücəssəm?
Göz yerdə, xəyal göydə qızarmış biri gültək, Bülbül kimi şeyda biri, qəlbində min istək.
İbrət gözün insan ki, ovar diqqət əliylə, Xilqət evi bərpadı görər, hikmət əliylə.
Gündən daha aydındı təcəllada həqiqət, Yox, heyf, görən göz qapanıb qəflət əliylə.
Mən-mən deməyək, ta biz olaq biz, yetər artıq! Oynandıq oyuncaqtək ənaniyyət əliylə.
Allahı sevən bəndələr asudə nəfəsçün Qəlbindəki iblisi boğar nifrət əliylə.
Dilsizlərə munislik edər sevgi diliylə, Başsızların oxşar başını şəfqət əliylə.
Qəlbində arzu və istək yoxsa kam əriyər, Bu ömür fanidi, kam olmasa bədnam əriyər.
Aşiq ol kəsdi ki, canan üçün isar eliyər, Pərkanə dövrə vursa, Şövqə gələr kam əriyər.
Əsil aşiq alışıb yanmaqilən canı yaxar, Gündüzü alovlanar, düşəndə axşam əriyər.
İlahi kainatı buraxsa bir an başına. Kül olar cümlə-cahan, nizam-intizam əriyər.
Kafir üçün haramdır ayaq atsın hərəmə, Tövbəsiz geyinsə, əynindəki ehram əriyər.
Bu soyuqda qaranlıq, tənha küçələrin birində durub maşın gözləyirəm. Avtobus da yox... Az qala gecəyarısı olacaq. Maşınlar keçir, amma saxlamır. Düşünmürlər ki, bu adam necə gedəcək. Xeyli sonra bir maşın dayandı. Dəvət elədi, əyləşdim. O saat başa düşdüm ki, qardaş ruh adamıdı, yoxsa niyə saxlasın maşını? Mən gedən istiqamətə gedirmiş. Maqnitofonda 82-ci ilin lent yazısı oxuyurdu, özü də dinləmədiklərimdən. Həmsöhbət olduq. Elə bil, qardaş da ac imiş insana. 10 dəqiqəyə bir-birimizin bütün qırılmış ilmələrini bağladıq. Hər ikimiz uşaq kimi sevinirdik. Sanki 40 ildən sonra tənha adada bir-birimizə rast gəlmişdik. Maşından düşəndə heç vaxt eşitmədiyim başqa bir mahnını da tövsiyyə elədi- Şahnaz təsnifi üstündə.
Mənim üçün ən böyük travma Cəbrayılda oldu... Müharibə hələ yeni başlamışdı. Bizi Cəbrayılın tanımadığımız bir yerinə gətirdilər. Zülmət qaranlıq idi və bu qaranlıqda eşitdiyimiz atəş səsləri, ətrafa düşən top və minamyotların vahiməsi bizi əməllicə döyüş havasına salmışdı. Yeni alınmış bir ərazidə idik. Bizi əsgər maşınlarından aşağa enməyə qoymadılar. Sağımız, solumuz minalı idi və ətrafda şəhidlərimizlə bərabər erməni leşləri də var idi. Bizə bildirdilər ki, 10 dəqiqədən sonra set kəsiləcək. Hər kimdə telefon varsa söndürməyimizi istədilər. Fənərdən istifadə etməyin, siqaret yandırmağın qəti qadağan olduğunu bildirdilər. Komandirimiz 6:30-da döyüşə girəcəyimizi xəbərdar etdi. Tank əleyhinə bölük olduğumuz üçün təyinatı üzrə tank vurmağa getməli idik. Döyüşü tam geyim vəziyyətində gözləyirdik. Ən qorxduğum isə hər an əsir düşə bilməyimiz idi. Əvvəldən də ancaq bunu fikirləşirdim ki, əgər əsir düşsəm özümü öldürəcəm.
"Eşqin heykəli" və "Mən şəhid olacam, ana"
Gənc yazar Etibar Həsənzadənin iki yeni kitabı işıq üzü görüb.
Onlardan biri aprel şəhidi Emin Bağırovun həyatından bəhs edən "Mən şəhid olacam, ana" kitabı, digəri isə şeir və hekayələrindən ibarət "Eşqin heykəli" kitabıdır.
Yazar E.Həsənzadə "Mən şəhid olacam, ana" kitabı ilə bağlı fikirlərini bizimlə bölüşdü:
"Məqsədim şəhid haqqında, onun şəxsi keyfiyyətləri və aprel döyüşləri haqqında tam məlumatı oxucularıma çatdırmaqdır".
Kitabları əldə etmək istəyənlər müəllifə müraciət edə bilərlər".
Şirinxanım Kərimbəyli ŞADİMAN
Əsgərimiz səf bağlayıb düzülübdü sıralara, Məlhəm çəkir otuz illik köz bağlamış yaralara, Saf qaliblik sədamızın səsi gedir haralara... Ordumuzun nərəsindən haray düşüb boz dağ-daşa, Azadlığın mübarəkdir, gözün aydın olsun, Şuşa!
İndi daha başımız da sinəmizdən qalxacaqdır, Durna gözlü bulaqların durulaşıb axacaqdır, Nər oğullar yağıların axırına çıxacaqdır, Açsın qoynun “Cıdır düzü” soy bildiyi hər yurddaşa, Azadlığın mübarəkdir, gözün aydın olsun, Şuşa!
Bilirsənmi içimizdə nə müddətdir həsrət gəzir?! Sən işğala düşən gündən məmləkəti kədər əzir.
Səni yad eyləyərik gündə fəxarətlə, şəhid, Üzüağ kamə yetişdin bu şəhadətlə, şəhid.
Öldürübsən bu şəhadətlə dəyərsiz ölümü, Xar edib düşməni mərdanə, şərafətlə, şəhid.
Təkcə Allah bilir, ey Kərbübəla mə`zunu, İmtahandan necə keçdin, neçə qiymətlə, şəhid.
Parə-parə əl-ayağın səpilib toprağə, Vermisən canı Vətənçün nə səxavətlə, şəhid.
Bir zamanlar sənə fərman verənlər indi, Baş əyir özləri qarşında nəzakətlə, şəhid.
Xoş sənin halına, cənnətdə şəhidlər ağası Özü pişvaz edəcəkdir səni xəl`ətlə, şəhid.
Жди меня, и я вернусь. Только очень жди, Жди, когда наводят грусть Желтые дожди, Жди, когда снега метут, Жди, когда жара, Жди, когда других не ждут, Позабыв вчера. Жди, когда из дальних мест Писем не придет, Жди, когда уж надоест Всем, кто вместе ждет.
Жди меня, и я вернусь, Не желай добра Всем, кто знает наизусть, Что забыть пора.
Sənin gözündəki o qüssə, o qəm Mənim ürəyimi məskən seçibdir. Bulaq tək gözündən süzülən o nəm, Qəlbimdə bir şırım, bir yol açıbdır.
Zamanı sevgiylə cüt aşardıq biz, Bir eşq sevdasında alışardıq biz. Daha dünənləri dəlilər kimi, Səbəbsiz küsərdik, barışardıq biz.
İllər sevgimizə rəngini qatmış, Xırda fidanlar da qol-budaq atmış. Səni Nənə kimi bir ucalığa, Məni də bəxtəvər bir Baba yapmış.
Üzün gülür, gülər üzlüm, üzündə güllər açıb, Gözün gülür, qara gözlüm, gözündə güllər açıb.
Dizin-dizin könül ol vadiyi-məhəbbətdə, Sürünmüsən o qədər ki dizində güllər açıb.
Xəlil üçün odu döndərdi Rəbbi gülzarə, Təəccüb eylədi Nəmrud, közündə güllər açıb.
O Kərbəladı ki torpaağı ətri-qəm qoxuyur, Çölündə qanlar axıbdır, düzündə güllər açıb.
Vərəqdi hər açılan gül kitaabi-hüsnündən, Nə qədri sirri-nihanın özündə güllər açıb.
Gəl ey gül üzlülərin şaahi, yolların bəzənib, Ayaağın opməyə xaatir, izində güllər açıb.
Ümidlər can verir, donubdur həyat, Matəm libasını geyibdir, heyhat. Yoxdur o məğrurluq, itib əzəmət, Özü öz halından üzülür millət...
Təzadlarla dolu bir həyatdayıq, Dumanlar içində sanki itmişik. Səmanın altında hansı qatdayıq, Bəlkə yuxudayıq, bəlkə yatmışıq...
Millət dərd içində, bəla içində, Gümanlar ümidə təsəlli verir. Yox zərrə inam da gələcəyində, Ümüd son nəfəslə təcəlli edir.
Bəlkə doğrudan da biz qayıdarıq, İtmiş ümüdlər də cücərəcəklər.
Gənclərə örnək ola biləcəyini düşünürəm.
Qayıt gəl
Yoxluğundan qəmi qüssəm çoxalıb, Təklik odu məkanıma köz salıb, Gedən gündən bu sevgilin tək qalıb, Ömrüm günüm, xoş avazla qayıt gəl, İlk baharım, ilk nübarım, qayıt gəl.
Ömür sürrəm bu dünyada bir təhər, Gecə-gündüz məni boğur qəm-qəhər, Dözəmməzdik ayrılığa bu qədər, Ömrüm günüm, xoş avazla qayıt gəl, İlk baharım, ilk nübarım, qayıt gəl.
Bəxtim budur, tənha qalım dolanım, Dərd qəmimi yoxdur bircə ananım, Bu miskinə yoxdur sənsiz yananım.
Sovetlər adlanan dövlət dağıldı,Ümidimiz onda yıxıldı bizim. Müstəqil olmamış Qarabağ getdi, Olan-olmazımız dağıldı bizim.
Hərə yabısını sürdü ortaya, Yaratdı qondarma yeni partiya. Birlik, dostluq sözü keçdi arxaya, Əlimiz-qolumuz yığıldı bizim.
On beş qardaş idi böyük bir dövlət, Yığılıb bölərdik bərabər sərvət. Başlandı sökhasök, məqsədlər xəlvət, Guya aclarımız tox oldu bizim.
Şikayət yazırsan cavab gəlməyir, Arzular, ümidlər dözür, ölməyir. Hamı bir "Ağ atlı" oğlan gözləyir, Yaşadıqlarımız nağıldı bizim.
Nuhəmməd Cəfərov
Sözlərinə sahib dur, ucuz tutma onu sən, Yox geriyə dönüşü qopsa ox tək yayından. Həyatda hər enişin vardır bir yüksəlişi, Gözəl görülən işin mükafatı, alqışı, Sənə qol-qanad verər, uçurar səmalara.
Yaşadığın bu həyat, başdan-başa səninki, Hər fürsətdən yararlan, hər anından sevin ki, Gedib-gələn nəfəsin bəxş etdiyi sevinci Duymağın özü belə lütfüdür Yaradanın, Bəxti nataraz olar, fürsəti qaçıranın.
Ömür sürətlə keçir, ötür aylar, fəsillər, Üzü keçmişə doğru, qaçır qanadlı illər. Keçərək bu "cığırdan'" yaşadı, keçdi kimlər?! Geriyə dönməz daha ha səsləsən dalınca, Qaçarsan bir acıyla bu qatarın yanınca.
Fikir var çalpaşıq, fikir var qırıq,Fikir var qanadlı bir quşa bənzər. Onları ram etmək istər sayıqlıq, Dalınca qaçasan daim sərasər.
Fikir var bənzəyir gözəl gəlinə, Ağ örpək altında xoş simalıdır. Hərcayı söz gəlməz onun dilinə, Dərhal bilinər ki, çox kamallıdır.
Fikir var, dəvəyə qanad bağışlar, Uçurub sökəcək hər damı-daşı. Fikir var, arandan keçər yoxuşa, Yerindən oynadar nəhəng sal daşı.
Fikir var, milçəkdən fil yaradandır, Fitnədir, yalandır, nəfsi qapqara. Fikir var, elə bil qara yaradır, Təbib də tapmamış bu dərdə çarə.
Игорь Сокало Стихотворение написано на реальных событиях, молодого стали унижать старики, пришлось ему пояснить, как здесь жить, не стирать и не подшивать стариков, быть мужиком. Если помнишь меня, молодой, отзовись: 682 МСП 3 батальон Гульбахар 1987-88 годы. Я не помню как тебя зовут,Дело было, друг, под Гульбахаром.Солнце рано поднималось тут.Целый день калило оно жаром. Ты пацан малой, я вроде бы, как "дед"Дембель близок: "Так домой охота!!!"
Nuhəmməd Cəfərov
Bu qələm, bu kağız, bu yaşadığım, Keçdiyim imtahan həyat sınağım. Söz olub dilimdə mənim yarağım, Meydanı tərk edib qaçmadım heç vaxt.
Sayrışan hər ulduz günəş sayılmaz, Ziyası yollara işıq saçammaz. Fələyin hördüyü düyünlərini Bir ömür çalışsan düyün açılmaz.
Həyatın rəngarəng çalarları var, Yuxuşu, enişi, hamarları var. Seyrinə çıxanda, qoca dünyanın Üstündə gerçəyi, yalanları var.
Vüsal Həsənəli
Geyə təqva libasın qəlb elə xatircəm ola, Sına daxildəki bütlər və dönüb Adəm ola.
Baş alıb üz tuta Quran ilə eşq vadisinə, Nəfsi aram, üzü yorğun, gözü qəmgin nəm ola.
Gərək Allahə itaətdə həmi sünbül ola, Ona gəldikdə bəla dağ kimi həm möhkəm ola.
Aman ey dad ona şeytan şəri hakimlik edə, Yiyəsiz qəlb evinin sakini naməhrəm ola.
Vay o gündən Əli (ə) fikrində töküb göz yaşi, İmtahan vaxtı yetişdikdə beyin Mülcəm ola.
Pərviz Arif
Məni əfv eylə, Fələstinli uşaq Bu qədər zülmə yumub göz, susuram Gecələr fəryadımın xeyri nədir baş əyib zalıma gündüz, susuram. Məni əfv eylə ki, yardım yerinə baxıram haqsız axan qanlara acizcəsinə qulaq adətkar olub sanki bu zülmün səsinə. Sığınıb gizlicə bir parça çörək kölgəsinə səni qurban verirəm özgəsinə.
Hələ tezdir, yaşayırsan nələri sənə bəxş etdi həyat gülləri yox, güllələri Belə qardaşlıq olar?! Mən uşaqlıqda atamla əl-ələ dolanım hər qarışın çöl-çəmənin, sən uşaqkən ata can tapşıra qarşında sənin.
Ülvi Səmazən
İndi mənim saçlarımın Ağı darıxır, darıxır, Gözlərimin sənlə gülən Çağı darıxır, darıxır.
Daha yoxdu məndə səbir, Tükənirəm e birə-bir. Bədənimin solu sevir Sağı darıxır, darıxır.
Ay gözəlim, can bildiyim, Göyçəyim, gülüm, sevdiyim, Ürəyimdə sənsizliyin Dağı darıxır, darıxır.
De necə qalırsan məndən uzaqda?Soyuqdur, donmuşam qarda-sazaqda, Yetim bir uşaq tək tində-bucaqda, Şəklinə baxıram yaş gözlərimdə.
Mən donmuşam, tərpənməyir əllərim, Səninlə məhv oldu ötən illərim. Daha gedib qatar, artıq neyləyim, Yollara baxıram yaş gözlərimdə.
Həyatdan küsmüşəm sən getdiyin gün, Yaşamaq olmayır həyatı düzgün. Deyəndə gedirəm bax o gün bu gün, Şəklinə baxıram yaş gözlərimdə.
Görənlər deyir ki, nə olub, qardaş, Desəm də dərdimə olmadı sirdaş.
Yaqub Elçiyev
Mən bir bəşər- ağıl adlı ziyarətdən doğulmuşam, Dünya, cahan mən özüməm- məharətdən doğulmuşam.
Sözüm külək, suyum həyat, vaxtı sayır xırda qumlar, Anam torpaq, atam göylər- hərarətdən doğulmuşam.
Görünənə deyin nə var, ona hərə bir ad desin, O görünməz, bir ruh adlı, bil qamətdən doğulmuşam.
Sirr naməlum, tam möcüzə, qapısıdır bu göylərin, Daş sındırıb bağ gətirən dəyanətdən doğulmuşam.
Çəkir məni bu təbiət, mən də ki bir insan kimi, Eşqə hörmət, zülmə lənət- ləyaqətdən doğulmuşam.
Sən xəbərdar olduğunçün hər gün ahımdan mənimVar ümidim ki, keçərsən hər günahımdan mənim.
Qara zülfi mane oldu baxmağa rüxsarına, Bir əlamətdir dedim bəxti-siyahımdan mənim.
Gahi məsciddə, gəhi meyxanələr küncündəyəm, Heç özüm baş açmadım öz gahi-gahimdən mənim.
Ədlinə qalsa əgər yox bir nəsibim, var ümid Mərhəmət gözlər gözüm ol Padişahımdan mənim.
Harda oldumsa xəyalınla mələklər də enib Çox götürmüşlər təbərrük barigahımdan mənim.
Hər kəsə ox atmaq öyrətdim, məni etdi hədəf, Etdi düşmən istifadə öz silahımdan mənim.
Ходил он от дома к дому,Стучась у чужих дверей, Со старым дубовым пандури, С нехитрою песней своей. А в песне его, а в песне – Как солнечный блеск чиста, Звучала великая правда, Возвышенная мечта. Сердца, превращенные в камень, Заставить биться сумел, У многих будил он разум, Дремавший в глубокой тьме. Но вместо величья славы Люди его земли Отверженному отраву В чаше преподнесли.
Xoş ətirli qızıl gülüm,Yağmur kimi, sən gözəlsən. Ləçəyində şəbnəmlərlə Qəlb oxşayan bir qəzəlsən.
Qatardan qalma durnasan, Çiskinli fəsli-payızda. Payızı gözəlləşdirən Müşk iyli, qızıl xəzəlsən.
Sənsiz həyat bir cəhənnəm, Səninləsə bir cənnətdir. Ruhum mənim, gözəllikdə, Sən mələklərdən əzəlsən.
Gündüz şəmssən, gecə qəmər, Həmişə fəsli-baharsan. Küskünü tərk edib getsən Onun üçün sən əcəlsən.
YAXŞILIQ
Bu gün avtobusla dərsdən çıxıb evə gəlirdim. Avtobusa minəndə iki boş yer gördüm. Onun birinə çantamı qoydum, digərində isə özüm oturdum. Bu zaman avtobusa qoca baba və nənə girdilər. Baba çəlik ilə gəzirdi. Avtobusda boş yer yox idi. Mən ayağa qalxdım və qocaları yer verdim. Yolboyu aya qüstə qalsam da, ürəyim çox rahat idi. Avtobus dayandı və mən düşəndə ətrafa baxmağa başladım. Evimiz yolun o biri üzündə idi. Məndən bir az aralıda qoca bir nənə dayanmışdı. Bu nənəyə yerimək çətin idi. Həm də yol çox enli olduğundan keçərkən yubanacaqdı. Nənəyə kömək etmək qərarına gəldim. Ona yaxınlaşdım və yolun o biri üzünə keçməkdə kömək etdim. Biz yolu keçəndən sonra nənə məni qucaqlayıb üzümdən öpdü. Evə çatanda bütün bunları danışdım.
|